Söhrabın sakit olduğunu demək yanlıṣ olardı. Sakitlik dinclik ifadəsidir. Durğunluqmu desəm? Sakitlik olanda həyatın səsi alınır. Burda isə "off" düyməsi basılmıṣdı. Söndürülmüṣdü. Tamamən..
Söhrabın sükutu məhkumların özünüifadə səssizliyi, yaxud etirazçıların heç danıṣmamaqla öz etirazını bəyan etmə üsulu da deyildi. Bu, qaranlıq bir yerdə qaranlıq bir örtüyün altında gizlənən birisinin sükutu idi...Söhrab sükut içində ikən, dünya susmurdu.