Zeynalova Zeynəb

Zeynalova Zeynəb
@zeynb010
"İnsana lazım olan tək şey -- bir parça çörək və bir az mərhəmətdir."
Reklam
"Adam bir ilin hesabını edir. Amma bilmir ki heç axşama qalmayacaq.."
Arxası üstdə uzanıb səmayə tamaşa etmək gərəkir. Əvvəlcə göz yaşları içində heç nəyi sezmə. Sonra buludlar üzüb gələcək və xəyalındakıların hamsını yuxarıda bir-bir ayırd edəcəklər. Buludlar bilirlər: sənin əhvalın elə də yaxşı deyil, harasa çıxıb getmək və ya uçmaq arzusundasan, istəmirsən ki, səni tapalar, istəyirsən, köks ötürüb ah-vay eləsinlər.
Sayfa 10·Kitabı okudu
"Heç kəsdə onu axtarmazdı. Heç kəs onun üçün ah-nalə etməzdi, on görə ki əvvəla, suya girməyəydi, ikincisi də, o kimin nəyinə gərək idi. Hələ ki belə bir hadisə baş verməmişdi. Əgər baş versəydi, kim bilir, onu xilas etməkdən ötrü, bəlkə nənəsi suya da tullanmazdı. Doğma olsaydı, başqa məsələ, axı nənəsi ona "yad" deyirdi. Yad elə yaddır, istəyirsən, ağzının tikəsini yedirt, istəyirsən, onu gözün üstə saxla. Yad... Bəlkə, o yad olmaq istəmir. Onda necə? Axı nə üçün məhz onu yad hesab etsinlər? Bəlkə, o yox, nənə özü yaddır? Nə isə, bu haqda sonra danışarıq..."
Sayfa 6·Kitabı okudu