Bu platformada kitab haqqında tək bir inceleme var o da mənfi yöndədir. Bu kitab haqqında inceleme etmək fikrim yox idi. Amma düşündüm ki,kitabın profilinə girib baxan kəslər mənfi incelemeni görüb oxumaqdan vaz keçərlər. Ona görə də həm mənfi ,həm müsbət bir rəy olsun istədim.Mən sevdim kitabı. Düşünsək ki,bu şeirləri adi bir gənc yazıb olduqca qənaətbəxş hesab edilə bilər. Əksərən alıntılardan yola çıxdığım kitablar məni qane eləmir. Lakin bu dəfə əksi oldu. Düzdür sətirlər sadədir. Hər oxuyanın anlayacağı şeir tipidir. Bəzi yerlərində dərin mənalı sətirlər var sadəcə. Amma yenədə bu şeirlərin pis olması mənasına gəlməz. Son zamanlar hər yerdə bu kitabın alıntıları qarşıma çıxırdı və yaxşı ki,mən də oxudum. Çox vaxt aparacaq bir kitab da deyil 1-2 saata bitər və oxusanız heç nə itirməzsiniz.
Kitabdakı şeirlərin məğzi sevgidir. Burda ayrılıq da var,həsrət də var... Məni kitabı oxumağa sövq edən şeylərdən biri də yazarın intihar edərək özünü öldürməsi idi. Və düşündüm ki,bir daxili böhran keçirib intihar etmək dərəcəsinə qədər gəlib çatan birinin şeirləri çox güman ki,çox təsirli olacaq. Düşündüyüm kimi də oldu. Kitabı bəyəndim mən. Hər kəsə xoş mütaliələr.