Ramiz Rövşən

Nəfəs author
Author
8.7/10
98 People
412
Reads
240
Likes
12.2k
Views

Ramiz Rövşən Updates

You can find the Ramiz Rövşən updates, reader opinions on 1000Kitap.
Nə çoxmuş dünyanın yükü. Sevgisi yük, nifrəti yük. Görüşəndə - Söhbəti yük, Ayrılanda - Həsrəti yük.
Ramiz Rövşən
Ramiz Rövşən
Bu yerləri, bu göyləri, Yağış yuyur, gün qurudur. Bu dünyada çox şeyləri, Yağış yuyur, gün qurudur. Gözümüzün yaşını da, Bağrımızın başını da, Qəbrimizin daşını da, Yağış yuyur, gün qurudur. Gələn nədi, gedən nədi? Bələk nədi, kəfən nədi? Bu dünya öz kefindədi, Yağış yuyur, gün qurudur. ...Ulduzların tozunu da, Lap günəşin özünü də, Lap yağışın özünü də, Yağış yuyur, gün qurudur...
Ramiz Rövşən
Ramiz Rövşən
Reklam
Tənhalıq
Tənhalıq başlayır burdan o yana, Keçdikcə keçilməz,atam balası. Ayları,illəri tutsan boyuna, Çayları,çölləri tutsan boyuna, Ölçdükcə ölçülməz,atam balası. Daha çoxlarıyla aram sərinlər, Çoxları boynuma sevinməz daha. 23 yaşımda məni sevənlər 33 yaşımda sevəmməz daha. Mən axı nə çöləm,nə yol,nə küçə, Mən axı hamının ola bilmərəm. Məni sevənlərdən
Bu görüş sonuncu görüşdü daha, "Bu gün ayrılırıq" deyib gəlmişdin. Bəs niyə mənimlə son ayrılığa Ən gözəl donunu geyib gəlmişdin..?
Ramiz Rövşən
Ramiz Rövşən
Mənəm bəxti sərxoş çıxan, Yer qazsa su yox, daş çıxan. Dolu qabdan da boş çıxan, Bir sınıq qaşıq kimiyəm.
Ramiz Rövşən
Ramiz Rövşən
Yine bu şehirde yüz yüze geldik, Ne yapsak, bir başka şehirimiz yok. Belki de, biz mutlu olabilirdik, Belki, mutluyuz da, haberimiz yok. Ayrıldık kaç zaman geçti bilemem, Tanıyamadım seni, beni bağışla. Sensiz yaşayamam, ölürüm sandım, Ben sensiz ölmedim, beni bağışla! "Ölmedim" diyorum, nerden bileyim, Belki de, ben sensiz ölmüşüm öyle, Mezarsız, kefensiz kalmışım böyle. Belki de, o zaman ayrılmasaydık, Ne ben şimdikiydim, ne sen şimdiki Ayrıldık, şeytanı güldürdük, o an; Bu yılın, bu ayın, bu tarihinde, Böylece sokağın bu köşesinde Beni de, seni de öldürdük o an.
Ramiz Rövşən
Ramiz Rövşən
Reklam
Darıxır...
Bu nə təhər darıxmaqdı, Axı belə kim darıxır?! Cibimdə əlim darıxır, Ağzımda dilim darıxır. Darıxır qabım-qaşığım, Darıxır yorğan-döşəyim. Evdə qalsam, evim-eşiyim. Yol getsəm, yolum darıxır. Yoluma qızlar çıxsalar, Gülüb üzümə baxsalar, Yaxama bir gül taxsalar, Yaxamda gülüm darıxır. Hara atım bu kədəri? Yox hesabı, yox qədəri, Görünür məndən ötəri Hardasa ölüm darıxır. ~
Ramiz Rövşən
Ramiz Rövşən
Təpədən dırnağa hirs içindəyəm Dönmüşəm dustağa hirs içindəyəm Bu hasar içində, bu hirs içində Ürəyim özünə yer tapa bilməz Bir çiçək qoxusu, bir quş qoxusu Daha ürəyimə yol tapa bilməz Səpdim mən öz yarama mən öz külümü Adam öz külünə bulunur belə Dişim parça-parça kəsir dilimi Şeirim hecaya bölünür belə Mən belə adamam məndən uzaq gəz Uzaq gəz xeyirimdən, şərimdən mənim Daha bu qələmim çiçək bitirməz Qızlar çələng hörməz şeirimdən mənim Qaçdım məni sevən gözlərdən daha Hamının sevgisi gözündə qalsın Ev tikən deyiləm sözlərdən daha Qoy hamı o çölün düzündə qalsın
Ramiz Rövşən
Ramiz Rövşən
Bizsiz yazılmışdı bu tale, bu baxt, Sapanddan atılan bir cüt daşıq biz. Bəlkə bu dünyada on-on beş il yox, Min il bundan qabaq ayrılmışıq biz.
Ramiz Rövşən
Ramiz Rövşən
Corablar bir olmur, atam balası, - cırığı var, deşiyi var. Amma hər kişinin geyinib gedəsi Təzə bir qara coraba ehtiyacı var. Yeri, yeri, corabı cırıq qadın, Kiri, kiri, corabı cırıq qadın”.
Ramiz Rövşən
Ramiz Rövşən
375 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.