Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Fərid Hüseynli

Fərid HüseynliNömrə Birlər yazarı
Yazar
0.0/10
0 Kişi
13
Okunma
4
Beğeni
348
Görüntülenme

Fərid Hüseynli Gönderileri

Fərid Hüseynli kitaplarını, Fərid Hüseynli sözleri ve alıntılarını, Fərid Hüseynli yazarlarını, Fərid Hüseynli yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Hər bir insanın gözünün çəkdiyi filmlər əslində ən möhtəşəm ilkin material işləridir. Onları montaj edən isə həmin gözlərin gördüyünü insan beyninə yazmış xatirələrdir. Səslər o xatirələrin sauntrekidir. Filmin keyfiyyətini illər uzunu saxlayansa, bizim yaddaşımızdır. Buna görə də insan həyatı heç bir rejissorun təsvir edə bilməyəcəyi qrandioz nailiyyətdir. Təkrarolunmaz nailiyyət. Hər bir rejissorun, hər bir incəsənət xadiminin bir şedevri, bir Maqnum Oposu olur. Hər birimizin də bir Maqnum Opusu var. Həyat!
Sayfa 164Kitabı okudu
Hər bir insanın gözünün çəkdiyi filmlər əslində ən möhtəşəm ilkin material işləridir. Onları montaj edən isə həmin gözlərin gördüyünü insan beyninə yazmış xatirələrdir. Səslər o xatirələrin sauntrekidir. Filmin keyfiyyətini uzun illər saxlayansa, bizim yaddaşımızdır. Buna görə də insan həyatı heç bir rejissorun təsvir edə bilməyəcəyi qrandioz nailiyyətdir.
Sayfa 164Kitabı okudu
Reklam
Həyatını istədiyin kimi yaşa, məcbur qaldığın kimi yox.
Sayfa 163Kitabı okudu
Başqa cür də dünyanı dəyişmək olar. Bunun isə mənə görə ən təhlükəsiz yolu ideyaları lentə almaqdır, boss. Nə kimisə öldürmək, nə də kimisə hansısa ideyaya görə öldürtmək. Sadəcə lentə almaq. Fikrini sonsuzluğa qədər lentə həkk etmək.
Sayfa 138Kitabı okudu
Mənim həyatım 35 mm-dən ibarətdir, siz isə əlavə iki millimetrsiniz, axmaqlar.
Sayfa 135Kitabı okudu
Bilirdim ki, son yaxındır və belə olacaq! Hər gün arzulayırdım ki, kişinin ölümü sabah gələcəksə, qoy o səhərə gözünü açmasın! O isə çırpınaraq aramızdan getdi. Əziyyət içində. Son anlarında nə hiss etdi, onu da bilmədik. Mən isə əli qolu bağlı, qıraqdan həkimlərin səriştəsizliyini izləmək şansını da son anda itirdim...
Sayfa 118Kitabı okudu
Reklam
Alnından öpüb qaçdım aşağı, yolüstü əl-üzümü yuyub qayıdanda artıq onun üzünü örtmüşdülər. Təsəvvür edirsiz? Bir neçə dəqiqə və sonrasında artıq o, otaqda yox idi!
Sayfa 117Kitabı okudu
Nil bizim üçün bu idi: bir-birinə yerlə göy qədər fərqli insanları fərqliliklərinə rəğmən bir yerə toplaya bilən, ortaq xatirələr yarada bilən dəyər.
Sayfa 115Kitabı okudu
Mənə dedi ki, istəmirəm bir nəfərlə bütün yükümü bölüşüm.
Sayfa 115Kitabı okudu
Həmid Babayev :
"Sevgi, itki, qürur, sədaqət, qərəz, cəsarət, qorxu. Həyat. Və ölüm. Reallıqda olan hər şeydən bir parça var bu kitabda. İkimiz də dönə-dönə bu kitabın ədəbi nümunə olmadığını vurğulayırıq, amma.. Ədəbiyyat bu duyğuları səhifələrdə tapmaq deyilsə, onda nədir?"
Sayfa 215 - Nebula Publishing HouseKitabı okudu
Reklam
Həyatı boyu çox az məqam olmuşdu ki, özünü bu qədər müdafiəsiz, ancaq rahat hiss etsin. Rahat yox, bəlkə də, azad. Ya da hər ikisi eyni şey idi.
Sayfa 204 - Nebula Publishing HouseKitabı okudu
"Çıxan milyonlarla sənət işindən bir çoxunun müəllifinin adı, ümumiyyətlə, bizə maraqlı deyil. Onların ad olaraq kimə məxsus olması önəmli deyil. Əsas onların işıq üzü görməsi, ortaya çıxan işin kütləyə çatdırdığıdır. Əyləncə, düşüncə və emosiyalardır."
Sayfa 193 - Nebula Publishing HouseKitabı okudu
Söz və fikir azadlığı o qədər inkişaf etmişdi ki, nəticəsi fikir dəyərsizliyi idi.
Sayfa 170 - Nebula Publishing HouseKitabı okudu
"O, Linkoln kimi milyonları azad etməmişdi, Musatək dənizi yarmamışdı. O, daxilimizdəki dostluğun, sevginin gücünü azadlığa buraxmışdı."
Sayfa 166 - Nebula Publishing HouseKitabı okudu
"Hər bir insanın gözünün çəkdiyi filmlər əslində ən möhtəşəm ilkin material işləridir. Onları montaj edən isə həmin gözlərin gördüyünü insan beyninə yazmış xatirələrdir. Səslər o xatirələrin sauntrekidir. Filmin keyfiyyətini illər uzunu saxlayansa, bizim yaddaşımızdır. Buna görə də insan həyatı heç bir rejissorun təsvir edə bilməyəcəyi qrandioz nailiyyətdir. Təkrarolunmaz nailiyyət. Hər bir rejissorun, hər bir incəsənət xadiminin bir şedevri, bir Maqnum Opusu olur. Hər birimizin də bir Maqnum Opusu var. Həyat!"
Sayfa 164 - Nebula Publishing HouseKitabı okudu
70 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.