Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Nəsibə Babayeva

200 syf.
·
Puan vermedi
Bahram Ahmad– Vorkuta əkizləri. Salam. Bu gün gənc yazarlarımızdan Bahram Ahmadin Vorkuta əkizləri kitabı haqqında danışacam. Əsərdəki hadisələ Moskvada yaşayan bir polis rəisinin cəza olaraq göndərildiyi Vokuta şəhərində başlayır. Baş qəhrəmanımız Victor İvanovun şəhərə gəlməsi ilə ardıcıl olaraq cinayətlər baş verir və polisimiz cinayətkarı tapmaq üçün işə başlayır. Oxuduqca cinayətkarın kim olduğundan tam əmin idim. Amma təxmin etdiyimin tam əksi çıxması gözlənilməz oldu mənim üçün. Sonu elə bitdiki məncə kitabın davamı da gələcək və bu çox yaxşı olardı️ Kitabın sevmədiyim yanları da oldu. Adların səhv yazılması, hərf səhvlərinin çox olması və kitab vərəqlərinin ağ olması sevmədiyim tərəflərindən oldu. Bu da düşünürəm ki, nəşriyyatla əlaqəli səhvlərdir. Gənc yazarlardan oxuyub, onlara dəstək olmaq, oxucu kütləsi qazandırmaq hər birimizin borcudur məncə. Sonda kitab üçün @bahramahmadd 'ə çox təşəkkür edirəm. Yaradıcılığınızda uğurlar arzulayıram. İnşAllah çox gözəl əsərlərə imza atarsız
Vorkuta Əkizləri
Vorkuta ƏkizləriBəhram Əhməd · Kaspi Nəşriyyatı · 20238 okunma
Reklam
768 syf.
·
Puan vermedi
Bu əsər təhlillə izah olunacaq bir əsər olmadığını düşünürəm. Çünki, heç bir təhlil bu əsəri izah edə, əsəri oxumayan insana tam şəkildə çatdıra bilməz. 1ci və 2ci hissələrin əvvəllərində biraz sıxılsam da, oxuduqca çox maraqlı, çox möhtəşəmdir. "Səfillər" yaddaşımda çox böyük bir iz buraxdı. Məncə hamı bu kitabı oxumalıdır.
Səfillər
SəfillərVictor Hugo · Teas Press Nəşriyyatı · 202287,6bin okunma
360 syf.
·
Puan vermedi
Harper Lee– Bülbülü öldürmek. Dünyanın ən məhşur kitablarından biri olan, Pulitzer mükafatı alan, 40dan çox dildə tərcümə olunan "Bülbülü öldürmək" kitabı ilə xoş gördük sizləri. Bəzi kitablar var ki, onları unudub yenidən oxumaq istəyirsən. Bu kitab da mənə görə elə kitablardan biridir. Roman əsasən irqçilik, ədalət və insanlıq kimi mövzulardan bəhs edir və mənə görə dərindən iz buraxan əsərlərdən oldu. Kitab 9 yaşlı qızın dili ilə danışıt. Scout, vəkil olan atası Atticus və qardaşı Jem ilə birlikdə yaşayır. Atticus məhkəmədə zənci bir adamı müdafiə etdiyi üçün yaşadıqları yerdə birmənalı qarşılanmırlar. Buna baxmayaraq o zəncilərin də bəyazlar kimi eyni hüquqa malik olduğunu vurğulayır və uşaqlarını da bu düşüncə ilə böyüdür. Atticus'un uşaqları ilə söhbətləri, onlara doğrunu, ədaləti fərqli üsullarla başa salması kitabın mənə görə ötürmək istədiyi ən gözəl mejalardan idi. Ümumiyətlə roman sadə görünsədə ötürmək istədiyi mesajlar olduqca güclü və təsirlidir.
Bülbülü Öldürmek
Bülbülü ÖldürmekHarper Lee · Epsilon Yayınevi · 202072,3bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
205 syf.
·
Puan vermedi
Adil Samir– Səndən nigaranam. Kitab yazarın ilk kitabıdır və çox gözəl, axıcı bir dillə yazılmışdır. Kitabda Elvin və Aynurun sevgisindən bəhs edir. Aynur bəzi səbəblərə görə Elvinə xəbər vermədən onu tərk edir. Elvin isə ona olan sevgisini, ayrıldıqları vaxtda keçirdiyi hissləri, həyatını kitaba köçürür. Və sonu heç gözləmədiyim şəkildə bitir. Kitabdan çox danışıb spoilər vermək istəmirəm. Kitabda o qədər çox altənı xətlədiyim cümlələr var ki, hər kəs özündən bir hissə tapacağına əminəm. Adil bəyi bu uğurlu kitabı üçün təbrik edirəm və uğurlarının davamını diləyirəm. Qələminiz güclü olsun
Səndən Nigaranam
Səndən NigaranamAdil Samir · Kitab Oxu Nəşriyyatı · 202325 okunma
164 syf.
·
Puan vermedi
Xan nəşriyyatının xatirə ədəbiyatı seriyasının 8ci kitabı olan "Cavid haqqında xatirələr" kitabı ilə xoş gördük. Kitab H.Cavidin həyat yoldaşı Mişkinaz Cavid və qızı Turan Cavidin xatirələri əsasında yazılıb. Repressiya illərinin dəhşətini, Sovetin vurduğu ağır yaraları və zərbələri öyrənmək üçün ideal kitabdır. Kitabda Hüseyn Cavidin təkcə başına gələnləri deyil, onun həyat tərzini, əsərlərini hansı şəraitdə yazdığını, ailəsinin yaşadığı çətinliklər də qələmə alınıb. Kitabı boğazım düyünlənərək oxudum deyə bilərəm. Mənə ən çox təsir edən isə Turan Cavidin bu sözləri oldu: "Və çox maraqlıdır ki, biz qarşılaşanda baba 18 gün məndən böyük idi. Babaya dedim ki, biz sonuncu dəfə ayrılanda üç nəfər idik. İndi səni tək qarşılayıram." Oxuyun, oxutdurun...
Cavid Haqqında Xatirələr
Cavid Haqqında XatirələrTuran Cavid · Xan Nəşriyyatı · 201862 okunma
Reklam
256 syf.
·
Puan vermedi
Kitab bəlkədə tərcüməyə görə biraz mənə axıcı gəlmədi amma ümumiətlə mövzu olaraq çox bəyəndim. Kitabda ananın itkin düşdükdən sonra 4 övladı və yoldaşının keçirdikləri hisslər təsvir olunub. Ömrünü övladlarına, ailəsinə həsr edən ana itdikdən sonra onların analarına qarşı necə davrandıqlarını xatırlayırlar. Niyə sevdiyimiz insanlara hər gün onu sevdiyimizi deyə bilmirik? Yalnız itirdikdən sonra dəyərini anlayırıq. Ona sevdiyini bir daha deyə bilməmək çox pis hissdir. Hər səhifəni oxuduqca özümə çoxlu suallar verdim: "Görəsən mən anamı nə qədər tanıyıram?" "Anama yaxşı övlad ola bilmişəmmi?" "Anamı ürəkdən sevindirmişəmmi?" Anamın yoxluğunu fikirləşmək belə məni çox qorxudur. Bir yazı oxumuşdum: "Ve Anneniz karşınızda oturuyorsa, oturduğunuz yer tam olarak cennettir." Allah bütün analara sağlam və uzun ömür versin.
Anam Sənə Əmanət
Anam Sənə ƏmanətKyung-Sook Shin · Qanun Nəşriyyatı · 2019282 okunma
428 syf.
·
Puan vermedi
İlin son kitabı ilə gəldim. Yazardan oxuduğum 5ci kitabdır. Bu da digərləri kimi çox maraqlı və gərilim dolu idi. Mən sıralamanı qarışdırıb ilk "Oyunbaz"ı sonra bunu oxudum amma, oxumayanlar ilk bu kitabı oxusunlar. Çünki "Oyundabz" bu kitabın davamıdır. Yəni eyni obrazlar digərində də var və bu kitabı oxuduğunuzda digərini daha rahat başa düşəcəksiz. Kitabın mövzusuna gəldikdə isə, Yan Forstner adlı psixiatrın keçmişində baş vermiş və hələ də onda böyük təsir buraxmış hadisələr haqqındadır. Belə kitabların mövzusu haqqında çox danışmaq istəmirəm. Fikrimcə bu tərz kitablara başlayanda heç bir məlumat olmadan oxumaq daha maraqlı edir. Onu deyə bilərəm ki ötürdüyü mesaj çox gözəldir. Keçmişdə nə qədər pis və ya xoş hadisələr yaşamışıqsa bu günümüzə onu yansıtmamalıyıq. Unutmaq olmur, amma insan keçmişi ilə yaşaya bilməz. Arxaya baxmaqdan qabağındakı maneəni görə bilməz və hər dəfə yıxılar. Gərilim və həyəcən dolu bu kitabı əlimdən buraxmaq istəmirdim. Kitabı oxuyarkən (digər kitablarında olduğu kimi) sanki film izləyirmişəm kimi təəsürat yaradır adamda. Vulf Dorn'dan bir kitab oxusanız bağımlısı olacaqsınız. Əslində kitabın tərcüməsindən də çox şey aslıdır deyə düşünürəm. Belə səlis tərcümə oldunduğu üçün tərcüməçiyə və nəşriyyata ayrıca təşəkkür edirəm. Və digər 3 kitabının da nəşrini görməyi ümid edirəm
Şizofrenik
ŞizofrenikWulf Dorn · Yay Nəşriyyat · 05,4bin okunma
864 syf.
·
Puan vermedi
Hanya Yanagihara | Değersiz bir hayat. Ayın son günü bitirdim nəhayət. Kitabı necə anlatsam bilmədim. Kitabı alanda çox böyük maraqla almışdım. Amma oxuduqdan sonra təəsüfləndim. Hayal kırıklığı deyə bilərəm. Bir tərəfdən kitabdakı hadisələr çox üzüldüm, bir tərəfdən isə nifrət etdim deyə bilərəm. Denəli kitabda 4 adamın universitetin ilk günündən başlayaraq 34 illik dostluqlarından bəhs edir. 4 dostun hər birinin həyatına toxunulub. Willem, Malcolm və JB keçmişləri haqqında hər şeyi bilirlər, lakin Jude'nin həyatı keçmişi haqqında heç nə bilmirlər. Nəhayət 30 il sonra ən sevdiyi dostu Willem'ə ömrünün ilk 16 ilini danışır. Kitabın bu hissələrində çox üzülmüşdüm. Çünki dünyada hər gün minlərlə uşaq istismara uğrayır, təcavüz nəticəsində ölür, sağ qalanlar isə böyük bir travma ilə həyata tutunmağa çalışırlar. Kitabın sevmədiyim (nifrət etdiyim) tərəfləri isə intaharı, özünə necə xəsarət yetirməsini və bundan necə həzz alınmasını, eşcinsəlliyi təbliğ edir. (Təbliğ edir deyirəm çünki kitab elə məhz bunun üzərinə yazılıb deyə bilərəm, çünki bir hissədə deyil bütün 800+ səhif boyu davam edir, və bunu normallaşdırırlar.) Ona görə yeniyetmələr, psixolojisi yerində olmayan insanların oxumamasını tövsiyyə edirəm. Bir də sevmədiyim tərəflərindən biri də yazarın çox ayrıntılara girib, hadisələri mənasız yerə uzatmağı oldu. 800+ deyildə 400 səhifə ola bilərdi. İlk 400 ə çatdızsa qalanı daha axıcı olacaqdır. Ümid edirəm fikrimi izah edə bilmişəmdir
Değersiz Bir Hayat
Değersiz Bir HayatHanya Yanagihara · Doğan Kitap · 20222,873 okunma
216 syf.
·
Puan vermedi
Eserde, adından da anlaşılacağı üzere tarihi Boraltan meselesinin karanlık yönleri ortaya çıkarılmaya çalışılmıştır. Kitapta o dönemde Türk hükümetine sığınan 146 vatandaşımızın siyaset mağduru olup SSRİ'ye satıldığı anlatılıyor. Roman tarihi gerçeklere dayanmaktadır. Eserin kahramanları Azer ve Araz isimli iki genç Azerbaycanlıdır. Onlar Boraltan trajedisinin gerçek kahramanları Anvar Ghaziyev ve Adam Kardaşbeyli'nin prototipleridir. Eseri yürek ağrısıyla okudum. Yazarın "Nargin" eserini okuduktan sonra bu eseri okuyunca kendimi çok kötü hissettim. Bir tarafda milletimizin aydınlarından tut sıradan vatandaşına kadar herkes, Birinci Dünya Savaşı'nda esir düşmüş türkleri Nargin adasından kaçırıp herkesin yardımıyla kendi ülkelerine geri göndermesi, ve diğer yanda da ona kardeş gibi sığınan vatandaşlarımız düşmana satılması... Her iki eserin de Türkçeye çevrilerek orada satılması gerektiğini düşünüyorum ki, bu tarihi gerçekleri görsünler. Ben de elimden geldiyince Türkce yazmaya çalışdım ki Türk okurlar da yazımı anlaya bilsinler.
Boraltan
BoraltanYunis Orucov · Mimta Yayınları · 043 okunma
224 syf.
·
Puan vermedi
İlyas Əfəndiyev | Söyüdlü arx Çox gözəl bir kitabla gəldim. İlyas Əfəndiyevdən oxuduğum ilk əsər olsa da son olmayacağına əminəm. Əsər o qədər maraqlı, sadə dillə yazılıb ki, bir nəfəsə oxuyub bitirmək olur. Kitabda yazar sevgini, dostluğu, kənd həyatını, zəhmətkeşliyi, insanların bir birin münasibətini o qədər gözəl anladıb ki, oxuduqca kaş
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020778 okunma
Reklam
128 syf.
·
Puan vermedi
Charles Dickens | İki şehrin hikayesi Və çoxdandır oxumaq istədiyim kitabı bitirdim. "İki şehrin hikayesi"nə mən də Bakıdan Sumqayıda gedərkən başladım)) Yazardan oxuduğum ilk kitabdır və bundan sonra da oxumağa davam edəcəm. Kitabı bir neçə alıntısını görüb bəyəndiyim üçün oxumaq istəmişdim. Bilmirəm bəlkədə nəşriyyatla bağlı olduğu üçün ola bilər amma gördüyüm alıntılar burada yox idi. Hətta kitabın məhşur giriş cümləsi olan "Zamanların en iyisiydi, zamanların en kötüsüydü..." bu nəşrdə yoxdur. Bəlkə növbəti dəfə başqa bir nəşrdən alıb oxuya bilərəm. Kitab iki şəhər, Paris və London arasında baş verən hadislər haqqındadır. Doctor Manette Parisdə günahsız yerə18 il həbsdə yatır. Lucia ailə dostları ilə Parisə gedir və atasının sağ olduğunu öyrənir. Atasını həbsdən cixardıqdan sonra Londonda yaşayırlar. Bir müddət sonra Fransanın zadəgan ailələrindən olan Charles Darnay ilə tanış olurlar.. Charles zadəganlara xalqı incitdikləri üçün nifrət edir. Əmisi öldükdən sonra bütün malını kəndlilərə verib Londonda müəllimlik edir. Və Luciaya aşiq olub, onunla evlənir. Sonra Parosdə çevriliş baş verir. Xalq ayağa qalxır və bütün varlıları edam etməyə başlayırlar. Charles də bu vaxt Parosə hetməli olur və həbs olunur. Bundan sonra Charlesin həyatı necə olacaq? Həbsdən qurtula biləcək mi? Kitab axıcı idi. Bəyənərək oxudum. Tövsiyyə olunur
İki Şehrin Hikayesi
İki Şehrin HikayesiCharles Dickens · Halk Kitabevi · 202159bin okunma
256 syf.
·
Puan vermedi
·
1 saatte okudu
Sabahattin Ali | İçimizdeki şeytan Kitabda cəmiyyət içində insanların olduğlarından fərli görünmə çabasını, başqalarının "necə savadlı, necə "cool" görsənir" deməsi üçün necə saxta davrandıqalrını göstərir.Demək olar bu hər dövür üçün keçərlidir. Necə deyərlər "yaxşı geyinmiş axmaq məclisdə ağzını açana qədər parlayacaq". Bəziləri bunun fərqinə varır, amma bəziləri həmin insanların təsirində qalıb, özlərini onlara oxşatmaq üçün çabalayırlar. Kitabdaki bütün xarakterlər belədir (Macide ve Bedri xaric). Ömər isə bunları içimizdə olan şeytanın elətdirdiyinə inanır. Sonda isə belə olmadığını anlayır. Maraqlı kitab idi. Oxumağa dəyər.
İçimizdeki Şeytan
İçimizdeki ŞeytanSabahattin Ali · Yapı Kredi Yayınları · 2019172,2bin okunma
428 syf.
·
Puan vermedi
Bu gün psixoloji triller janırının ustadı Wulf Dorn'ın kitabı ilə gəlmişəm. "Psixiatr" yazarın ilk əsəridir və bu əsərlə Almanyanda psixoloji triller janırında yazan ən populiar yazıçılar siyahısına düşüb. Gələk kitaba; 9nömrəli otaqda yatan zorakılığa məruz qalmış qadını psixiatr Ellendən başqa heç kəs görmür. Üç gün sonra kilidli,şifrəli qapılardan qaçırılan bu qadına Ellen kömək eymək istəyir. Və olaylar bundan sonra başlayır. Qadını qaçıran "qara adam" artıq Elleni də təqib etməyə başlayır. Kitabın sonu məni yenə də Wulf Dornın digər əsərlərindəki kimi tərs köşə etdi.
Psixiatr
PsixiatrWulf Dorn · Yay Neşriyat · 20189bin okunma
724 syf.
·
Puan vermedi
Çox ağır bir kitab #oxudumbitdi. Bu kitabdan sonra yay aylarında belə ağır, həcmli kitablar oxumayacam. Yarıda qoymayım deyə bir ay ərzində oxudum. Kitabda həyata tutuna bilməyən insanlardan, həyata tutunma çabasından bəhs edir. Türkiyədə ən çox yarıda qoyulan kitablar siyahısında başda gəlir. Kitabın incələməsini etmək belə cəsarət istəyir adamda və mən bu cəsarəti özümdə görmürəm. Bəzi kitablar vardır oxumaqda çətinlik çəkərsən, amma bitdiyində yaxşı ki oxumuşam, buna dəyərmiş deyərsən. Bax həmin kitabların başında gəlir TUTUNAMAYANLAR
Tutunamayanlar
TutunamayanlarOğuz Atay · İletişim Yayınları · 202061,9bin okunma
125 syf.
·
Puan vermedi
John Steinbeck- Siçanlar və Adamlar. Çox gözəl bir kitab bitirdim. Kitabda xəyallar üzərinə qurulan həyatlar, dostluq, saflıq, mərhəmət, yalnızlıq, iqrçilik, yoxsulluq var. Qisa amma təsiri uzun müddət olan kitablardan biridir məncə. Sonu isə heç gözləmədiyim kimi oldu.
Fareler ve İnsanlar
Fareler ve İnsanlarJohn Steinbeck · Sel Yayıncılık · 2023172,6bin okunma
212 syf.
·
Puan vermedi
Nikolas Sparks- Xatirə dəftəri. Bu gün sizlərə duyğusal və gözlənilməz sonluqları sevən, əsərləri 100 milyondan çox oxucuya çatan və bir çox dillərə tərcümə olunan Nikolas Sparksın “Xatirə dəftəri” kitabı ilə gəlirəm. Kitabda heç 20 yaşı da olmayan iki gəncin, iki fərqli dünyanın adamının bir yayda qarşılaşması... Bir-birlərinə ilk baxışdan aşiq
Xatirə Dəftəri
Xatirə DəftəriNicholas Sparks · Yay Nəşrləri · 0322 okunma