Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Masaru İbuka

Masaru İbukaBağçada Artıq Gec Olacaq yazarı
Yazar
9.0/10
5 Kişi
13
Okunma
3
Beğeni
1.933
Görüntülenme

Masaru İbuka Sözleri ve Alıntıları

Masaru İbuka sözleri ve alıntılarını, Masaru İbuka kitap alıntılarını, Masaru İbuka en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Doğuşdan bir həftə sonra çağa güclü səsə və ya gurultuya reaksiya verir. Bir neçe aydan sonra körpə anasının səsini tanıyır, dörd aydan sonra isə öz adını bilir. Əgər uşaq bərk hay-küyə reaksiya vermirsə, belə güman etmək olar ki, onu eşitmə ilə bağlı nəsə problemi var. Uşaq təxminən üç yaşına kimi böyüklərin gündəlik həyatda işlətdiyi sözlərin bir çoxunu öyrənir, ona görə bu erkən illər-eşitmə ilə bağlı hansısa qüsurları olan balacalara müxtəlif sözləri öyrətməyin ən münasib zamanıdır. Hər şeydən öncə guya onlar onsuz da heç nə eşitmir deyib, uşaqları səsdən izole etməkdən yayınmaq lazımdır. Hətta tamamilə kar uşağın eşitməyə qabil olmaması, həqiqət deyil. Əgər uşaq daima səsləri dinləsə, onda eşitmə qabiliyyəti inkişaf edəcək.
Balacalarla rəftarda biz öncədən hasil olan qənaətlərdən əl çəkməliyik və təxəyyülümüzdən istifadə etməklə dünyanı uşaqların gözləri ilə görməyi bacarmalıyıq.
Sayfa 74
Reklam
Alıntılar
Hisslər əsasında nəticə çıxarmaq bilikdən asılı deyil, əksinə, bilik hisslər üçün maneəyə çevrilə bilər. Yəqin ki, məşhur rəsm əsərinə baxan böyük əksəriyyət daxilən belə deyir: "O əladır!". Əsl həqiqətdə isə o sizi heç də mütəəssir etməyib, sizdən ötrü əsərin dəyəri- yalnız rəssamın adı və onun qiymətindədir. Uşaq isə, əksinə, həmişə səmimidir. Hər hansı bir əşya və yaxud məşğələ, əgər bu ona maraqlı gəlirsə, bütünlüklə diqqətini çəkir. Əgər böyüklər uşaqla "uşaq dilində" danışırlarsa, hesab edirlərsə ki, körpə başqa cür anlaya bilməz, bu yolla düzgün danışıq vərdişləri heç vaxt formalaşmaz. Balaca uşağın qavrayışı spontanlığı ilə fərqlənir, çox vaxt bu böyüklərə özbaşınalıq kimi gəlir, ona görə, balacalarla rəftarda biz öncədən hasil olan qənaətlərdən əl çəkməliyik və təxəyyülümüzdən istifadə etməklə dünyanı uşaqların gözləri ilə görməyi bacarmalıyıq.
Məhz uşağın həyatının ilk illərində ona qarşı həm ciddi, həm də mehriban olmaq lazımdır, özü inkişaf etməyə başladığı zaman isə tədricən onun iradəsinə, onun "Mən" inə hörmət etməyi öyrənmək lazımdır. Daha dəqiq ifadə etsək, valideyn təsiri uşaq bağçası dönəminədək bitməlidir. Erkən yaş dövründə müdaxilə etməyib, sonrakı zamanda uşağa təzyiq göstərmək istedadını məhv edə və müqavimət hissi yarada bilər.
Sayfa 33
Hətta tamamilə kar uşağın eşitməyə qabil olmaması həqiqət deyil. Əgər uşaq daima səsləri dinləsə, onda eşitmə qabiliyyəti inkişaf edəcək.
Doktor Suzuki hesab edir ki, məzəmmət etməkdənsə, tərifləmək uşaq üçün daha yaxşıdır.
Sayfa 123Kitabı okudu
Reklam
Məhz uşağın həyatının ilk illərində ona qarşı həm ciddi, həm də mehriban olmaq lazımdır, özü inkişaf etməyə başladığı zaman isə tədricən onun iradəsinə, onun "Mən"inə hörmət etməyi öyrənmək lazımdır. Daha dəqiq ifadə etsək, valideyn təsiri uşaq bağçası dönəminədək bitməlidir. Erkən yaş dövründə müdaxilə etməyib, sonrakı zamanda uşağa təzyiq göstərmək istedadını məhv edə və müqavimət hissi yarada bilər.
Ona görə də bu yaşda ( 3 yaşa qədər) uşaqlar çətinlik çəkmədən istənilən dildə, öz doğma dillərində olduğu kimi danışa bilərlər.
Sayfa 53
Uşağın dərketmə qabiliyyətləri təxminən altı aylığında, onda utancaqlıq hissi üzə çıxanda özünü göstərir.
Sayfa 31
Uşağın həyatının ilk illərində ona qarşı həm ciddi, həm də mehriban olmaq lazımdır, özü inkişaf etməyə başladığı zaman isə tədricən onun iradəsinə, onun "Mən"inə hörmət etməyi öyrənmək lazımdır.
22 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.