Şeyh Hürr'ü Amuli

Hədisi Qüdsi yazarı
Yazar
0.0/10
0 Kişi
1
Okunma
0
Beğeni
481
Görüntülenme

Şeyh Hürr'ü Amuli Sözleri ve Alıntıları

Şeyh Hürr'ü Amuli sözleri ve alıntılarını, Şeyh Hürr'ü Amuli kitap alıntılarını, Şeyh Hürr'ü Amuli en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Musa Allahdan soruşdu: Pərvərdigara, Sənin yanında ən fəzilətli əməl hansıdır? Allah buyurdu: Uşaqları sevmək. Çünki Mən onları tovhid fitrəti əsasında yaratmışam. Əgər onları uşaqlıqda qəbzi-ruh etsəm, Öz rəhmətimlə behiştə daxil edərəm.
Ey İsa! Məni qəlbində yad et ki, Mən də səni yad edim. Məni camaat arasında, adamların yığıncağında yad et ki, Mən də səni daha yaxşı yığıncaqlarda yad edim.
Reklam
Ey Musa, hər kəs Məni sevsə, Məni unutmaz. Hər kəs mənim ehsanıma ümidvar olsa, Məndən israrla istəyər.
Allah Həzrət İsaya belə vəhy etdi: Ey İsa! Gözlərindən Mənə göz yaşı, qəlbindən mənə xüşu ver! Batil əhli güləndə, sən gözünə qəm-qüssə mili ilə sürmə çək. Qəbirlərin müqabilində dayan və uca səslə ölülərə de: Tezliklə mən də sizlərə qovuşacağam. Bəlkə onların vəziyyətini müşahidə etməklə ibrət alasan.
Allah Davuda belə vəhy etdi: Allah dərgahına ən yaxın olanlar təvazökar şəxslər olduğu kimi, Allahdan ən uzaq şəxslər də təkəbbürlü və özünü istəyənlərdir.
Musa belə ərz etdi: Pərvərdigara, Sənin razılığın olan əməli mənə öyrət. Allah buyurdu: Mənim razılığım sənin ikrah etdiyin şeylərdədir. Sən isə xoşlamadığın şeylərə səbr etmirsən. Musa ərz etdi: Pərvərdigara, bunu daha artıq bəyan et. Allah buyurdu: Mənim razılığım bundandır ki, Mənim qəza və qədərimə razı olasan.
Reklam