Yadındamı, onda dünya gözəl idi,
O məhəbbət hər sevgidən əzəl idi.
Keçdi şirin çağlar,
Soldu yaşıl bağlar,
Xatirələr ağlar,
Gecdi daha...
Yadındamı, o məhəbbət dəniz idi,
O duyğular hər duyğudan təmiz idi.
Soyuq yellər əsdi,
İllər yolu kəsdi,
Xatırladıq, bəsdi,
Gecdi daha...
O arzular sənsiz heçdir daha,
O günlərə dönmək gecdi daha,
Xatirələr nə istəyir bizdən,
Olan oldu bizə, keçdi daha...
Xatirələr çağırsa da, hara gedim ?
Yadındamı, mən səninlə xoşbəxt idim ?
Olan oldu, keçdi,
Bu xəyallar heçdi,
Bir də sevmək gecdi,
Gecdi daha...
📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
İnsanların münasibətinə hər şeydən artıq sayıq bir kin hissi hakim idi; əlacsız əzələ yorğunluğu kimi, bu hiss də köhnəlmişdi. İnsanlar anadan bu ruhi xəstəliklə doğulurdular, bu xəstəlik onlara irsi olaraq atalarından keçirdi. O, qara kölgə kimi insanları ölənə kimi izləyər, ömürləri boyu mənasız , iyrənc hərəkətlərə təhrik edərdi.
Ürəyi açmaq nə deməkdir? Hər şeydən öncə, aydındır ki, burada ürək ideyası - sadəcə olaraq metaforadır. Ürək çox mədəniyyətlərdə bizim bədənimizi qanla təmin edən xüsusi bir əzələ kimi yox, mərhəmət, sevgi, ədalət və intuisiyaların mənbəyi kimi nəzərdə tutulur. Ancaq buddist nöqteyi-nəzərindən hər iki yolun əqldən keçdiyi anlaşılır. Qəribə də olsa, buddistlər ağılın sinənin ortasında yerləşdiyini zənn edirlər. Açıq ürək - açıq şüur deməkdir. Ürəkdəki dəyişiklik - şüurda baş verən dəyişiklikdir. Bununla belə, yolun «ge-nişlik» və «dərinlik» aspektlərindəki fərqi anlamaq baxımından, ürək haqqındakı təsəvvür müvəqqəti bir vasitə kimi faydalı ola bilər.
Dəyişikliyin optimal üsulunu tapmaq cəhdlərində tıxanmaq asandır: ən tez arıqlama üsulu, əzələ kütləsini artırmaq üçün ən yaxşı proqram, qazanmaq üçün ideal üsul. Biz fikrimizi ən yaxşı üsulun axtarışına o qədər cəmləmişik ki, heç bir hərəkət etmirik. Volterin də yazdığı kimi: "Ən yaxşı - yaxşının düşmənidir".