Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Əllamə Həsənzadə Amuli

Əllamə Həsənzadə Amuliİlahinamə yazarı
Yazar
1.0/10
2 Kişi
10
Okunma
6
Beğeni
262
Görüntülenme

En Eski Əllamə Həsənzadə Amuli Sözleri ve Alıntıları

En Eski Əllamə Həsənzadə Amuli sözleri ve alıntılarını, en eski Əllamə Həsənzadə Amuli kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
İlahi, necə deyim ki, Səni tanımamışam? Tanımışam axı! Necə deyim ki, tanımışam? Tanımamışam axı!
İlahi, qulaq asmalı olduğum qiymətli inci "Ey Musa, sənin yaxının və tənha sığınacaq yerin Mənəm"-kəlamıdır.
Reklam
İlahi, sirlər naməhrəmlərə haramdır. Bəs məhrəm Səndən niyə məhrum olsun?!
İlahi, ey mənə aşina olan! Bilirsən ki, qürbətdəyəm. Məni daha da qərib et! Qərib olan möminin xoş halına!
İlahi, şükürlər olsun ki, dərdsiz qəlbimi dərdə salmısan.
İlahi, şükürlər olsun ki, özümü tanıdım. Yorğun bədən və sınıq qəlbim var.
Reklam
İlahi, hansı düşüncələrdə idim?! Onun-bunun ardınca qaçırdım, onun-bunun qapısını döyürdüm və müvəffəq olmurdum. "Allah, Allah" edirdim ki, niyə müvəffəq olmuram? Allahım, şükür olsun ki, cavabımı vermədin. Nə yaxşı oldu ki, alınmadı. Yoxsa Həsən olmazdım. Sənə təsliməm. Buyurduğun hər hökmə və barəmdə düşündüyün hər lütfə təsliməm.
İlahi, bilmədən Səndən qərar (sabitlik) istǝyirdim. İndi isə bilərək Səndən qərarsızlıq istəyirəm. Çünki "Ey hər gün, hər an bir işdə olan Allah", mən Onun (Allahın) təzahürüyəm.
İlahi, Səndən, Sənə bəndəlik etmədiyim üçün; özümdən, yaşamadığım üçün və insanlardan, onlara bir təsirim olmadığı üçün xəcalətliyəm.
İlahi, indiyə kimi minbərdə özümü danışan və qarşıdakıları dinləyici hesab edirdim. İndi isə görürəm ki, mən və qarşıdakılar hamımız dinləyiciyik, danışan təkcə Sənsən.
28 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.