Fidan Abdullayeva

183 syf.
10/10 puan verdi
·
Beğendi
·
19 günde okudu
Kitabda balaca bir oğlanın-Zezenin həyatindan bəhs edilir. 5 yaşında olan Zeze hərşeyi özü öyrənir:sadəcə oyun oynamağı,oxumağı,yazmağı deyil həyatın hər çətinliyində ayaqda dura bilməyi də,hərşeyə rəğmən sevə bilməyi də,bütün acıları qəlbini yandırsada yenidən həyata tutuna bilməyi də. Mənim üçün o qədər təsirli bir əsərdir ki, Şəkər Portakalı əsəri. Kitabı oxuduğum müddətcə özümü kitabın içində zənn etdim və sanki Zeze mən idim. Kitabın bir çox yerlərində göz yaşlarıma hakim ola bilmirdim,bir çox sətirləri oxuduqca qəlbim acıyla dolur,kiçik bir uşağın bu qədər şeylə necə başa çıxdığını heyranlıqla izləyirdim. 5 yaşında bir uşağın bacaramadıqlarını Zeze bacarmışdı. Bu əsər mənə nə olursa olsun ayaqda dura bilməyi,sevginin,şəfqətin önəmli olduğunu,insan necə həyat yaşamasına,necə acılar çəkməsinə baxmayaraq gözlərini yumduğu an canladırdığı xəyalindakı dünyasinda belə necə xoşbəxt ola biləcəyini öyrətdi. Bu kitab ruhuma başqa bir gözəllik qatdı. Zezenin dediyi bu sözləri heç unutmuram:"Bilesin ki kalbimiz kocaman olduğu sürece sevdiğimiz her şey içine sığar"
Şeker Portakalı
Şeker PortakalıJosé Mauro de Vasconcelos · Can Yayınları · 2022232,5bin okunma