— Sözün düzü, mən də şübhələnirəm. Hərçənd məndə belə bir hiss vardır ki, guya heç ölməyəcəyəm. Bu yandan da öz-özümə deyirəm: ay qoca kaftar, vaxtındır, bu gün-sabah öləcəksən. Amma ürəyimdə bir səs mənə deyir: inanma, ölməyəcəksən!..
— Yaxşı olmaq xoşuna gəlməyə bilər, balaca 6655321. Yaxşı olmaq, bəlkə də, dəhşətlidir. Bu sözləri sənə deyəndə özüm də necə ziddiyyətli səsləndiyini başa düşürəm. Gecə gözümə yuxu getməyəcək. Tanrı nə istəyir? Görəsən, Tanrı yaxşılığı, yoxsa yaxşılığı seçməyimizi istəyir? Bəlkə, pisliyi seçən adam bəzi hallarda yaxşı olmağa məcbur edilən kəsdən yaxşıdır?
Anam həmişə deyərdi ki, insan heç vaxt tamamilə bədbəxt olmur. Həbsxanada, səma qırmızıya boyanıb kameraya yeni günün işığı düşəndə başa düşdüm ki, anam haqlı imiş...