Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Yunus Şen

Yunus ŞenBabil Yanarkən yazarı
Yazar
9.0/10
2 Kişi
37
Okunma
4
Beğeni
996
Görüntülenme

En Eski Yunus Şen Gönderileri

En Eski Yunus Şen kitaplarını, en eski Yunus Şen sözleri ve alıntılarını, en eski Yunus Şen yazarlarını, en eski Yunus Şen yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Əgər bir yerdə bir insan varsa,orada bir problem var.Əgər bir yerdə heç insan yoxdursa,orada heç bir problem yoxdur.
Önlüklərini açmış,köynəkləri şalvarlarından çıxıb tökülən şagirdlər müharibədən çox,məktəblərdə tətil ediləcəyi ilə maraqlanırdılar.Onlar savaşın qorxusunu deyil,tətil olacağının sevincini yaşayırdılar;küçələrdə bir-biri ilə zarafatlaşaraq gəzir,səngərlərə girib "dava - dava" oynayırdılar.
Sayfa 256Kitabı okudu
Reklam
Tarixdən ibrət götürməyən onu bir daha yaşamağa məcbur olar
III Dünya müharibəsinin silahları necə olacaq- bilmirəm.Amma IV Dünya müharibəsinin silahları daş və dəyənəklər olacaq.(A.Enşteyn)
1997ci ildə S.Hüseyn 100 nəfər tarixçini 10 nəfərlik qruplar halında 10 gün sarayında saxladı
Reklam
"Kərkük türkü danışa bilməz, qardaş"
"Canımız, qanımız sənə fəda olsun" "And olsun ki, iki şeydən vaz keçə bilmərəm: biri İraqdan, biri Səddamdan", deyə hayqıran iraqlılardan heç biri Səddam üçün müqavimət göstərməyəcək, referendum günü tökdükləri qan qədər belə qan tökməyi gözə almayacaqdır.
Düşmənə dərs, dünyaya mesaj
Səddam Hüsey müharibəyə qədərki vaxtda hər gün əsgərlərlə iclaslar keçirəcək, iclaslar da axşam televiziya ilə yayımlanacaqdı. İraq xalqı yaşlı generalların Səddam Hüseynin qarşında ehtiraslı sədaqət nitqini və gurultulu alqışlarını hər axşam televiziyadan izləyəcəkdi. Həmin xalq "Səddam üçün öləcəyini"hayqıran generallardan heç birinin müharibədə onlardan gözlənilən vəzifəni yerinə yetirə bilmədiyini, yaxud yerinə yetirmədiyini görəcəkdi.
Həmdani hadisəsi
Səddam Hüseyn konfrans zalında ən çox Ədnan Həmdaninin adı "xain"lər arasında çəkilərkən və təhlükəsizlik əməkdaşları tərəfindən aparılarkən ağlamışdı. Ədnan Həmdaninin və digərlərinin güllələnməsindən Səddam Hüseyn "köhnə dost"unun evinə ziyarət etdi. Ədnan Həmdaninin arvadına başsağlığı verdi. Orada da ağladı. "Ədnan mənim ən yaxın dostum idi. Ancaq milli mənafelər şəxsi hisslər və düşüncəlerden öndə gəlir", - dedi. Səddam Hüseyn bu ziyarətdən sonra Həmdani ailəsi üçün Dəcla çayının sahilində bir villa tikilməsini əmr etdi. Eyni zamanda Həmdaninin evini ziyarət edib arvadına başsağlığı verən insanları da bağışlamadı. Bu insanların bir hissəsi edam olundu, bir hissəsi də həbs edildi. Günahları isə "bir xainin ailəsinə rəğbət göstərmək" idi.
Nazirini öldürdü
Səddam Hüseyn İran müharibəsi zamanı vəziyyətdən şikayətlənən, əmrlərə tabe olmayan, ya da ona görə "qorxaq" davranan xeyli zabitləri məhkəməsiz, mühakiməsiz öldürtdü. Özü də Balad bölgəsindəki Ducail qəsəbəsində sui-qəsd cəhdinə məruz qaldı. Səddam sui-qəsddən qurtuldu, ancaq Ducail qəsəbəsi yerləyeksan edildi. Daha sonra isə şiə, kürd və kommunistlərə qarşı şiddətli döyüşlər aparıldı. Bu qruplardan yenə xeyli insan öldürüldü. Həmin sui-qəsd isə Səddamın planlı səfərlər etməsinin də sonu oldu.
32 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.