Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Əllamə Həsənzadə Amuli

Əllamə Həsənzadə Amuliİlahinamə yazarı
Yazar
1.0/10
2 Kişi
10
Okunma
6
Beğeni
251
Görüntülenme

Əllamə Həsənzadə Amuli Sözleri ve Alıntıları

Əllamə Həsənzadə Amuli sözleri ve alıntılarını, Əllamə Həsənzadə Amuli kitap alıntılarını, Əllamə Həsənzadə Amuli en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Qədr gecəmiz mübarək!
İlahi, bu vaxtacan deyirdim ki, dünyanı bizim üçün yaratmısan. İndi anladım ki, Özün də bizim üçünsən.
İlahi, zahirimi xalis insanların batini kimi, batinimi özünü göstərənlərin zahiri kimi qərar ver!
Reklam
İlahi, dərviş olsam da, məndən sərvətlisi yoxdur, çünki Sən mənim sərvətimsən.
İlahi, bu necə vadidir ki, iynə ucu qədər yaxınlaşmaq istədiyimdə uzun məsafələrlə uzaqlaşıram?!
431
İlahi, şükürlər olsun ki, sarsaqlardan əziyyət çəkirəm. (İlahi, şükürlər olsun ki, aqil olan hidayət əhlinin yanındayam və bu səfdə yer tapmayan axmaqların nə qədər bədbəxt olduqlarını görürəm.)
İlahi, qulaq asmalı olduğum qiymətli inci "Ey Musa, sənin yaxının və tənha sığınacaq yerin Mənəm"-kəlamıdır.
Reklam
İlahi, şükürlər olsun ki, əyləncəm kitab oxumaq, elmi mərkəzlərdə olmaq və onlara tamaşa etməklə keçir. Sənin vəlin İmam Əli (ə) buyurub: "Kitablar alimlərin bağ-bostanıdır".
549
İlahi, üzümü (zahirimi) gözəl yaratmısan, əxlaqımı da gözəl et!
531
İlahi, terminlərlə dolu cümlələrim, şuhudi (qəlbi) mərifətim üçün hicab olmuşdur. Rəngsiz (terminlərsiz) qəlb ilə Sənin verdiklərini daşıyanların xoş halına!
İlahi, hansı düşüncələrdə idim?! Onun-bunun ardınca qaçırdım, onun-bunun qapısını döyürdüm və müvəffəq olmurdum. "Allah, Allah" edirdim ki, niyə müvəffəq olmuram? Allahım, şükür olsun ki, cavabımı vermədin. Nə yaxşı oldu ki, alınmadı. Yoxsa Həsən olmazdım. Sənə təsliməm. Buyurduğun hər hökmə və barəmdə düşündüyün hər lütfə təsliməm.
Reklam
429
İlahi, şükürlər olsun ki, yavaş-yavaş qocalığı dadıram.
422
İlahi, indiyə kimi nadanlıq üzündən Səndən qorxurdum. İndi isə elm (mərifət) üzündən özümdən qorxuram.
421
İlahi, bu nemətin şükrünü necə yerinə yetirim ki, şərqdən qərbə hər yeri küfr bürüsə, ilahi (lütfünün sayəsində) imanımın sarayına iynə ucu qədər də ziyan gəlməz.
İlahi, ey mənə aşina olan! Bilirsən ki, qürbətdəyəm. Məni daha da qərib et! Qərib olan möminin xoş halına!
28 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.