Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İradə Qədirova

İradə QədirovaEşqin İzi İlə yazarı
Yazar
0.0/10
0 Kişi
15
Okunma
3
Beğeni
226
Görüntülenme

İradə Qədirova Gönderileri

İradə Qədirova kitaplarını, İradə Qədirova sözleri ve alıntılarını, İradə Qədirova yazarlarını, İradə Qədirova yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
…Elə biz insanlar da həyatımızda bir faciə və ya xoşagəlməz bir hadisə baş verdikdə ya dərhal üsyan edirik, ya da dərin depressiyaya düşürük. Getdikcə baş verən acının həyatımızı bizim xeyrimizə dəyişdirdiyini gördükcə və hadisələri bir-bir təhlil etdikdə bütün olanlarda bir İlahi “redaktə” nin mövcudluğunu hiss edirik. Bununla həyatında bir neçə dəfə üzləşən insan növbəti dəfə artıq üsyan etməyib hər şeyi olduğu kimi qarşılayaraq yalnız irəli getməyi öyrənəcək. Onda ürək də, ruh da, cisim də rahatlıq tapır.
Sayfa 153Kitabı okudu
…Şəms Təbrizinin məşhur bir deyimini xatırlayırdım: ”Həyatın dağılar, altı üstünə gələr deyə qorxma. Haradan bilirsən, bəlkə də, altı üstündən daha yaxşıdır”.
Sayfa 153Kitabı okudu
Reklam
Söküb-dağıtmaq asan, üzərində tikib qurmaq çətindir.
Sayfa 216Kitabı okudu
192 syf.
10/10 puan verdi
·
Beğendi
·
25 günde okudu
Bu ilin ilk oxuduğum kitabı İradə xanımın ilk kitabı Əfşan oldu
Əfşan
Əfşan
İradə Qədirova
İradə Qədirova
Kitab bir səyyahın gündəliyi kimidir. Tarix kitablarında İrandan söz açılanda Təbriz, İsfahan , Tehran, Qum kimi şəhərlər həmişə mənə maraqlı gəlirdi. Kitabı oxuduqca mən də sanki İradə xanımla oraları gəzir eyni duyğuları bölüşürdüm. Kitab çox axıcı davam edirdi. Bitirdiyimə təsüflənirəm. Ehtimal ki yenidən oxuyacam. Öz səyahətini bu qədər gözəl sözlərə cümlələrə tökmək böyük ustalıq gərəkdirir. Məncə bu yazarda alınıb. Gözümün önündə o Gülab festivalı canlandı, güllərin qoxusu burnuma gəldi. Kitab haqda müxtəsər danışacam. Deməklə deyil gərək özünüz oxuyasız. Mən çox sevərək oxudum sizə də xoş mütaliələr
Əfşan
Əfşanİradə Qədirova · Qanun Nəşriyyatı · 20227 okunma
Yalnız macəraçılar yol tapmadıqda gərginləşməz, əksinə, yeni adrenalin qazanıb özünü səfərbər edər və sonunda yüksək enerji ilə mənzilə çatarlar.
Sayfa 36 - Mimta yayımlarıKitabı okudu
Həyatda ən çətin şey də məhz özünlə, ələlxüsus acı xatirələrinlə bağlı olan yerlərə üzləşməkdir. Buna doğru bir addım belə atmaq bəzən çox böyük güc və cəsarət tələb edir. Lakin bacardınsa, demək, çox şeyi bağışlamış, yaralarını sarımış və daxilində yeni bir pilləyə qalxmısan.
Sayfa 33 - Mimta yayımlarıKitabı okudu
Reklam
Axı həyatımızı bizdən xəbərsiz, daha gözəl şəkildə planlayan bir qüvvə var. Bunu unutmadıqca yaşadığımız həyatın hər günü, hər anı özlüyündə bir möcüzə və festivaldır.
Sayfa 31 - Mimta yayımlarıKitabı okudu
Allah bizi bizdən daha yaxşı tanıyır və bizim planlarımızı Öz planları ilə daha gözəl redaktə edib onu mükəmməlləşdirir. İlk başda bunu başa düşməsək də həyatı yaşayıb yaşanılan anları Üst-üstə qoyduqda bunun fərqinə varırq.
..heç nəyin dərdini, fikrini çəkmək lazım deyil. Zatən gedişatda hər şey öz-özünə həll olunacaq, bir çıxış yolu tapılacaq. Zamanı gəlmədən hər şeyin dərdini çəkib əlavə stress yaşamaq isə bizi mənəvi olaraq geri salan amillərdən biridir.
Ata nəsihəti
"Həyatın boyunca çox insan görəcəksən. Hamı ilə mehriban ol, yaxşı ol. Amma ürək və şəxsi əhatə deyilən bir şey var, bax ora hamını buraxma".
58 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.