Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Mirzə İbrahimov

Mirzə İbrahimovSeçilmiş Əsərləri 2.Cild yazarı
Yazar
Çevirmen
8.6/10
28 Kişi
141
Okunma
21
Beğeni
3.077
Görüntülenme

Mirzə İbrahimov Sözleri ve Alıntıları

Mirzə İbrahimov sözleri ve alıntılarını, Mirzə İbrahimov kitap alıntılarını, Mirzə İbrahimov en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Bizdən soruşsalar ki, həyat nədir, nə cavab verə bilərik? Bəli, həyat nədir, insan ömrünün mənası nədir, nə üçün insan dünyaya gəlir və bir müddət sonra yox olur, ölüb gedir?...
Sayfa 18 - Şərq-Qərb Nəşriyyatı, Azad
Dünyada heç bir səadət əbədi deyil!
Sayfa 29 - Şərq-Qərb Nəşriyyatı, Tonqal Başında
Reklam
Bu dünyada saralıb-solan, ölüb gedən hər faydalı şey kədərli bir iz buraxmırmı?
Sayfa 254 - Şərq-Qərb Nəşriyyatı, Güləbətin
Elə adamlar var ki, pisə rast gəlməyincə, onun əzablarını çəkməyincə yaxşının qədrini bilməzlər. Bunların içərisində pisin üzünü bircə dəfə görməklə bütün ömrü boyu bərk-bərk yaxşının ətəyindən tutanlar, ona qəlbən pərəstiş edənlər olur. Lakin elələri də olur ki, pisin pisliyini, yaxşının yaxşılığını çox tez unudur, gah bundan, gah ondan yapışaraq öz həyatını da, başqalarının həyatını da korlayıb durur.
Sayfa 587Kitabı okudu
Dünya mənə bir şey verməyib, əlimdən də bir şey ala bilməyəcək. Ona görə də nə düşünürəm, onu da deyəcəyəm, həqiqəti deyəcəyəm.
Sayfa 138 - Şərq-Qərb Nəşriyyatı, Metamorfoza
Düşünürdü ki, həyat niyə bu qədər mürəkkəb və dolaşıqdır. Niyə zəhmət çəkənlər və istedad sahibləri ehtiyac içindədir, tənbəllər və qabiliyyətsizlər isə süd gölündə üzürlər?.. Niyə?!
Sayfa 205 - Şərq-Qərb Nəşriyyatı, Fırtına Quşu
Reklam
— On il yaşamaram, on gün yaşaram, lakin namusla yaşaram.
Sayfa 139 - Maarif Nəşriyyatı
Şöhrət həvəsi uzun müddət içərisində boğulub qalan adamların əlinə girəvə düşəndə üzlərini görmə, onlar yorulmaq bilməz, qeyri-adi bir cəldlik və qüvvə ilə ora-bura soxular, hər şeydən xəbər tutar, hər şeyə əl atar, hər kəsə bir üz göstərər. Şöhrət yolunda qabaqlarına çıxan maneələri aradan qaldırmaq üçün heç bir vasitədən çəkinməzlər. Belələrinin bütün diqqəti və fikri bircə şeydə olar: məqsədə çatım, vəssalam! Nə vasitə ilə məqsədə çatmağın onlar üçün heç bir fərqi yoxdur. Bu yolda namuslu və ya namussuz , doğru və ya yalan – bütün vasitələr qəbuldur: ancaq məqsədə çatmaq, ancaq istədiyini əldə etmək! Bu cür adamların həyat yolu, özünə kəfən toxuyan barama qurdlarının tor hörməsinə oxşayır: onun kimi müstəsna bir həvəs və səylə işləyər, hər dəqiqə ölümü yaxınlaşdırdıqlarını hiss etməz, yalnız toru hörər, həvəslə hörər, onu hörməkdən zövq alar, axırda bu torun içində boğulacaqlarını ağıllarına gətirməzlər.
Sayfa 464Kitabı okudu
O gün gələcək! ...
"Hər kəs sönməz bir həvəslə yaşamaq və yaratmaq istəyir! Nə aclıq, nə ehtiyac ,nə də ümidsizlikdən qaralmış batıq gözlər var!"
O, dünyadakı bütün fəlakətlərin səbəbini cəhalətdə görürdü.
Sayfa 7 - Maarif Nəşriyyatı
Reklam
- Bilirəm, deyəcəksən ki, məhəbbət təhsillə ölçülmür, çox oxumaqla sevgi daha saf və dərin olsaydı, məhz oxumuşlar arasında bu qədər ailə faciələri baş verməzdi. Bu doğrudur, ancaq, orası da var ki, Qaraş, elm insanım yalnız fikrini deyil, hisslərini də rəndələyir, əslində təmiz və həssas ürəyi olan bir adam elm oxuduqca nə qədər nəcib, nə qədər alicənab olur, zambaq gülü kimi getdikcə ətri artır. Onun məhəbbəti yalnız qanın coşqunluğunda doğmur, bütün ürəyi, bütün düşüncəsi ilə səni sevir. O cür sevginin ətri getdikcə artar, getdikcə şirin olar.
Sayfa 238Kitabı okudu
– Bir şeyin pis olduğunu bilmək azdır. Gərək pisi yaxşıynan əvəz eliyəsən. Yoxsa pisi görüb, göz yummaq insaniyyətdən kənar hərəkətdir.
Sayfa 95 - Maarif Nəşriyyatı
O, heç bir yad gözün ürəyinə enməsini, oradakı ən müqəddəs, ən əziz duyğulara toxunmasını istəmirdi.
Sayfa 245 - Şərq-Qərb Nəşriyyatı, Güləbətin
Biz, ölüm qapımızı döyən günə kimi də belə yaşayacağıq. Biz ölmək üçün yaşayırıq... Yaşamaq üçün ölən insanlardan xəbərsizik! Buna görə də cənazəmiz qəbrə çatmamış bizi unudacaqlar... səni də, məni də.
o adət arvadı gözəgörünməz bir çadra altında çürüdür. Bu çadraları dağıtmaq lazımdır, dədə. Bizim üçün ayıbdır ki, evimizə qonaq gələ, arvadlarımızı süfrəmizin başında görməyə. Yoldaşımız kimi deyən-gülən yox, qul kimi ocaqların, mətbəxlərin dalında tər tökən görə. Ayıbdır, dədə! Nə qədər ki, biz arvadlara belə baxırıq, hələ çox utanıb qızarmalı olacağıq.
203 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.