Bütün ümidlər üzüləndə, bütün qapılar bağlananda bir qapının daim açıq olduğunu hiss edirsən. O qapı haradadır, bilmirsən. Ancaq anlayırsan: nə qədər ki, sağsan, heç vaxt bütün qapılar üzümüzə tam bağlanmır. Həmişə açıq olan bir qapı var. Biz - bağlı qapıları açmaq üçün inadlaşmağa adət etmiş insanlar, yalnız son anda diqqətimizi o açıq qapıya yönəldirik. O qapı indimi açıldı? Yox, o qapı həmişə açıq olub, sadəcə, sən onu indi görmüsən.
İnsan yeganə canlıdır ki, bir-birinə zidd olan xüsusiyyətləri özündə cəm edə bilir, - Dorian ürək ağrısı ilə astadan dedi, - insan yeganə canlıdır ki, şiddətlə sevdiyi kimi şiddətlə də nifrət etməyi bacarır. O, yeganə canlıdır ki, bir anın içində bir hissdən digərinə, bir haldan onun tam ziddinə keçə bilir. Ən təəccüblüsü də budur ki, insan özünün belə qəribə və nadir canlı olduğunu anlamır. Özündən bunu gözləmir. Yalnız bəzi şəraitlərdə, sərhəd vəziyyətində qəfildən özünü indiyə qədər tanımadığı başqa bir simada görür.