Klaus Hagerup

Kitabları Xilas Etmək İstəyən Qız yazarı
Yazar
0.0/10
0 Kişi
5
Okunma
1
Beğeni
90
Görüntülenme

Klaus Hagerup Yorumları ve İncelemeleri

Klaus Hagerup yorumları ve incelemelerini, Klaus Hagerup kitabı hakkındaki okur görüşlerini , Klaus Hagerup puanlarını 1000Kitap'ta bulabilirsiniz.
26 syf.
10/10 puan verdi
Spoiler içerir
Uzun müddətdən sonra ilk dəfədir uşaq nağılı oxudum. Bu kitab mənim üçün xüsusi özəldir, həyat yoldaşımın hədiyyəsidir :) Bu kitab haqqında ilk fikirləri paylaşmaq məni daha da həyəcanlandırır, ümid edirəm ki, incələməni oxuyanlar üçün kitab haqqında müsbət fikirlər yaranar. Kitab elə məhz kitabsevər bir qız haqqındadır. Bu qəşəng qız - Anna kitab oxumağı çox sevir, gecə-gündüz kitab oxuyur. Gününü kitabxanada keçirir. Elə belə günlərin birində Anna kitabxanada oxunmayan kitabların atılacağını öyrənir və buna çox üzülür, kitabları xilas etmək istəyir. Biraz düşündükdən sonra qərara alır ki, həmin kitabları oxusun. Beləcə uzun müddət oxuyur, o qədər oxuyur ki, artıq yeni məlumat almağa enerjisi qalmır. Lakin kitabxanaya qayıdanda kitabxanaçı qadın onu təzə kitabla qarşılayır, bu kitab onun həyatında yeni bir macəra başladır. Artıq bundan sonrasını kitabdan oxumağınızı tövsiyə edirəm:) Son olaraq onu da qeyd edim ki, kitabın həcmi azdır və çox axıcıdır, uşaqlar üçün nəzərdə tutulsa da, böyüklər də sevə-sevə oxuya bilər. Kitabın illüstrasiyaları isə bir başqa gözəldir, insanı valeh edir. Mən bu kitabı çox sevdim, məndə çox gözəl hisslər buraxdı. Kitabsevər qızların çox sevəcəyi bir kitab olacağından əminəm. Oxuyan hər kəsə indidə xoş mütaliələr!
Kitabları Xilas Etmək İstəyən Qız
Kitabları Xilas Etmək İstəyən QızKlaus Hagerup · Libra Kitab · 20235 okunma