Uzun zaman səni unutmayacam əziz Edmond Dantes. Kitab o qədər axıcı yazılıb ki, bir nəfəsə oturub oxumaq istəyirsən amma eyni zamanda kitabın bitməsini istəmirsən.
Əziz Yaqubzadə - “Dostum robot”
Yazıçıdan oxuduğum artıq üçüncü kitabdır və hər birini sevə-sevə oxumuşam. Bundan əvvəl “Bir sən qədər” və “Səndən ötrü” kitablarını oxumuşdum. Bu kitabını isə sonuncu uşaq festivalından, elə satışa təzə çıxan ərəfədə almışdım.
Kitab balaca bir qızın - Leylanın dilindən nəql olunur. Leyla dostu olmayan, tək gəzib tək əylənən, bir növ təklikdən zövq alan asosial bir uşaqdır. Ana, ata və Leylanın birlikdə keçən həyat tərzindən bəhs edən bu kitabda hər şeyə Leylanın gözüylə baxırıq, onun dünyagörüşünü, bəyəndiyi və nifrət etdiyi şeyləri elə onun öz dilindən eşidirik. Günlərin bir günü Leyla təsadüfən bir robot tapır. İlk başda onu götürmək istəməsə də, sonradan məcbur qalıb evə gətirir və onunla dostlaşır. Hadisələr də elə bundan sonra başlayır.
Kitabda ən çox bəyəndiyim dialoqların çox təbii olması idi. Oxuduqca Leylanın hərəkətləri, danışıq tərzi insanın üzündə gülümsəmə yaradırdı. Karikaturalar da çox gözəl idi. Verdiyi mesajlar, xüsusilə dostluğun önəmi çox yaxşı vurğulanıb. Doğrudan da, insan bir dost tapanda, tək olanda maraqsız gələn hər şeyə bir rəng qatılır, maraqsız olan hər şey maraqlı olmağa başlayır. Yazıçı bunu çox gözəl qeyd etmişdi.
Uşaq ədəbiyyatı olsa da, həmişə demişəm - bəzi şeylərdən dərs götürmək üçün böyüklər də oxumalıdır. Kitab təkliyin yaxşı olmadığını, dostun olanda həyatın daha maraqlı olduğunu gözəl göstərir. Bəlkə müəllifin mesajı başqa idi, amma mənim bəyəndiyim nüans məhz dostluğun önəmli tutulması oldu.
Kitabdakı bəzi səhnələr də mənə “tək əldən səs çıxmaz” məsəlini xatırlatdı. Yəni insanlar bir-birinə dəstək olsalar, daha yaxşı nəticələr əldə edə bilərlər. Düz başa düşmüşəmsə, o səhnələr də gözəl idi.
Leylanın məktəbə olan üsyanını isə başa düşürdüm və gülümsəyərək oxuyurdum, çünki özüm də vaxtilə
Ədəbiyyatımızda yaradıcılığı ilə yanaşı ictimai mövqeyi və xarakteri ilə də seçilən qadınlardan danışanda ilk ağla gələn adlardan biri şübhəsiz Xurşudbanu Natəvan olur. Onun həyatı və şəxsiyyəti Əzizə Cəfərzadə üçün də böyük maraq doğurub. Yazıçının Natəvan haqqında uzun müddət araşdırma aparması əsərdə aydın hiss olunur. Amma bu araşdırma oxucuya “sadəcə məlumat vermək” üçün yox, hekayənin ruhuna xidmət edən şəkildə təqdim edilir.
Kitabı oxuyarkən təkcə bir tarixi şəxsiyyətin həyatına yox, bütöv bir dövrün ruhuna yaxınlaşırsan. Azərbaycan ədəbiyyatı oxumağın ən çox sevdiyim nüanslardan biri də budur, insanı köklərinə qaytarır. Uşaqlıq xatirələri, nənəmin danışdığı söhbətlər, el-obanın adətləri, o tanış hisslər yenidən canlanır.
Mənim üçün əziz olan bir müəllimimin tövsiyyəsi ilə oxuduğum kitab.Bir neçə dəfə yenidən oxuduğum, yadımdan çıxan yerlərə səhifləyib yenidən baxdığım nadir kitablardandı.
Kitabı mənim üçün bu qədər xüsusi edən əsas səbəb səmimiyyətidi.Hər bir obraz ayrılıqda həm yaxşı, həm pisdi.Edilən doğru əməllər də var, yanlış əməllər də..Və hər dəfə obrazın perspektivindən baxdıqda hər obrazın özünə haqq qazandıra bildiyini görürürük.Mütləq yaxşı ya da mütləq pis yoxdu...Eyniylə insan kimi...
Kitabda mənimçün, bəlkə də ümumilikdə ədəbiyyatımız üçün ən ziddiyyətli xarakter olan Cahandar ağanın daxili dünyası çox yaxşı əks etdirilib.Kitab insanı yer yer dilemmada qoyur Cahandar ağanın tərəfindəsən yoxsa yox? Yox desən kəndinə etdiyi o qədər yaxşılıqlara, düşmənin qarşısındakı duruşuna da naxələf çıxmalısan.Hə desən də öz əxlaqi dəyərlərini sorğulamalı...
Əşrəfin aqibətinin oxucuya buraxılması da düşünürəm ki maraqlı nüansdı.Optimist oxucu üçün Əşrəf diribaş savadlı gəncdir və özünə həyatda yer tapacaq.Lakin mənim fikrimcə Əşrəf öz idelları olan inadkar biridi, və bu da böyük ehtimal onun sonu olacaq.
Dəli Kürİsmayıl Şıxlı · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 20141,112 okunma
İlk öncə kitab üçün əziz dostum Jamess -ə təşəkkür edirəm. Tək kəlimə ilə möhtəşəm idi.
Kitabda dedektiv, gerilim və psixoloji vəziyyətlər əsas yer tuturdu , - ən çox bəyəndiyim janrlarr .
Bəyəndiyim başqa bir cəhəti isə , kitabın yazarının həkim olması səbəbindən tibbi biliklərə də yer verilməsi idi. Böyük maraqla oxudum. Favori kitablarım ve yazarlarım arasına sözsüz ki daxil oldu .
CerrahTess Gerritsen · Doğan Kitap · 201817,2bin okunma
Pərviz Seyidli - ‘Məktublar arxasında’
Bu kitabı mənə 2025-ci ildə əziz dostum Tural hədiyyə etmişdi. Elə o vaxt oxuyub çox bəyənmişdim, hətta keçən il oxuduğum ən möhtəşəm 10 kitab arasında idi. Bu gözəl kitaba görə həm dostuma, həm də yazıçıya təşəkkür edib keçirəm təhlilə.
Sakit həyat tərzi sürən və insanları sanki bir kitab kimi oxumağı bacardığını düşünən bir yazıçı təsəvvür edin. Günlərin bir günü qadın həbsxanasından bir məktub alır. Məktubu yazan qadın müəllifin sadiq bir oxuyucusu olduğunu, kitablarının ora qədər gedib çıxdığını və çox sevildiyini deyir. Bu sirli qadının kimliyi yazıçımıza o qədər maraqlı gəlir ki, onların məktublaşması aylarla davam edir. Nəhayət, həmin qadın əfvə düşüb azadlığa çıxır və birbaşa yazıçının ünvanına gəlir. Ondan çox ciddi bir məsələdə kömək istəyir. Bax, əsl hadisələr də məhz bu xahişdən sonra başlayır. Bundan sonrasını danışıb spoiler vermək istəmirəm, sadəcə oxuyun - deyirəm.
İlk səhifələrdən kitab oxucunu ələ almağı bacarır. Yazıçının yerli ədəbiyyatımızda bəlkə də çox az rast gəldiyimiz o çox şirin və səmimi cümlə qurmaq bacarığını dərhal hiss etmək olur. Qurulan cümlələr oxucunu mövzuya daha çox bağlayır. Mən deyərdim ki, bu cür əsərlər oxucuda yerli ədəbiyyata qarşı böyük bir həvəs və maraq oyadır. Kaş ki, bu tərz kitablarımızın sayı çox olsun.
Yazıçının söz bazasının genişliyi hər sətirdə özünü büruzə verir. Bəzi məqamlarda dayanıb öz-özümə deyirdim ki, "doğrudan da, bir fikir necə bu qədər səlis və gözəl ifadə oluna bilər?". İnsanı "bu cümləni necə düşünüb, necə qurub?" deyə düşündürən bir peşəkarlıq var ortada. Bu mədəni və səliqəli fikirləri oxuduqca adamın içindən "vau, yazıçı nə gözəl deyib" demək keçir. Hələ o möhtəşəm alıntılar, bənzətmələr, metaforalar - zövq ala-ala oxuyurdum. Bəzi cümlələri oxuyanda dayanıb