Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Elirza Penahiyan

Elirza PenahiyanNecə Kamil Namaz Qılaq? yazarı
Yazar
7.9/10
20 Kişi
56
Okunma
34
Beğeni
2.179
Görüntülenme

Elirza Penahiyan Sözleri ve Alıntıları

Elirza Penahiyan sözleri ve alıntılarını, Elirza Penahiyan kitap alıntılarını, Elirza Penahiyan en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Namaz diridir və şüuru var. O, hərəkətə gətirən, fəal, bəsirətli və agahdır. Namaz şəxsi bir adət və ya ümumi bir mərasim kimi deyil. O, ruhsuz və ölü bir fəaliyyət deyil ki, bizim üçün heç bir təsiri olmasın.
Reklam
Xanım Fatimeyi-Zəhra (ə) buyurur: "Allah namazı təkəbbürdən uzaq olmaq üçün vacib etmişdir..."
Ğurərul-hikmət, s.568
Möminlərin əmiri Əli (ə) buyurur: ❝ "Əgər namaz qılan şəxs səcdə zamanı Allah tərəfindən necə rəhmətlə əhatə olunduğunu anlasa,başını səcdədən qaldırmaz." ❞
Sayfa 58 - İBRƏT NƏŞRLƏRİKitabı okudu
Bölüm: Yaşayışda olan nöqsanları azaltmaq
Bəzilərinin çətinliyə düçar olduqda belə söylədiklərini mütləq eşitmisiniz: "İlahi, görəsən nə etmişəm ki, bu qədər bədbəxtliyə düçar olmuşam?!" Bu sözü düz demək istəyən şəxs belə söyləməlidir: "İlahi, məgər mən namazı pis qılıram ki,bu qədər çətinliyim var?"
Sayfa 21 - İBRƏT NƏŞRLƏRİKitabı okudu
Qəlb dünya məhəbbətindən tamamilə boş olmadiqca Allahın məhəbbəti orada qərar tapmaz.
Sayfa 22 - İbrət nəşrləriKitabı okudu
Reklam
"Aşiqliyin ən mühüm fayda və zərurətlərindən biri də budur ki, dinin rəvac tapması üçün onun səndə yaratdığı atəşi başqalarına göstərməyindir ki, başqaları da dinin səndə icad etdiyi bu dolğunluğu, ondan, namazından, ibadətindən, vilayətindən, nə qədər ləzzət aldığını görsünlər. Bununla başqalarını da bu dinə dəvət edə bilərsən."
Qəlbində Allahın əzəməti yerləşməyən şəxsə Onun məhəbbəti barədə danışıldıqda bir qədər ləzzət alır,amma bu məhəbbətə cavab verə bilmir.Allah-Taala da Qiyamət günü ona belə buyuracaq: "Məgər səni nə qədər sevdiyimi sənə deməmişdim? Lakin sən nə etdin?" Yəni Allahın əzəməti qəlbinə daxil olmayan şəxs,Onun özünə qarşı olan məhəbbətini düzgün şəkildə dərk edə və bu məhəbbətin qarşılığını ödəyə bilməz.
Sayfa 46 - İBRƏT NƏŞRLƏRİKitabı okudu
Hazırda mənəviyyat və mənəvi nemətlərlə dolu olan sevimli ölkəmiz mənəvi baxımdan minalanır.Cəzbedici zahiri ilə dünyanın qərb və şərqindən daxil olan qeyri-həqiqi irfanlar insanların həqiqi mənəviyyata,irfana nail olmaları üçün maneədir.
❝ Səcdə çox gözəldir.İnsan səcdədə özünün Allahın qarşısında sonsuz dərəcədə kiçik olmağını məşq edir. ❞
Sayfa 57 - İBRƏT NƏŞRLƏRİKitabı okudu
Reklam
"Niyə təkəbbür insanın qəlbində gizli qalır?" sualının cavabı elə də çətin deyil. Ruhumuzda mövcud olan gizli təkəbbürə nə zaman əhəmiyyət verməsək, o zaman onu görməyəcəyik. Yəni onu görmək istəmədiyimiz müddətdə görməyəcəyik. Bu, çox sadədir. Biz ruhumuzu əsir alan təkəbbürə əhəmiyyət verməli və onu tapmaq üçün tez-tez ruhumuzu silkələməliyik. Doğrudur, insanlarda təkəbbürün hədd və dərəcəsi müxtəlifdir, amma olmaması əsla mümkün deyil.
Bizə təkəbbürlü insanlarla mübahisə etməməyi göstəriş veriblər, çünki onlar heç vaxt qane olmazlar. Belə insanlar, onlara nə deyildiyini heç vaxt anlamaz və ya qulaq ardına vurarlar. Təkəbbürlü insanın düşüncə və zehni elə bir nöqsana düçar olar ki, haqq sözün müqabilində heç vaxt təslim olmaz və haqqı müəyyən edə bilməz.
Bu ağır oldu :/
❝ İnsan özünü böyük bildikcə,Allahın müqabilində kiçik olmasını başa düşmədikcə və Onun əzəmətini dərk etmədikcə, Onunla rabitə yaratmaq üçün etdiyi bütün təlaşları faydasız olacaq,heç bir təsirli ünsiyyət baş tutmayacaq.Nə qarşılıqlı məhəbbət baş tutacaq,nə duası ucalacaq,nə də mənəvi bir şey əldə edəcək. ❞
Sayfa 53 - İBRƏT NƏŞRLƏRİKitabı okudu
Ümumiyyətlə, biz-insanlar təkəbbür göstərməzdən əvvəl qarşı tərəfi sınaqdan keçirər və hər kəslə eyni həddə rəftar etmərik. Məsələn, əgər qarşı tərəf zəif insandırsa, təkəbbürümüzü büruzə veririk. Lakin hansısa işimiz onun əlindən keçirsə, yetərincə diqqətli olmağa çalışır, hələ təvazökarlıq da edirik. Zəifi əzməyin insanın ən çox yayılmış çirkin xislətlərindən biri olmağı bir həqiqətdir.
Qeyri-həqiqi irfanların problemi
Bilirsinizmi məsihi dünyasının problemi nədədir? Problemleri budur ki, onların Allahının əzəməti yoxdur.Onların Allahı yalnız mehribandır və bacardığı yeganə iş bağışlamaqdır.İnsan çəkinmədiyi Allaha aşiq ola bilməz. ~ Qeyri-həqiqi irfanların problemi onlardakı Allahın mehriban və bağışlayan olması,lakin əzəmətli olmamasıdır. ~ Bunun hansı faciəyə səbəb olduğunu bilirsinizmi? Əzəməti olmayan Allahı hamı sevmək istəyir,amma əməl məqamında heç kəs onu sevməyəcək.Hamı belə bir Allahın aşiqi olmaq istəyir,amma heç kəs əzəməti olmayan Allahın aşiqi ola bilməyəcək.
Sayfa 45 - İBRƏT NƏŞRLƏRİKitabı okudu
70 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.