Zəhraxanım İsmayıl

Zəhraxanım İsmayıl
@zkhismail
Oxuduğum kitablardan bəyəndiyim hissələri bura yazıram ki, kitablarım nə vaxtsa əlçatan olmasa, sevdiyim cümlələri buradan asanlıqla tapa bilim.
Bakı, Azərbaycan
Azerbaijan, 8 Kasım 2005
53 okur puanı
Nisan 2022 tarihinde katıldı
Şu anda okuduğu kitap
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
GECƏ DÜŞÜNCƏSİ
Xoşladığım bir gecə, yerlər, göylər işıqlı, Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı. Bunları seyr edərkən Bir az fikrə gedərkən Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki, Mənə öylə gəldi ki, Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş, Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş... Gecə sakit... düşüncəm sakit deyildir fəqət, Gözlərimin önündə canlandı bir həqiqət. Xəyalım ənginlərə o qədər yüksəldi ki, Mənə öylə gəldi ki, İlk dəfədir kainat- Dünyanı sellərində çalxayan bizim həyat Sağda, solda döyüşmüş, Sonra yoluna düşmüş. Nə dayanmaq vaxtıdır, gözəl dostum, sən də gəl! Seyr edəlim qol-qola bu zümrüd çəməndə gəl! Göy üzünə bircə bax, hər ulduz bir sarı gül, Yarı qönçə, yarı gül. Səni gördüm, xəyalım o qədər yüksəldi ki, Mənə öylə gəldi ki, Bizə bu nazlı aləm görünərdi qaranlıq, Gözəl çarpışmasaydıq, gözəl yaşamasaydıq. Xoşladığım bir gecə, yerlər, göylər işıqlı, Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı. Bunları seyr edərkən, Bir az fikrə gedərkən,
Şiir
Sənin gülüşlərin
Qarşımda nazlanıb yеnə gülürsən, Bilsən gülüşlərin nəyə bənzəyir? Mən dеsəm artıqdır, özün bilirsən, Lalə yarpağında şеhə bənzəyir. Sənin gülüşlərin bir rüzgar kimi Əsərkən arzumun gülü açılır. Gülsə dodaqların ulduzlar kimi Ruhuma bir sərin işıq saçılır. Söylə, gözəllərin dodaqlarından, Bu oynaq gülüşlər umulmuşmudur? Sənin hər qəhqəhən ay kənarından Kеçən buludmudur, uçan quşmudur? Sənin gülüşlərin yaz səhərindən Hissimə, fikrimə sanki rəng alır. Gül ki, şеirlərim gülüşlərindən Qırılmaq bilməyən bir ahəng alır. Sən güldüyün zaman bu şad günümdə Açılır qarşımda, canlanır bahar. Bəzən başucumda, bəzən önümdə Şimşəklərim çaхar, sularım aхar. Cahan ki solmayan bir bağça-bağdır, Burda rəvamıdır gülmədən ölmək! Yazıq o şəхsə ki, qaraqabaqdır, Nə qədər yaraşır insana gülmək! Mikayıl Müşfiq
Şiir
Həyat sevgisi
Ah, mən gündən-günə bu gözəlləşən İşıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan, göylə əlləşən Dostdan, aşinadan necə əl çəkim? Dönmə bir şəbnəmə yaz səhərində, Könül, günəş kimi parla yerində! Göylərin lacivərd ətəklərində Gedən bu qovğadan necə əl çəkim? Baxınız, dan yeri sökülmüş kimi, Dostlar bir cəbhəyə tökülmüş kimi. Uzaqdan-uzağa xam gümüş kimi Ağaran səhradan necə əl çəkim? Təbiət varlıdır, təbiət xəsis, İşlədərkən onu, sən ey mühəndis, Mən də qart daşlara verdiyim bu hiss, Bu incə mənadan necə əl çəkim? Bir yanda tərlanlar, dumanlı dağlar, Bir yanda kəkliklər, ayna bulaqlar, Bir yanda bülbüllər, çiçəkli bağlar, Mən bu tamaşadan necə əl çəkim? Həyat dedikləri bu keçməkeşdən, Qəlbimdə, qanımda yanan atəşdən, Gecədən, gündüzdən, aydan, günəşdən, Bu əngin fəzadan necə əl çəkim?
Şiir
What idgf looks like:
Maman died today. Or yesterday maybe, I don't know. I got a telegram from the home: "Mother deceased. Funeral tomorrow. Faithfully yours." That doesn't mean anything. Maybe it was yesterday.
Alıntı