Vüsal Şabizadə

Göyərçin Əllər yazarı
Yazar
9.0/10
1 Kişi
1
Okunma
0
Beğeni
112
Görüntülenme

Hakkında

Okurlar

1 okur okudu.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Eldar İsmayıl - Güllər şahid olsun bu eşqimizə
Bu gün Məcnun olaq çıxaq seyrana Çöllər şahid olsun bu eşqimizə. Çəməndən bir əlvan xalı istəyək, Güllər şahid olsun bu eşqimizə. Buludlara dönüb göylərdə uçaq, Odlu sinəmizlə tufanı qucaq... Qayaya sığınaq, kahaya qaçaq, Yellər şahid olsun bu eşqimizə. Güclü yağış töksün, göylər gurlasın, İldırım oynasın, şimşək parlasın... Dərə uğuldayıb, sellǝr gurlansın, Sellər şahid olsun bu eşqimizə! Gəzək bu dünyanı biz gülə-gülə, Düşməyək bir yerdə şərə, əngələ. Ya Göygölə qalxaq, ya Göyçə gölǝ, Göllər şahid olsun bu eşqimizə. Çataq evimizə şamı söndürək, Divardan asılmış sazı endirək... İkimiz birlikdə dinək, dindirək, Tellər şahid olsun bu eşqimizə!
Sayfa 22 - Elm və təhsilKitabı okudu
Eldar İsmayıl - Yoxuşla enişin arasındayam
Bir yanımda işıq, birində zülmət, Zülmətlə günəşin arasındayam. Pəncərəm quzeydən, qapım güneydən, Buz ilə atəşin arasındayam. Arifmi, aqilmi məni duymayan, Bir udum sevinci mənə qıymayan... Düzümə, tərsimə məhəl qoymayan Dövranla gərdişin arasındayam. Sevgim Vətən deyir, dilim el deyir, Zaman ağla deyir, qəlbim gül deyir. Biri yaşa deyir, biri öl deyir, Bitməyən bir işin arasındayam. Ağılla nadanlıq üz-üzə durur, Həqiqət yol salır, nahaq tor qurur. Kədər əl eləyir, sevinc göz vurur, Eşqimlə vərdişin arasındayam. Ay Eldar, nadanlıq yağar görünməz, Bu dünya yaşıla, ala bürünməz. Gedirəm hələ ki mənzil görünməz... Yoxuşla enişin arasındayam!
Sayfa 24 - Elm və təhsilKitabı okudu
Reklam
Reklam