Culiya,insan öz uşaqlığını istədiyi qədər lənətləyə bilər, bütün uğursuzluq,zəiflik və qüsurlarında valideynlərini qınaya bilər, onları sərt həyat sınaqlarında təqsirli tuta bilər, lakin son nəticədə hər bir insan taleyinə özü cavabdehlik daşıyır və özü olmaq istədiyi adam olur.
"Sınıq güvəcləri yapışdırmağa" dəyməz - sadəcə, yaşamaq lazımdır, bu günlə,bu anla yaşamaq lazımdır,hərçənd, yaşadığımız heç vaxt düşündüyümüz, planlaşdırdığımız kimi olmur. Sənə yalnız bir şeyi deyə bilərəm: həyat dəhşətli bir sürətlə ötüb-keçir.