Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sedat Maden

Sedat MadenMirze Elekber Sabir yazarı
Yazar
Editör
9.0/10
1 Kişi
11
Okunma
2
Beğeni
1.409
Görüntülenme

Sedat Maden Gönderileri

Sedat Maden kitaplarını, Sedat Maden sözleri ve alıntılarını, Sedat Maden yazarlarını, Sedat Maden yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Çocuk Şiirleri - UŞAQ VE BUZ
"Dərsə gedən bir uşaq Çıхdı buz üstə qoçaq; Sürüşdü birdən birə Düşdü üz üstə yerə. Durdu uşaq neylədi? Buza belə söylədi: 'Sən nə yamansan, a buz! Adam yıхansan, a buz! Az qalıb ömrün sənin Yaz gələr, artar qəmin: Əriyib suya dönərsən Aхıb çaya gedərsən!"
Sayfa 406 - Nobel Bilimsel Eserler - 1. Baskı/Eylül 2017Kitabı okudu
Çocuk Şiirleri - MOLLA NƏSRƏDDİNİN YORĞANI
"Gecə yatmaq zamanı çatmışdı Molla Nəsrəddin evdə yatmışdı Nagəhan kuçədən ucaldı səda Vurharay düşdü, qopdu bir qovğa. Molla, çiynində yorğanı, dərhal Kuçəyə çıxdı müztərib əhval; Gördü bir yanda bir ağır dəstə Sanki minmiş adamlar üst üstə. İstədi dəstəyə tərəf getsin Bu yığıncaq nədir, sual etsin. İşbu əsnadə bir nəfər tərrar Yorğanı qapdı nagəh, etdi fərar. Molla bu qissədən pərişan-hal Evinə döncək övrət etdi sual: 'De görüm, kuçədə nə var, a kişi? Bu nə dəvadır, anladınmı işi?' Dedi: 'Yorğan üçün imiş bu təlaş Qapdılar yorğanı, kəsildi səvaş."
Sayfa 394 - Nobel Bilimsel Eserler - 1. Baskı/Eylül 2017Kitabı okudu
Reklam
Çocuk Şiirleri - MƏKTƏB UŞAQLARINA TÖHFƏ
"(...) Ataya hörmət etməyən çocuğun Anaya xidmət etməyən çocuğun Nə olur kəndi nəfsinə xeyri. Nə də ondan vəfa görər qeyri! Şübhəsiz, xüsrdən kənar olamaz. İki dünyadə bəxtiyar olamaz."
Sayfa 386 - Nobel Bilimsel Eserler - 1. Baskı/Eylül 2017Kitabı okudu
Gazelleri - 10
"Xosrovi-hüsnün, əzizim, sən imişsən taci, Xublər cümlə sənin dərgəhinin möhtaci. Qabi qövseyn qaşın, leylətül-isra zülfün. Tapmısan mərtəbeyi-hüsndə sən meraci. Tökülüb zülfi-siyəh arizi-alın üzrə Kəbəyə çöl ərəbi mane olur hüccaci. Zairi-kuyinəm, ey məh, qoy öpüm xalindən, Həcəri öpməyənə xəlq deməzlər haci. Kəc nigah ilə dələr bağrımızı müjganın Bu ox atmağı kim öyrətdi sənə qıyğaci? Gecə gündüz səri-kuyində sızıldar Sabir, Neyləsin, qovma qapından, kəsilib illaci."
Sayfa 382 - Nobel Bilimsel Eserler - 1. Baskı/Eylül 2017Kitabı okudu
Gazelleri - 6
"Gər istəsən ki, fitneyi-aləm oyanmasın Dövri-qəmərdə əqrəbi-zülfün dolanmasın Göstər çəməndə nərgisə hər şam gözlərin Ta sübh olunca xabi-ədəmdən oyanmasın. Yox məndə tab vəslinə, göstərmə ruyini Pərvanə shəmi görsə, nə mümkündü yanmasın. Kuyin rəqibə məskən olub gəlmərəm dəxi Nə görməsin gözüm və nə könlüm bulanmasın. Sirri-dəhanini demə naəhl zahidə Qoy bixəbər qalıb belə əsrari qanmasın Canım çıxar çıxanda xətin gülüzardə Eylə xətin tərash, qoy ömrüm uzanmasın. Derlər, nəvidi-vəsl verib yar Sabirə Xam olmasın, bu mətləbə hərgiz inanmasın."
Sayfa 378 - Nobel Bilimsel Eserler - 1. Baskı/Eylül 2017Kitabı okudu
Muhtelif Şiirleri - TƏHƏSSÜR
"Olsaydı səfa zümreyi-irfan arasında, Qalsaydı vəfadən əsər əyan arasında, Dursaydı sədaqət bəy ilə хan arasında, Qalmazdı kədər zərrəcə insan arasında!"
Sayfa 359 - Nobel Bilimsel Eserler - 1. Baskı/Eylül 2017Kitabı okudu
Reklam
Muhtelif Şiirleri - YA LİL'ƏCƏB
"Ya Rəb, nədir bilməm səbəb, Yox gözləyən irzü ədəb, Mollalar olmuş pul tələb Böylə eşitdik cəddü əb Ya lil'əcəb ya lil'əcəb. Yüz məkrü fitnə saldılar. Mali ibadi aldılar, Hər yanə gitsən çaldılar, Nəf'i cibişdan leylü şəb. Ya lil'əcəb ya lil'əcəb. Allahü pəyğəmbər, imam, Həm də ziyarətgah tamam, Mollaya mal olmuş balam, Lal ol, deyir tərpətmə ləb Ya lil'əcəb ya lil'əcəb."
Sayfa 355 - Nobel Bilimsel Eserler - 1. Baskı/Eylül 2017Kitabı okudu
Muhtelif Şiirleri - RUHUM
"Ruhum, ey şahbazi-ülviyyət! Himmətimtək fəzadə pərvaz et! Uç, uç, Övci-səmadə pərvaz et! Təngnayi-bədəndə var xiffət. Aşiyani-bədəndə etmə qərar, Yanma sən də mənim kimi narə! Bulamazsan məlalimə çarə!
Sayfa 349 - Nobel Bilimsel Eserler - 1. Baskı/Eylül 2017Kitabı okudu
Taziyaneleri - 118
"Babam sünni, nənəm şiə, dürək mən, Nə Farsam mən, nə Hindəm mən, Türək mən! Muğanda - müğbeçə, məsciddə - əkbər, Təfavütü yox... Həqiqətdə zirək mən!.."
Sayfa 328 - Nobel Bilimsel Eserler - 1. Baskı/Eylül 2017Kitabı okudu
Taziyaneleri - 116
"İstərəm ölməyi mən, leyk qaçır məndən əcəl Gör ne bədbəxtəm, əcəldən də gərək naz çəkəm."
Sayfa 328 - Nobel Bilimsel Eserler - 1. Baskı/Eylül 2017Kitabı okudu
72 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.