Həyat verməzdən öncə səndən alacaqlarını seçər. Seçdiklərini sənin əlindən almadan əsla istədiklərini sənə verməz. Qurbanlar verməlidir insan. Bəzən illərindən, bəzən hisslərindən, bəzən isə xəyallarından. Nəticədə hər kəs həyatdan öz payına düşəni alar. Bu kimisinin cəzası, dərsi, kimisinin əskik parçası olar.
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Bəzən həyat saysız xöşbəxtliklər yaşadır insana. O qədər xoşbəxt olmaq, hər şeyin bu qədər yolunda getməsi heç kəsi narahat etmir. Xoşbəxtlikdən sıxılarmı ki, insan durub düşünsün niyə hər şey bu qədər gözəldir? Niyə bütün gözəlliklər mənim başımdan yağır? Ancaq ağrı, acı, kədər qüssə üst- üstə toparlandıqda tez üsyana qalxar.
Hər acının, hər həsrətin, hər sevginin bir sonu var. Hər şey yaşanır və bitir. Amma yarım qalmaq, bundan sonra yarım qalmağın acısı ilə yaşamaq, insan ruhunun aldığı zədələrlə bir ömür sürməsi, bir şeyin tamamilə bitmiş olmsından daha acıdır.