Həyat keyfiyyətimə təsir edən kitablar arasında ilk sıraya qoyduqlarımdan biri oldu. Əsasən də,mənim kimi yuxuyu bir zamanlar önəmsəməyən,vaxt itkisi olaraq görən birinin kifayət qədər qəbul olunmamış yuxunun insanın həyatına hansı fəlakətləri gətirə biləcəyi ilə üzləşmək kiçik bir şok təsiri yaratdı.Zaman hər birimiz üçün dəyərli və həqiqətən də bir o qədər sürətli axan, ancaq heç bir şəkildə əvəzləyə ya da geri qaytara bilməyəcəyimiz bir məfhumdur,bunun minimum 8 saatını yuxuya qurban vermək, dar bir pəncərədən baxanda mənasız və vaxt itkisi olaraq görünsə də, dərinə enib bu səkkiz saatda bədənimizdə və beynimizdə gedən prosesləri öyrəndikdə,yuxunun vaxt itkisi deyil də, yeni bir günə başlamaq və o günü davam etdirə bilmək üçün "həyati" ehtiyac olan bir "yanacaq" olduğunu anlamaq və bununla da bütün baxış bucağının 180 dərəcə dəyişməsi, adlandıra belə bilməyəcəyim bir effekt yaratdı məndə.. Əsasən də toplanan " yuxu borclarımızı" heç vaxt ödəmə şansımızın olmaması və bu "borcların" birbaşa məhsuldarlığımıza və gələcək sağlamlığımıza mənfi olaraq təsiri, gündə iki saat sadəcə video " sürüşdürmək" üçün sərf etdiyimizi zamanı yuxuya vermək üçün bizə güclü səbəb verir.
Tam və düzgün alınmamış yuxu ilə uğur tərs müntənasibdir. Artıq "çox" yatdım dediyim səhərlərdə vicdan əzabı çəkərək deyil də, "demək ki,bu qədərinə ehtiyacım vardı" deyərək oyanmaq bu kitabın mənə həyati təsirlərindən biridi. Ona görə də,ən üst pillələrdə qalacaq,başqası yerini alana qədər :)
"Atalarımızdan miras kalan beyni yönetmek kolay değil. Ve bu mücadele bize yaşamın hediyesi"
Bir çox fikrimi və həyata baxış mövqeyimi dəyişdirən bir kitab oldu. Əsas etibarilə,bizi xoşbəxt hiss etdirən dörd hormondan, onların funksiyalarından və onları necə var edə biləcəyimizdən bəhs edir. Düşünürəm ki,hər birimiz bizə verilən çox böyük nemət olan beynimizin işləyiş funksiyalarını və onu necə idarə edə biləcəyimizi bilməliyik.
Bu kitab isə bu rolda rəhbər oldu mənim üçün
Ümumi olaraq, kitabdan çıxardığım nəticə budur ki, əsl xoşbəxtlik illər keçdikdən sonra bir gün keçmişə dönüb baxdıqda, həqiqətən, bu həyatı dolu-dolu yaşamışam deyə bilməkdir. Bəs bu həyat necə yaşanmalı? Bəzən yaşadığımız bir sıra hadisələrdə xırda xoşbəxt anlar yaşayırıq və əsl xoşbəxtliyə xırda çərçivədən baxıb bununla ölçüldüyünü düşünürük. Yəni, ən azından mən belə düşünürdüm. Hər birimizin həyatında enişli, özümüzü kədərli hiss etdiyimiz, heç nədən zövq ala bilmədiyimiz, həyata ümidsiz baxdığımız anlar olmuşdur. Və bu zamanlar düşündüyümüz tək şey budur: “ Mən xoşbəxt deyiləm, xoşbəxt hiss etmirəm” Əslində məsələ budur ki, vaxtilə məhz bizə həzz vermiş şeylər, o xırda “xoşbəxtliklər”, artıq bizə həzz vermir. Beləliklə, həzz bizi tərk edib, bizi də özü ilə birgə aparmışdır. Deməli, xoşbəxtliyi bu xırda anlarda axtarmaq bizim üçün doğru yol deyil.Bu xırda xoşbəxtliklər (həzzlər) sadəcə bizim həyatın bir parçası olmalıdır,tamamı deyil. Seneca əsl xoşbəxtliyin ərdəmli yaşamaq olduğunu deyir.Ərdəmli yaşamaq və bizə verilən naməlum zamanın qədrini bilib, onu doğru şəkildə dəyərləndirmək əsl xoşbəxtliyin açarıdı.