Verner Mazer

Adolf Hitler yazarı
Yazar
0.0/10
0 Kişi
5
Okunma
0
Beğeni
215
Görüntülenme

En Beğenilen Verner Mazer Sözleri ve Alıntıları

En Beğenilen Verner Mazer sözleri ve alıntılarını, en beğenilen Verner Mazer kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Qəbul imtahanının birinci hissəsinin öhdəsindən gələnlər təqdim etdikləri rəsmlər əsasında imtahandan əvvəl gördükləri işləri nümayiş etdirməli idilər. Hitler Urfar və Linsdə hazırladığı rəsm qovluğunu təqdim etdi. Qovluqdakı rəsmlər arasında portretlərin az olması imtahançının Hitleri akademiyaya qəbul etməməsinə səbəb oldu. …Hitler 1907-ci ildə bir neçə artıq portret çəksəydi, görəsən, dünya nələrdən qurtulmuş olardı? Axı elə bu gün də ona məxsus olan və akademiyanın tələblərinə cavab verə biləcək portret və etüdlərə rast gəlmək mümkündür.
O (Hitler) hesab edirdi ki, yəhudilik istənilən cəmiyyətin qəddar düşməni olaraq, başqa millətlərin qanını zəhərləyir, ruhlarını ələ keçirir, onları aldadır, yanıldır, istismar edir, mövcudiyyət uğrunda mübarizə etməkdən çəkindirir və millətləri məhv etmək vasitəsi kimi istifadə etdiyi demokratiyaya can atır.
Reklam
"İnsanlar tarixi öyrənsəydilər, həyat tamam başqa cür olardı”.
Adolf HitlerKitabı okudu
Son
“Mən bu şəhərdə əmr vermək hüququna malik idim. İndi isə taleyin əmrinə boyun əyməliyəm. Hətta xilas olmaq imkanım olsaydı da, bunu eləməzdim. Kapitan gəmisi ilə birlikdə batmalıdır". 13 aprel tarixində Yeva Braun general-leyenant Herxard Engelə özünü vurmaq haqqında sual vermişdi. Ətrafındakıların, xüsusi halda onu təyyarə ilə aparmaq istəyən Hann Rayç və Hans Baurun yola gətirmək cəhdlərinə baxmayaraq, Hitler Berlində qalıb intihar etməyi seçdi.
Sayfa 513Kitabı okudu
Hitler Vyanada olduğu kimi Münhendə də tənha yaşayırdı. Ətrafdakılar onu başa düşmürdü və bu Hitleri qətiyyən narahat etmirdi. O, ürəyini heç kimə açmaq istəmədiyindən insanlarla yaxın münasibət qurmaqdan, xüsusən də dost olmaqdan qaçırdı. Normal şəhər sakinlərinin fikrincə, Adolf Hitler mənasız və məqsədsiz ömür sürürdü. O, vaxtının çox hissəsini kitab və jurnal oxumağa sərf edir, şəkillərini isə günorta cəmi bir neçə saat ərzində çəkirdi. Bəzən isə piroq yeyərək qəzet oxumaq üçün yaxınlıqdakı kafeyə gedirdi.
Sayfa 123Kitabı okudu
Hitlerin strategiyası əsasən təbliğatın təsirini nəzərə almaqla, hərbi potensialı idarə etməkdən ibarət idi. O, qısa müddətlik də olsa “beynəlxalq ictimai fikrə” təsir edə bilmək naminə həqiqi strateji mənafeləri xəyali təbliğat uğurlarına qurban verirdi.
Sayfa 151Kitabı okudu
Reklam
14 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.