Könüldə min qəmim vardır ki, pünhan eyləmək olmaz, Bu həm bir qəm ki, el tə’nindən əfğan eyləmək olmaz. Nə müşkül dərd olursa bulunur aləmdə dərmanı, Nə müşkül dərd imiş eşqin ki, dərman eyləmək olmaz. Fəna mülkünə çox əzm etmə, ey dil, çəkmə zəhmət kim, Bu tədbir ilə dəf’i-dərdi-hicran eyləmək olmaz. Saqın, könlüm yıxarsan, pənddən dəm urma, ey naseh, Həvayi-nəfs ilə bir mülkü viran eyləmək olmaz! Dəhanın üzrə lə’lin istəmiş dil, dəf’i müşküldür, Görünməz hiç cürmü, yox yerə qan eyləmək olmaz. Dualar eylərəm, məndən yana bir dəm güzar etməz, Nə çarə, sehrilə sərvi xuraman eyləmək olmaz. Füzuli, aləmi-qeyd içrəsən, dəm urma eşqindən, Kəmali-cəhl ilə də’vayi-irfan eyləmək olmaz. Fuzuli
Şiir