Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Vidadi Babanlı

Vidadi BabanlıVicdan Susanda yazarı
Yazar
8.4/10
22 Kişi
90
Okunma
17
Beğeni
2.382
Görüntülenme

Vidadi Babanlı Gönderileri

Vidadi Babanlı kitaplarını, Vidadi Babanlı sözleri ve alıntılarını, Vidadi Babanlı yazarlarını, Vidadi Babanlı yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Qadınlar hər şeylə maraqlanar.Bu onların qanlarında var.
Reklam
Eh, həkimlər!.. - Günəşlinin solğun çöhrəsi narazı ifadə aldı. Həkimlərin bilmədikləri şeylər bildiklərindən çoxdur. Insanın əsas həkimi özüdür. Çəkdiyi iztirabların, keçirdiyi ağır sarsıntıların daxildə buraxdığı izləri heç kəs onun qədər bilməz. -Ümidsiz olmaq yaxşı deyil, professor. Ümidlə səbir insanın ən böyük dostudur! Bunu mən sizin öz dilinizdən eşitmişəm. - Ümidin də növləri var, Vüqar. Həqiqətlə səsləşəni və səsləşməyəni var.
Sayfa 550Kitabı okudu
Vidalaşmanın ən çətin, ən təsirli anları tabutun qapağı üstünə qoyub, bir neçə yerindən mismarla bərkidiləndə başlayır. Əbədi ayrılığın amansız vahiməsi, can yanğısı bu anlarda daha güclü olur.
Sayfa 529Kitabı okudu
Analar nə qəribə insanlardır, nə böyük ürəkləri var!..
Sayfa 411Kitabı okudu
Reklam
Heyif ki, arzuların qanadı zəif olur, tezcə sınır!
Sayfa 406Kitabı okudu
-Təsəllisiz həyat yoxdur, dədə. İnsan təsəllilərlə yaşayır. -Çox təəssüf ki, elədi. Yalnız təsəllilərlə!
Sayfa 300Kitabı okudu
Vicdanın güclü səsini hər zaman öz varlığında eşidən insanlar ən yüksək sosial qazanclara sahib olurlar. Belələrinin cəmiyyət qarşısında alnı açıq, başı dikdir. Təmiz vicdan ən obyektiv qisasdır...
629 syf.
10/10 puan verdi
·
Beğendi
Kitab öz dövrünün saflığı,gözəlliyi ilə yazılıb. Vidadi Babanlının axıcı dili məişət mövzularını maraqlı hala salıb. Atam oxuyan kitabı oxumaq,mənə daha maraqlı təsir bağışladı.Etdiyi qeydlərə nəzər salmaq,onları atamla müzakirə etmək əsəri mənim üçün yadda qalan etdi. Vüqar obrazı zehnimdə xoş izlər qoydu.
Vicdan Susanda
Vicdan SusandaVidadi Babanlı · Çaşıoğlu Nəşriyyatı · 200965 okunma
74 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.