Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Reyhan Yusifqizi

Reyhan YusifqiziYaşıl Gözlü Qız yazarı
Yazar
7.3/10
33 Kişi
204
Okunma
19
Beğeni
1.954
Görüntülenme

En Beğenilen Reyhan Yusifqizi Sözleri ve Alıntıları

En Beğenilen Reyhan Yusifqizi sözleri ve alıntılarını, en beğenilen Reyhan Yusifqizi kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Konfutsi:
Dünyanın yalnız lazımsız hissəsi insana açıla bilər və yalnız sarsaq adamlar özlərini hər şeyi bilən hesab edə bilərlər. İnsan nə qədər çox öyrənirsə, müdrikliyə çatırsa, bir o qədər anlayır ki, onun dərk etmədiyi çox şey var.
Sayfa 60 - Altun KitabKitabı okudu
İnsanlar həyatları boyu çox səhvlər edirlər. Bəzən özləri də hiss etmədən kiminsə qəlbinə toxunur, kimisə aldadır, qırır, öz kiçik planlarını həyata keçirmək üçün böyük yalanlar danışırlar.
Sayfa 50 - Altun KitabKitabı okudu
Reklam
Bu gün elm nə qədər yüksək səviyyədə inkişaf etmiş olsa da, bizim Kainat haqqında biliklərimiz nisbidir və heç də mükəmməl deyil. Bizim üçün həyat gördüyümüz və hiss etdiyimiz reallıqlardan və bu reallığı dərk etməyə çalışan şüurumuzdan ibarətdir. Biz planetin qanunlarına tabeyik, planetimiz isə Kainatın qanunlarına tabedir.
Sayfa 39 - Altun KitabKitabı okudu
"Demək, mövcud olan hər şey müəyyən çərçivədən kənara çıxmır. Bizi əhatə edən dünyaya baxanda hər dəfə əmin olursan ki, ümumi, əbədi qanunauyğunluqlar var. Bununla belə, hər planetin özünəməxsus şəraiti olduğundan orada həyat fərqli, özünəməxsus yaranır. Eyni bir orqanizm ayrı-ayrı mühitlərdə fərqli formalara malik olur."
Sayfa 40 - Altun KitabKitabı okudu
"İnsan eqoizmi hər şeyi üstələyib. Yerdə təbii sərvətlər, maddi nemətlər dağıdılır, insanların gözü doymur. Onların arasında bir-birinə inam yoxdur, bir-birini məhv etmək üçün silahlar hazırlayırlar."
Sayfa 59 - Altun KitabKitabı okudu
Bəzən həyatda elə hadisələr baş verir, elə düzülüb qoşulur ki, sanki, onları kimsə idarə edir. Əslində, elə doğrudan da belədir, Kainatda her şey kiminsə nə vaxtsa qoyduğu qanunlarla idarə olunur. Təəssüf ki, biz - Yer insanları bu qanunları hələlik dərk edə bilmirik. Öz həyatımızı yaşayır, hər günün, hər saatın hökmünü qəbul edir, amma niyə belə olduğunu başa düşmürük.
Sayfa 52 - Altun KitabKitabı okudu
Reklam
"Kainat bir möcüzədir. Kainat - mövcud olan hər şey deməkdir: materiya, fəza, enerji, vaxt, ulduzlar, asteroidlər, planetlər... Kainat o qədər nəhəngdir ki, onun ölçülərini təsəvvür etmək hədsiz çətindir, o qədər qədimdir ki, yaranma tarixi 15 milyard il bundan əvvələ gedib çıxır. Burada yüz milyondan çox ulduz var və onlar Kainatda heç də nizamsız şəkildə səpələnməyib, müəyyən formalarda qruplaşaraq qalaktikalar əmələ gətirib."
Sayfa 3 - Altun KitabKitabı okudu
THE END...
Həmişə bütün dövrlərdə əsas şey insanlıq olmuşdur. Həyatı irəliyə aparan, yaxşılığa doğru dəyişən, bəzən qiymətləndirilməsə də, əvvəl axır qiyməti bilinən İNSANLIQ!!!!
Sayfa 154Kitabı okudu
Bəzən həyatda elə hadisələr baş verir, elə düzülüb qoşulur ki, sanki, onları kimsə idarə edir.
Sərt meşə, vəhşi təbiət qarşısında insan bir heçdir, lakin... İnsan düşünür və düşünərək böyüklük kəsb edir. İnsan düşünərək yaşayır, çıxış yolu tapır və əbədi fəlakətlərə rəğmən özünü təsdiq edir, bununla da dünyanın ucalığı fövqündə dayanır...
Reklam
İnsanlar yalnız təhlükəli anlarda ölümü xatırlayır və qorxurlar. Sonra isə ölüm qorxusu onları tərk edib yox olur. Yırtıcı heyvanlara, aclığa, soyuğa, dəhşətli xəstəliklərə, təbii fəlakətlərə qarşı mübarizədə həyat sərt və təhlükəli görünsə də, yemək və sığınacaq tapılan kimi o yenə də axan çay kimi gözəl və təravətli olur. İnsanlar həyatı yenə də sevirlər...
Heç kim yatmamışdı. Hər üçü isti evini, ocağını, ailəsini, doğmalarını düşünürdü. Onların nə qədər əziz, nə qədər qiymətli olduğunu anlayırdı....
insanlar...
İnsanlar həyatları boyu çox səhvlər edirlər. Bəzən özləri də hiss etmədən kiminsə qəlbinə toxunur, kimisə aldadır, qırır, öz kiçik planlarını həyata keçirmək üçün böyük yalanlar danışırlar.
Kitablar... İnsan yaradıcılığının ən diqqətəlayiq, ən çox heyrətə gətirən təzahürü.
Müharibədə görüş də, ayrılıq da bir anın içində olur.
Sayfa 233 - Teas PressKitabı okudu
50 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.