Zəhra

Martin Eden
Puan vermedi·517 syf.··
Beğendi
·
2024 23. kitabı
·
92 günde okudu
·
Okunma: 13 Nisan 2024 01:17
“Oxuduğumuz kitab bizi başımıza vurulan zərbə kimi sarsmırsa,niyə oxumağa əziyyət çəkək ki?!” Analizimə Kafkanın sözləriylə başlamaq istədim. Çünki “Martin Eden” o əsərlərdəndir ki,saatlarla divara baxıb həyatı sorğuladacaq və digər obrazlarda zaman-zaman özümüzü görəcəyik. “Martin Eden” Jack London həyatından izlər daşıyan avtobioqrafik romanı. *Spoilər* ““Ait olduğu yeri bulamamıştı” Əsərin ilk hissəsi Martinin eşqi və “mən” i uğrunda mübarizəsini və arayışını görürük. Burda hər ikisini eyni tərəziyə qoyuram,çünki Martin sevgisi üçün özündən də imtina etmir. Bunu biz Ruthun istədiyi kimi bir vəzifə sahibi olmağı rədd etməsindən anlayırıq. Onun istədiyi sadəcə Rutha sahib olmaq deyildi,bir yazıçı olaraq onla bərabər olmaq idi. Çünki öz zənində Ruthu ilahiləşdirmişdi. Və ilahiləşdirdiyi qadının mərtəbəsinə bir yazıçı olaraq çatacağını düşünürdü. “İnsan ömrünü iki kere iki peşinde geçirir,bu uğurda denizler aşar,hayat harcar, fakat yemin ederim, arayıp gerçekten elde etmekten korkar” Dostoyevski Yeraltından notlardan bu sitatla Martinin arayışı və üzləşdiyi gerçəkliyi ifadə edə bilərik. Martini hər nə qədər əzm və uğur hekayəsi olaraq görsək də mənə görə, O hər şeyini qazanaraq itirmişdi. Başda alt sinifdən olan bu insan sonda nə burjuada,nə də alt təbəqəfən olan insanlarla anlaşmır,çünki aidiyyat hisini itirmişdi. Eden macerapərəst və bir az da həyatı qaçış marafonu kimi yaşayan biri idi və o kamillik mərtəbəsinə yüksəldikcə,qarşısına yeni qapılar açılırdı,ancaq o bu “irəliləmənin”yanında öz içinə doğru yuvarlandığının fərqinə varmırdı hələ ki. “Bir sürü kitap okudu,ama içindeki huzursuzluk azalmak yerine daha da büyüdü” *Martin və eşqi* Ruthu Martinə yaxınlaşdıran nə idi? Buna xüsusi bir mötərizə açmaq istəyirəm. Ruthun Martinə sevgisini zaman zaman
Martin EdenJack London · Türkiye İş Bankası Kültür Yayınları · 2025135,3bin okunma