Zeynaddin Hacıyev

Fəlsəfə yazarı
Yazar
8.0/10
1 Kişi
8
Okunma
0
Beğeni
1.168
Görüntülenme

Zeynaddin Hacıyev Gönderileri

Zeynaddin Hacıyev kitaplarını, Zeynaddin Hacıyev sözleri ve alıntılarını, Zeynaddin Hacıyev yazarlarını, Zeynaddin Hacıyev yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Göründüyü kimi artıq orta əsrlərdə insan kosmosun üzvi tərkib hissəsi hesab olunmurdu. O, kosmik həyatdan, təbiətdən ayrı götürülür, ondan yük­ səkdə qoyulurdu. Lakin o, özünün günahkar olması üzündən nəinki təbiətin ağası, heç öz-özünün də ağası ola bilmir və ilahinin mərhəmətindən asılı və­ ziyyətə düşür. Buna görə də insan hətta antik dövrdə bütpərəstliyin ona aid etdiyi bütün heyvanlardan yüksəkdə durmaq statusuna malik deyildir. İnsanın bu cür ikili vəziyyəti orta əsrlər antropologiyasının ən mühüm səciyyəvi cəhətidir.
Əgər antik etikada mərkəzi yer biliyə veri­ lirdisə, orta əsrlərdə onun yerini etiqad tutur. Deməli ağırlıq mərkəzi zəkadan iradə sahəsinə keçirilir.
Reklam
Sokrat fəlsəfənin qa­yəsini xeyir və şərin nə olduğunu dərk etməkdə görürdü. O, göstərirdi ki, fəlsəfi bilik əldə etmək istəyi yalnız o zaman əxlaqi fəaliyyət hesab edilə bilər ki, bu bi­ liyin özü xeyirxah xarakter daşısın. Etik rasionalizm adlanan bu fikir Sokratın təliminin əsas mahiyyətini təşkil edir. Onun fikrincə əxlaqsız hərəkət həqiqəti bilməməyin məhsuludur.
Caynizmə görə şəxsiyyət həm mənəvi (civa) və həm də maddidir (aciva). Belə təsəvvür olunurdu ki, cansız, kobud materiya ilə ruh birləşərək in­ san şəxsiyyətini əmələ gətirir. Civa (ruh) qeyri-mükəmməl və mükəmməl for­ mada olur. Birincidə o, materiya ilə bitişikdir, buna görə də əzab çəkir. İkinci (mükəmməl) formada ruh materiyadan ayrılır və azad olur. Bu halda o, mö­ minliyin ən yüksək mərhələsinə (nirvana) gəlib çatır.
Son vaxtlara qədər belə bir təsəvvür geniş yayılmışdı ki, guya fəlsəfə ilk dəfə qədim Yunanıstanda yaranmışdır. Əslində isə dünya fəlsəfi fikrinin beşiyi qədim Şərq ölkələridir.
Bunlardan ən gicbəsəri askezlərdi
Şərqin ilkin fəlsəfi təlimlərində ’’həyat", "ölüm", "ruh", "fiziki bədən", "şüur" və s. daha çox yer tuturdu. Burada "san- sara" (ruhun dirilməsi və yenidən təcəssümü), "karma" (insanın axirət dünyasında öz əməllərinə görə cavab verməsi),"askez" (özünü məhdudlaşdırmaq yolu ilə fövqəltəbii qabiliyyətlərə nail olmaq), "nirvana" (ruhun ən yüksək vəziyyəti, insan cəhdlərinin məqsədi) və sair anlayışlar geniş yayılmışdır.
Reklam
37 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.