Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Rauf İmranoğlu

Rauf İmranoğluFilosofun dar ağacı yazarı
Yazar
9.0/10
6 Kişi
18
Okunma
3
Beğeni
1.016
Görüntülenme

Rauf İmranoğlu Sözleri ve Alıntıları

Rauf İmranoğlu sözleri ve alıntılarını, Rauf İmranoğlu kitap alıntılarını, Rauf İmranoğlu en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Qəzəb dağıdıcı bir hissdir. O qədər istidir ki, genişlənmə baş verir, sıxlığı dağıdır, kimlik vəhdətini və birgəliyi pozur, yandırıb-yaxır. Bu ocağın şölələri kimi bir-birindən ayrılıb dağılır, sonda isə közə dönüb yenidən sakitləşir.
Heç bir mahiyyətdən, başqa bir mahiyyət törəyə bilməz, bu, qəti qanundur.
Reklam
Yok'tan Yaratmak ( dikkatle okuyalım)
"Mutlak kudret sahibi öyle bir taş yaratsın ki, özü onu kaldıramasın!" dedikte ne ise istiyor, bir şey talep ediyor. Ama,aslında, o hiç bir "şey" talep etmiyor, bu soruyla hiç bir şey istemiyor. "Her şey" de maksat da bu idi. Aynı "şey" istenilmesi anlam taşıyan zaten mahiyete sahip, bir nesne olmalıdır. Ama sorulan sorularda talep olunanların hiç biri "şey" değil ve zat itibariyle hakikati ve mahiyeti yoktur. Mantıkla baktığımızda böyle insanın sanki "istiyorum, ama istemiyorum dediği görünüyor. Çünkü bu tür insan herhalükarda bir şey talep ediyor, bu yüzden de genellikle bir şey istiyor. Ama ne istediğine geldiğimizde, aslında, istediğini istemiyor. Buna göre de hem istiyor hem de istemiyor. İnsan bir şey istemelidir, ama ne geldi isteyemez. İnsan bir şey isteye bilir ama, 3>5 olmasını isteyemez. Soruyu soran insan mantıki sonucun farkında olmalıdır...
Sayfa 118 - Parlaq İmzalarKitabı okudu
- İstənilən dərk olunan nəsnə nurdursa, onun mənbəyi olmalıdır. Bu mənbə məhdud olarsa, hər bir halda məhdud işıq sonda söndüyü kimi, artıq bütün işıqlar sönməli və qaranlıq çökməli idi. Amma gördüyümüz kimi, həyat hələ də davam edir, otaqda işıqlar sönməyib, hələ də yanır: günəş, ay və ulduzlar, nurlar parlayır və ...
Hiç bir şey sebepsiz değil
...insanın sebebi ya başkadır, ya kendisidir, ya da o, mövcud'tur, ancak sebepsizdir. Bunlardan ikinci ve üçüncü şık kendi kendiliyinde yanlıştır. Çünkü sadece mutlak zaruri varlıktan başka hiç bir şey bağımsız var olamaz, başka sözle,sebebe ihtiyaçlıdır. İnsan mutlak zaruri varlık olmadığı için o, sebepsiz olamaz. Bununla da her hangi bir "yaratan" sebebin varlığı ıspat olunur. Demek ki, insanın yaratılış sebebi ne kendisidir, ne yaratılışı sebepsizdir, ne de sebepsiz olarak mövcud'tur...
“Təbiəti axtarsaq, "xalis dairə" tapa bilmərik, amma "çevrə"si xalis olmayan "dairə"ləri zehində xalisləşdiririk.”
Reklam
Bəzən elə suallar və problemlər yaranır ki, intuitiv düşüncələr müstəvisində xəyallara dalmasaq, onları heç bir şəkildə həll edə və cavablandıra bilmərik. Hadisəni bütün təfərrüatı ilə düşünə bilməsək, o bizə ancaq müşahidə etdiyimiz çöhrəsini aça bilər.
- Xəyallar hətta qaranlıqları da bürüyür. Bu suallar qarşısında qızıl haqqında fizikanın, şəkil haqqında həndəsənin, cəmiyyət haqqında sosiologiyanın, xəstə haqqında psixologiyanın cavabı nədir? Ruhun sönmüş daxmasını kim işıqlandıracaq? Bunlara kim cavab verməlidir? Görəsən, tarix qaranlıq keçmişdə qalıb, yoxsa işıqla gələcək? Ya da işıqla gəlsə də, sonradan yenə də qaranlıq çökəcək və ya çökdürüləcək?
...hələlik var olmayanlar ümumiyyətlə "ola biləcəklər dünyasında" mövcuddur.
... ruhun güzgü kimi cilalanması lazımdır ki, varlığı özündə əks etdirə, sonra ağıl da onu ümumi şəkildə nəzərdən keçirə bilsin.
Reklam
Əgər mücərrəd təfəkkürlə hər hansı bir nəticə alınıbsa, sonradan təcrübi elmlərlə də uzlaşmalıdır.
- Bu məhdud işıqlar ya əzəldən yanır, ya da sonradan. Əgər əzəldəndirsə, hər nə qədər güclü olsalar da, sönməli idilər. Amma sönməyiblər. Deməli, mənbə sonsuz olmalıdır. Yox, əgər desəniz ki, son-radan işıqlanmağa başlayıb, onda da belə bir sual çıxır: bu işıq necə yaranıb? Ya öncəki işıqdan ayrılıb, o da özündən öncəkindən və beləcə, sonsuza qədər davam etməli olacaq. Bu isə mümkün deyil; kəmiyyət və sayca sonsuza qədər gedə bilməz.
"Bir şey özü üçün aşkar və zahirdirsə, deməli, nurdur"
"Yox"un yoxluğu
"Əgər yoxluq hökm sürürsə, bunun özü varlıq hökm sürür deməkdir". Çünki yoxluğun hökm sürməsi obyektiv aləmdə yox, zehində anlaşılır, yoxluq (sadəcə olaraq bir "məna" olduğuna görə) obyektiv aləmə çıxa bilmir, de məli, obyektiv aləmi varlıq doldurmalıdır. Göründüyü kimi, zəruri varlığın zatının müstəqilliyi kimi Onun isbatına da ehtiyac yoxdur. Molla Sədra falsəfəsin də gətirilən isbat modeli də İbn Sinanın dediyi "xatırlatma" xarakteri daşıyan sübutlardandır. Bu növ sübutlarda sanki varlığın özü əvvəlcədən naməlum kimi göstərilir və hələlik bu naməlum həqiqətin fəlsəfi analizlər sayəsində zəruriliyi get-gedə üzə çıxır. Yəni bu modeldə isbat trayektoriyasında, əslində, zəruri varlığın özündən özünə doğru hərəkət olunur. Bu trayektoriyanın başlanğıc və son nöqtəsinin hər biri zəruri varlığın özüdür. Molla Sədranın dediyi kimi, bu sübutda əvvəl seçilən müzakirə obyekti axırda elə əvvəlin, yəni onun özü olur. Əgər axır da odursa, onda elə əvvəldəki də o idi. Amma bu fərqlə ki, başlanğıcda onun varlığı və kimliyi bizim üçün naməlumdur, sonda isə məluma çevrilir.
Məgər dediyiniz bu "rahat həyat" sadəcə olaraq bir təsəvvür deyilmi? Görürsüz....təcrübə də göylərdən və mücərrəd təfəkkürdən yan keçə bilmir. Əgər bir fizikin zehnində ideal təsəvvürlər olmasa, axı o nə üçün elmi kəşflərə can atsın ki? Elə deyil? Həə...deməli, bütün elmlərin arxasında mücərrəd düşüncələr və ideyalar yatır. Təcrübələrin fövqündə təsəvvürlər, elmlərin araşdırdığı fizikanın arxa planında metafizik aləm dayanır.
60 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.