Yaradan hər yerdə idi, amma insanlar hələ də israrla onu axtarmağa dəvam edirdilər, çünki həyatın, sadəcə, inancdan ibarət olmasını
qəbul etmək çox bəsit görünürdü.
Getdikcə cəmiyyətin qaydaları çoxalır, sonra onları təkzib edən
qanunlar ortaya çıxır va daha sonra yaradılan yeni qaydalar da qanunları təkzib
edirdi. İnsanlar onların həyatlarını idarə edən yazılmamış qaydalardan bir addım belə kənara çıxmağa qətiyyən cürət etmirdilər.