Fidan Abdullayeva

Tanrı İbrahim peyğəmbərə oğlu İsmayılı qurban kəsməmək üçün qoç göndərmişdi, oğulları qurbanlıq olan bu analara isə səbr və göz yaşları.
Sayfa 143Kitabı okudu
Reklam
Və bu son döyüşdə hər kəs öz ölüsünü düşmənə daha baha satmağa çalışırdı.
Sayfa 132Kitabı okudu
Adətən kinolarda “ura” eləyib alman pulemyotunun qabağına atılmaq olurdu, amma bu Kinoda “ura” eləyib erməni pulemyotunun qabağına atılmaq olmurdu. Çünki o kinolarda rejissorlar “ura” eləyənin tərəfindəydilər, bu Kinoda pulemyot atanların.
Sayfa 115Kitabı okudu

Okur Takip Önerileri

Tümünü Gör
Amma Qeyrət bədbəxt oğlu bədbəxt neyləsin! Qeyrətin gücü pulemyotun, avtomatın güllələri qarşısında çox aciz idi. Qeyrət nə qədər özünü öldürürdü, gücü BMP-nin gücünə çatmırdı. Qeyrətin gücü sinəsi ilə o güllənin, o mərminin qarşısına sipər olmağa çatırdı, bu torpağın yolund ölməyə çatırdı və ölürdü. Və qeyrət sinəsini gərmişdi düşmən gülləsinin qabağına.
Sayfa 115Kitabı okudu
Göydən ucuz ölüm tökülürdü. Və göydən tökülən bu ucuz ölümdən canlarını qurtarmaq üçün arvad-uşaq, ağsaqqal-qarasaqqal,ayaqyalın, başıaçıq üzümlüklərin arasıyla üzüaşağı qaçırdı. Körpələrin çığırtısı, qadınların fəryadı tük ürpədirdi.
Sayfa 103Kitabı okudu
Reklam
Reklam
159 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.