Bu kitab kainatla bağlı araşdırmalarla, elmi nəzəriyyələrlə zəngin idi. Kitabda Böyük partlayış, Qara dəliklər, Qarşılıqlı təsirlər və məşhur alimlərin, o cümlədən, Stefanın özünün apardığı araşdırmalar sadə dillə izah olunur.
Kitabın ən sevdiyim xüsusiyyətləri ondan ibarət idi ki, burada mürəkkəb fikirlər həm yazıçı tərəfindən gündəlik nümunələrlə təsvir edilir, həm də araşdırmalara uyğun şəkillər vasitəsilə təsvir edilən fikirlər daha da aydınlaşdırılırdı.