Ziya Bünyadov

Azerbaycan Atabegleri Devleti yazarı
Yazar
Çevirmen
7.8/10
4 Kişi
38
Okunma
9
Beğeni
1.814
Görüntülenme

Ziya Bünyadov Yorumları ve İncelemeleri

Ziya Bünyadov yorumları ve incelemelerini, Ziya Bünyadov kitabı hakkındaki okur görüşlerini , Ziya Bünyadov puanlarını 1000Kitap'ta bulabilirsiniz.
336 syf.
·
Puan vermedi
·
9 günde okudu
Ziya Bünyadov Azərbaycan tarix elminin önəmli təmsilçilərindən biridir, mənə görə Azərbaycan tarixini yaxşı öyrənmək üçün onun araşdırmalarını oxumaqda fayda var. Kitabda əsasən Atabəylər dövlətinin yaranmasından süqutuna qədər olan dövr işlənmişdir, amma Atabəylər dövlətinin inkişaf etdiyi şəraitdə qonşu dövlətlərin də qarşılıqlı əlaqələrinə geniş şəkildə yer verilmişdir, bu da o dövrdəki Azərbaycana geniş prespektivdən baxmağa kömək edir. Bünyadovun dövlətin tarixini yalnız o dövrlərdən bu günə kimi yazılan elmi əsərlərlə kifayətlənməyərək, həmin dövrdə yazan şairlərin də poetik yaradıcılığından referans alaraq təsvir etməsi kitabın oxunmasını bir ədəbiyyat sevər olaraq mənim üçün daha zövqlü hala gətirdi. Sovet dövründə yazılmış araşdırma olmasına baxmayaraq, Ermənistan Respublikasındakı ərazilərin qədim Azərbaycan şəhərləri olmasını faktlarla sübut etməsi də dövrünə görə cəsarətli addımdır. Yer adları ilə bağlı bəzi şübhəli qaldığım məqamlar oldu, ki bu da tarix araşdırmaları üçün normal haldır, tarixçinin əlində olan mənbələrlə uğurlu araşdırma ortaya çıxardığını düşünürəm.
Azerbaycan Atabegleri Devleti
Azerbaycan Atabegleri DevletiZiya Bünyadov · Teas Press Yayınları · 20177 okunma