Puan vermedi·352 syf.··
2026 7. kitabı
Wolf Dorn - "Fobiya" Wolf Dornun "Fobiya" kitabına çox böyük ümidlərlə başlamışdım. İlk səhifələrdəki o qorxu, gərginlik və sirr atmosferi məni həqiqətən də hadisələrin içinə çəkdi. Müəllif qapalı məkan psixologiyasını əla qurmuşdu. ​Amma heyf ki, kitab irəlilədikcə o ilk başdakı həyəcanım yavaş-yavaş söndü. Temp çox zəiflədi və mən gözlədiyim o dinamikanı tapa bilmədim. Ən böyük xəyal qırıqlığım isə finalı oldu. Hadisələrin bağlandığı səbəb, yəni o ana xətt mənə çox absurd və zəif gəldi. "Bütün bu oyunlar sadəcə buna görə imiş?" dedim öz-özümə. ​Pis kitab deyil, sadəcə mənim gözləntim çox yüksək imiş. Mənim üçün bir az yarımçıq qalan bir oxu təcrübəsi oldu.
FobiWulf Dorn · Pegasus Yayınları · 20164,847 okunma
Öz'ünü aşmaq üçün
10/10
·372 syf.·
2026 10. kitabı
Kitab Ağalar Məmmədovun çoxsaylı məqalələrinin ümumi toplusundan ibarətdir və açığı, nə bu kitabdan, nə də Ağalar Məmmədovdan xəbərim var idi. Açığı, kitabın kontentindən çox daşıdığı mənəvi dəyəri nəzərə alaraq, 10/10 verməyim qaçınılmaz idi, çünki maraq dairəmə uyğun olaraq hədiyyə olunmuşdu, yəni ki, mənə uyğun və uğurlu hədiyyə idi deyə 10/10 düşür. Əsasən fəlsəfi mövzular əhatəsində qələmə alınıb, ən çox diqqətimi çəkənlər din/islam, ekzistensializm və siyasət mövzuları oldu. İllər əvvəl qələmə alınmış məqalələrin günümüz problemləri ilə səsləşdiyi məqamların çox olması məyus edici idi. Cəmiyyətimizin (müşahidələrimə əsasən) əvvəlki dövrlərə nisbətən daha tolerant olduğunu düşünürəm və bu bir qədər yeni generasiyanın yeni ailə modeli yaratması ilə bağlıdır. "Köhnə düşüncəli azərbaycan kişisi/qadını" yeni generasiyalarla əvəzlənir, zəncirlər qırılır, insanların fərqindəliyi artır. Kitab və filosof barəsində araşdırarkən qarşıma o qədər bir-birinə zidd örnəklər çıxdı ki. Filosofa qarşı münasibət də bir-biri ilə ziddiyyət təşkil edir, ya fikirləri bəyənilir və sevilir, ya da lənətlənir. Düşünürəm ki, bu sırf səsləndirdiyi fikirlərin özü ilə bağlıdır, çünki onlara qarşı neytral qalmaq mümkün deyil və hər insanın həyatının bir dönəmində düşündüyü və ya düşünməli olduğu fikirlərdir. Məsələn, ölüm məqaləsi – məni dərindən sarsan bir məqalə oldu. Ağalar Qut qeyd edir: "Ölüm individualdır, hər kəs özü təcrübə etməlidir." Bildiyin bir faktı kimsə yenidən xatırladanda gözünün önündəki bir şeyi görə bilirsən, gözün açılır. Ölüm üzərinə düşünməkdən qaçırıq, bəzən ölümü xatırladan dindən də qaçırıq, dinə yalnız çarəsizlik anlarında və ya yenə başqa birinin ölümü vasitəsilə üz tutub yada salırıq. Kim öləcəyini xatırladan bir vasitəni həyatının mərkəzinə qoymaq istəyər ki?
AşmaAğalar Məmmədov · Qanun Nəşriyyatı · 201228 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
9/10
·480 syf.··
2026 130. kitabı
Pavese heç vaxt bu sətirlərin çap olunacağını düşünməyib. O, sadəcə özüylə danışır, öz ağrısını, öz çaşqınlığını kağıza tökür. Və ən pisi odur ki, mən bu sətirləri oxuyarkən artıq onun sonunu bilirəm – 1950-ci ildə, bu gündəliyi bitirəndən az sonra o, özünə qəsd edəcək. Yəni mən əlimdə tutduğum bu kitabda, sanki bir insanın ölüm hökmünü öz əliylə yazdığı gizli bir etirafnaməni oxuyuram. Bu, insanı çox qəribə bir hala salır. Mənə elə gəlir ki, Pavese üçün “yaşama uğraşı” ifadəsi məhz bir “zanaət”dir, “məşğuliyyət”dir. O, yaşamağı sanki bir peşə kimi görür: səhər durub işə getmək kimi, nəfəs almağı, sevməyi, yazmağı bir əmək kimi qəbul edir. Amma burada faciəvi bir ziddiyyət var – o, bu peşəni sevmir, buna qabiliyyəti olmadığını düşünür, amma yenə də hər gün durub o işi görməyə çalışır. Düşünürəm ki, məhz bu ziddiyyət onu yazmağa məcbur edir. Əgər həqiqətən yaşamağı bacarsaydı, bu gündəliklər heç vaxt olmazdı. Kitab boyu onu iki şeyin arasında parçalandığını görürəm: bir tərəfdə intihar düşüncəsi, o biri tərəfdə isə duyğulara, təbiətə, yazmağa olan bağlılığı. O, dağlara, tənhalığa, kənd həyatına vurğundur, amma şəhərdə, insanların arasında boğulur. Sevgi məsələsinə gəldikdə isə, məncə Pavese öz xoşbəxtliyinin ən böyük düşmənidir. O, qadınları elə bir ideala çevirir ki, heç bir canlı insan bu ideala çata bilməz. O, sevgini bir “məsələ” kimi həll etməyə çalışır, amma sevgi həll olunacaq bir tənlik deyil. Və bu uyğunsuzluq onu hər dəfə daha da kədərləndirir. Ən çox onun özünə qarşı olan amansız dürüstlüyünə heyran qalıram. Pavese heç vaxt özünü yaxşı göstərməyə çalışmır. O, qorxaqlığını, eqoizmini, acizliyini çılpaq şəkildə ortaya qoyur. Elə bil deyir: “Baxın, mən bu qədər zəifəm, bu qədər səhv edirəm, amma bəlkə də bu zəifliklərimi yazmaq mənim yeganə qurtuluşumdur”.
Yaşama UğraşıCesare Pavese · Can Yayınları · 20212,601 okunma
Puan vermedi·120 syf.··
2026 10. kitabı
Kitab möhtəşəm idi. O qədər axıcı yazılıb ki, təxminən iki saata bitir. Mütləq tövsiyə edirəm. İnsan təbiəti haqqında həm düşündürücü, həm də öyrədici dərslər verir. Hekayənin əsas mesajı budur: İntiqam, hirs və obsesiya kimi hisslərin arxasınca getdikdə bunun bədəli həyatınız ola bilər. Romanda Ahab adlı obrazın Mobi Dik adlı balinanı ovlamaq istəyini oxuyuruq. İnsan vəhşiliyinin başlanğıcı da məhz burada görünür. Öz halında yaşayan bir balinaya hücum edən Ahab bunun nəticəsində ayağını itirir. Lakin yaşadığı hadisədən dərs çıxarmaq əvəzinə bunu intiqam məsələsinə çevirir və həyatını yalnız həmin balinanı öldürmək məqsədinə həsr edir. İllərlə davam edən bu intiqam mübarizəsi onun təkcə ayağını deyil, ruhunu da əlindən alır. Ətrafındakı insanlar zərər görür, ailəsi dağılır. Ahab bütün bunların fərqində olsa da, vaz keçib həyatına davam etmək əvəzinə obsesiyasının arxasınca getməyi seçir. Sonda isə bunun bədəlini həm canı, həm də sevdiyi və sahib olduğu yeganə şey – gəmisi ilə ödəyir. Kitabdan çıxarılan nəticə budur: İntiqam və takıntı insanın həyatını məhv edə bilər. Mövzu nə olursa olsun, hər mübarizəni qazanmaq məcburiyyətində deyilsiniz. Bəzən nə qədər çətin olsa da, buraxmağı bacarmaq lazımdır. Çünki bəzi hisslərin arxasınca israrla getmək insanın sonda özünü itirməsinə səbəb olur.
Mobi DikHerman Melville · Libra Kitab Yayınevi · 20237,3bin okunma
Puan vermedi·208 syf.··
2026 39. kitabı
Bu kitabdan oxuduqdan sonra və hamısını yarımçıq qoyub bura əlavə etməyə üzüm olmayan fəlsəfə və psixologiya kitabları sanki mənə baş verən hər şeydə ulu babalarımın əli olduğu nəticəsini çıxarmağıma səbəb olub
Ademden Önce - Balık Devriyesi HikayeleriJack London · Cem Yayınevi · 2010116 okunma
10/10
·432 syf.··
2026 46. kitabı
·
11 günde okudu
·
Okunma: 21 Nisan 2026 16:19
Bu kitabın yorumunu Youtube kanalıma attım, uzun uzun inceleme yazmak yerine direkt youtube de yorumunu yaptım oradan ulaşabilirsiniz Videomun bağlantısı youtu.be/zqYNA1GXcQE?si=...
UyanışSusanne Valenti · Olimpos Yayınları · 2026369 okunma