Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Səyyarə İbrahimova

Səyyarə İbrahimova
@Saiyara_i
Human resources
MBA
Bakü
Bakü, 7 Şubat 2001
425 okur puanı
Ocak 2020 tarihinde katıldı
Şu anda okuduğu kitap
248 syf.
·
Puan vermedi
Spiritual, rəqəmlərin mənası və s. kimi mövzulara marağınız varsa, numeroloji ilə bağlı başlanğıc üçün yaxşı bir kitabdır. Mənə maraqlı gəldiyi üçün sadəcə özümə aid olan qismlərini və diqqətimi çəkən hissələrini oxudum. Dili sadə və anlaşıqlıdır.
Numeroloji
NumerolojiMichelle Buchanan · Ganj Yayınları · 201839 okunma
Reklam
200 syf.
·
Puan vermedi
·
Beğendi
·
3 günde okudu
Dəyişə bilməyəcəyiniz bir keçmişə qayıtmaq
Toshikazu Kawaguchi
Toshikazu Kawaguchi
`nin füsunkar romanı "
Kahve Soğumadan Önce
Kahve Soğumadan Önce
" Tokionun arxa küçələrində gizlənmiş bir kafedə cərəyan edir. Bu adi kafenin qeyri-adi bir xüsusiyyəti var ki, o, ziyarətçilərinə qəhvə fincanı soyuyana qədər keçmişə qayıtmağa imkan verir. Roman bu qəhvəni sınayan dörd fərqli personajın hekayəsindən bəhs edir. Onların hər biri keçmişdə peşman olduqları bir şeylə qarşılaşmaq üçün bu şansdan istifadə edir. Hekayələr sevdikləri ilə vidalaşmaq, səhvləri düzəltmək, keçmişin sirlərini açmaq kimi müxtəlif mövzulara toxunur. Kitabın ən təsirli tərəfi personajların emosional səyahətlərinin təsviridir. Keçmişə qayıtmağın ani xoşbəxtliyi, təəssüf və gələcəyə ümidlərin ağırlığı oxucuya dərindən təsir edir. Yazar obrazların əhval-ruhiyyəsini və mürəkkəb duyğularını ustalıqla əks etdirmişdi.
Kahve Soğumadan Önce
Kahve Soğumadan Önce
kitabı zamanın dəyərini anlamağı ifadə edir və keçmişlə barışmağın vacibliyini vurğulayırdı. Maraqlı məqamlar isə keçmişə qayıtmaqla bağlı bir çox qaydanın olması idi. Bunlardan ən maraqlısı siz sadəcə bir dəfə keçmişə qayıda bilərsiniz və oturduğunuz masadan qalxmamalı, sadəcə kafeyə gələn biri ilə danışa bilərsiniz.
Kahve Soğumadan Önce
Kahve Soğumadan ÖnceToshikazu Kawaguchi · Epsilon Yayınevi · 20215,5bin okunma
358 syf.
9/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
İyi Bir Kızın Cinayet Rehberi
İyi Bir Kızın Cinayet Rehberi
son zamanlarda oxuduğum və bəyəndiyim kitablar arasında özünə birinci yeri qazanmışdı. Bu qədər sevəcəyimi düşünmədən başladığım bir kitab idi və hal hazırda serinin 3-cü kitabını oxuyuram. İndi danışdığımız isə
İyi Kız Kötü Son
İyi Kız Kötü Son
seriyanın 2-ci kitabıdır. İkinci kitabda Pipin yaxın doslarından biri (Connor) ondan qardaşını tapmaq üçün kömək istəyir. Jamie (Connorun qardaşı) itkindir, polis bu məsələyə yenə də isti münasibət göstərmir və 24 yaşında bir gənc olduğu üçün evdən uzaqlaşmış ola biləcəyini və qayıdacağını nəzərə alırlar. Bu kitabda bir daha polislərin öz işlərini tam olaraq görmədiklərini hiss edirik.
İyi Bir Kızın Cinayet Rehberi
İyi Bir Kızın Cinayet Rehberi
`də baş verənlərdən sonra isə Pip bu hadisələrə qarışmaq istəmir, lakin daha sonradan polisin heçnə etmədiyini anlayır və araşdırmalarına başlayır. Araşdırma qismi yenə də çox maraqlı idi, şübhələndiyim Jamienin atası idi lakin sonda olan hadisələri, hadisələrin gediş nöqtəsinin dəyişməsini gözləmirdim. Həmçinin bu hadisənin Pipə olan təsirləri də olduqca maraqlıdır. Bir nüansı da qeyd edim ki, hələ də ən sevdiyim
İyi Bir Kızın Cinayet Rehberi
İyi Bir Kızın Cinayet Rehberi
kitabıdır. Çünki birinci kitabda yazar hekayəni daha maraqlı və gerilimli başlatmışdı mənə görə. Pip ilə birgə aydın araşdırmalarda iştirak edirmiş hissi yaşayırdım.
İyi Kız Kötü Son
İyi Kız Kötü Son
kitabında isə həyəcanlı qismlərlə yanaşı, durğun hissələr də var idi. Hətta ilk 30-40 səhifə daha çox birinci kitabda olan günahkarların başına nələrin gəlməsi ilə bağlı idi. Xüsusilə də Max Hastings davası ilə. Ümumilikdə isə həyəcanlı birşeylər oxumaq istəsəniz bu seriyanı tövsiyə edirəm.
İyi Kız Kötü Son
İyi Kız Kötü SonHolly Jackson · Epsilon Yayınevi · 2022840 okunma

Okur Takip Önerileri

Tümünü Gör
56 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Büyük Ressamlar: Leonardo Da Vinci
Büyük Ressamlar: Leonardo Da Vinci
Çizgi Roman janrından yazılmış və Leonardo da Vinçinin həyatından bir hissəsini işıqlandıran maraqlı bir əsər idi. Leonardo da Vinçinin Kloks qəsrinə gəlişi dövrün böyük kralı I Fransuanın dəvəti ilə olmuşdur. 1503-cü ildə Florensiyada başladığı bu möhtəşəm rəsm, zamanın xaricində görünən bir şöhrətlə Kloks qalasını ziyarət etdi. Gənc şagird, Lorenzo Mona Lizanın sirrini öyrənməyə olduqca maraqlıdır və Leonardo da Vinçini işinin arxasındakı sirləri danışmağa vadar edir. Sənətə heyran olan Lorenzo Ustadın söylədiyi 3 müxtəlif hekayələr arasında həqiqəti ayırd etməyə çalışır. Keçmiş təcrübələrindən ilhamlanan Leonardo Mona Lizanın təbəssümünün arxasındakı sirrin hansı olduğunu tapmaq isə oxucunun öz düşüncəsinə qalır.
Büyük Ressamlar: Leonardo Da Vinci
Büyük Ressamlar: Leonardo Da VinciPatrick Weber · Akılçelen Kitaplar · 201715 okunma
464 syf.
7/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Karanlık Romeo’m
Karanlık Romeo’m
kitabı
L. J. Shen
L. J. Shen
tərəfindən yazılmış böyüklər üçün (yetişkin içerikli) romandır. Kitab düşman tərəflərin aşiq olması (enemies to lovers saya bilərik) və olduqca zəngin və qəribə smut səhnələri ilə qaranlıq bir sevgi romanıdır. Bu, təhlükəli və intiqamçı Romeo Kosta ilə kitabsevər gənc qadın Dallasın hekayəsindən bəhs edir. Ancaq birlikdə daha çox vaxt keçirdikcə, Dallas və Romeo arasında öncədən də əmin olduğumuz o sevgi yaranır. Kitab ümumilikdə həm sevilə bilər həm də sevilməyə. Mənə görə möhtəşəm bir əsər deyildi, lakin oxuyarkən səhnələr diqqətimi çəkir və maraqla irəliləyirdim. Dallasın intiqam almaq və Romeonu qıcıq etmək üçün etdikləri ən əyləncəli hissələr idi. Oxuyarkən əyləndiyim bir əsər idi.
Karanlık Romeo’m
Karanlık Romeo’mL. J. Shen · Olimpos Yayınları · 2023513 okunma
Reklam
208 syf.
5/10 puan verdi
·
1 saatte okudu
Camdan Terliklere Veda
Amanda Lovelace
Amanda Lovelace
tərəfindən yazılmış
Bu Defa Prenses Kendini Kurtarıyor
Bu Defa Prenses Kendini Kurtarıyor
, müasir nağıl dadında bir sərbəst şeir kitabıdır. Dörd fəsildən ibarət olan kitab şahzadənin özünü kəşf etmək və öz taleyini müəyyənləşdirmək səyahətindən bəhs edir. Kitabı ilk başdan elə
Rupi Kaur
Rupi Kaur
-
Süt ve Bal
Süt ve Bal
kitabına bənzətdim. Kitab feminist nöqteyi-nəzərdən yazılıb və qadınlara öz ayaqları üzərində
Bu Defa Prenses Kendini Kurtarıyor
Bu Defa Prenses Kendini KurtarıyorAmanda Lovelace · Pegasus Yayınları · 20191,212 okunma
380 syf.
10/10 puan verdi
·
Beğendi
·
18 saatte okudu
Çox maraqlı bir roman ilə gəldimm. Romanda Pip Fitz-Amobi'nin, beş il öncə baş vermiş Andie Bell cinayətini proje ödevi olaraq seçir və aydınlaşdırmağa çalışır. Pip, Andienin sevgilisi Sal Singhin qatil olduğuna inanmayan və həqiqəti üzə çıxarmaq üçün öz araşdırmasına başlayan yeganə şəxsdir. Ehtimal olunur ki, Andie Bell adlı məşhur, sevimli qız sevgilisi Sal Sinq tərəfindən öldürülüb və Sal bundan sonra dayana bilməyib, intihar edib. Bəs gizli qalan həqiqətlər? Bunlarla yanaşı 15 yaşında gənc bir qızın polisin tapa bilmədiyi bir cinayəti araşdırmasə və həqiqətləri üzə çıxarması insana qəribə gəlir. Amma nədə olsa bu kitab dünyasıdır və mövzu maraqlı olduqca hər şey qəbulumdur..
İyi Bir Kızın Cinayet Rehberi
İyi Bir Kızın Cinayet Rehberi
çarpıcı və sirli, asanlıqla oxunan sürükləyici bir roman idi. Pipin araşdırması zamanı ortaya çıxan sirlər insanı oxumağa təşviq edirdi. Kitabı əlinizə aldığınız zaman onu bir nəfəsdə bitirmək istəyəcəksiniz. Pipin tədqiqat prosesi maraqlı və həyəcanlı şəkildə təsvir edilmişdir. Son ana qədər insan şübhəli qalır, ağlında bir neçə günahkar obraz fırlanır amma açığı günahkarın `bu` obraz olmasını gözləmirdim. Kitabın finali beklentilerimi karşıladı. Her halükarda yazar finalde okuyucuyu şaşırtmak istedi ve bence bunu da başardı. Qeyd: Kitabın "
İyi Kız Kötü Son
İyi Kız Kötü Son
" və "
İyi Kız Ölüme Çok Yakın
İyi Kız Ölüme Çok Yakın
" adlı iki davam romanı da nəşr olunub və bu kitabların hekayələri də bildiyim qədərilə fərqlidir.
İyi Bir Kızın Cinayet Rehberi
İyi Bir Kızın Cinayet RehberiHolly Jackson · Epsilon Yayınevi · 20222,002 okunma
496 syf.
9/10 puan verdi
·
Beğendi
·
31 saatte okudu
Bir Milyon Öpücük
Bir Milyon Öpücük
, soft bir hekayəsi və maraqlı personajları olan və daha çox New Adult üçün uyğun romandır. Müəllif
Monica Murphy
Monica Murphy
Crew və Wren arasındakı mürəkkəb münasibətləri məharətlə idarə edir. Hekayə boyu eniş-yoxuş yaşayan bu iki personajın emosional dəyişmələrini və inkişaflarını müşahidə etmək olduqca xoşdur. Hansı ki, bu eniş-yoxuşlar daha çox
Bir Milyon Öpücük
Bir Milyon ÖpücükMonica Murphy · Ren Kitap · 0718 okunma
172 syf.
·
Puan vermedi
·
9 günde okudu
Burgessin mesajı xaosla pıçıldayır: "
Otomatik Portakal
Otomatik Portakal
" zorakılıq və tünd yumorla zəngin olmaqla yanaşı, distopik bir səyahət yaratmışdır. Roman yeniyetmə Aleks tərəfindən, öz zorakılıqlarını, dünyanı görmə və yaşama tərzini, həmçinin onu islah etmək niyyətində olan dövlət orqanları ilə təcrübələrini nəql edilir. Kitab ingilis və rus
Otomatik Portakal
Otomatik PortakalAnthony Burgess · Türkiye İş Bankası Kültür Yayınları · 200991,9bin okunma
480 syf.
·
Puan vermedi
Twisted seriyasi - 1. kitab
Ana Huang
Ana Huang
tərəfindən yazılmış "
Çarpık Aşk
Çarpık Aşk
" milyarder Aleks Volkov və Ava Chen arasındakı sevgi hekayəsindən bəhs edən müasir sevgi romanıdır. Aleks keçmişində başına gələn faciə ilə yaralanmış soyuqqanlı və hökmran bir insandır. Ava isə tam əksi olaraq şəndir, həyatla doludur. Kitab personajları təsirli hekayələri və ehtiraslı səhnələri ilə seçilir. Alex və Ava arasındakı kimya sanki səhifədən sıçrayır. Aleksin qaranlıq keçmişi və Avanın onu sağaltmaq cəhdi klişe mövzulardan olsa da hekayəyə emosiya qatır. Ümumiyyətlə, "Twisted Love" əyləncəli, romantik və cəlbedici sevgi romanıdır. Bu tip kitabları sevirsinizsə, tövsiyə edirəm.
Çarpık Aşk
Çarpık AşkAna Huang · Martı Yayınları · 20233,134 okunma
Reklam
72 syf.
9/10 puan verdi
·
7 saatte okudu
Bir ~Kiçik insan~ hekayəsi
Nikolay Gogol
Nikolay Gogol
bu hekayəni dostları ilə bir görüşmədə olarkən, hekayədə yaşanılan hadisənin başqa bir versiyonunu eşitmiş və təsirlənərək, üzərinə biraz da öz məmurluq həyatından incilər qataraq yazmış və dönəmin reallıqlarını sadə hekayə dili ilə çatdırmışdır. Ümumilikdə hekayənin dili çox sadədir, ilk başda insan `burdan nə çıxacaq ki?` düşüncəsi ilə
Palto
PaltoNikolay Gogol · Bordo Siyah Yayınları · 202136,9bin okunma
60 syf.
8/10 puan verdi
·
3 saatte okudu
Bilinməyənin axtarışında olmaq
- Bilmiyormusun kim olduğunu? - Eğer kendinden çıkamazsan, asla bilemezsin kim olduğunu. İlk dəfə
José Saramago
José Saramago
oxuyurdum, pdf formatından oxuduğum üçün problemin pdf`də olduğunu düşünürdüm. Lakin belə deyilmiş. İlk öncə bilməlisiniz ki, yazarın özünə xas yazım tərzi və anlatma şəkli var. Dialoqlar ardıcıl cümlələr şəklində və sadəcə vergül ilə ayrılaraq
Bilinmeyen Adanın Öyküsü
Bilinmeyen Adanın ÖyküsüJosé Saramago · Kırmızıkedi Yayınevi · 200923,2bin okunma
59 syf.
3/10 puan verdi
·
3 günde okudu
Siz nə anladınız?
“...evden tam çıkıyorum, bir şeyin eksik olduğunu, eksik olanın ruhum olduğunu fark ettim.” Bu cümlədə dedim aha, sevəcəyim gözəl bir hekayə gəlir. Hansı ki, bu romanın bir xeyli tərifləndiyini eşitmişdim. İndi qısaca romanda nədən bəhs edilir onu qeyd edim. İlhami Algörün
Fakat Müzeyyen Bu Derin Bir Tutku
Fakat Müzeyyen Bu Derin Bir Tutku
romanı İstanbulun arxa küçələrində yaşayan xəyalpərəst və tənha bir adamın Müzeyyen adlı qadına olan vəsvəsəli sevgisindən bəhs edir. Roman sevgi, ehtiras və məyusluqların mürəkkəb hekayəsindən bəhs edir və ya bəhs etməyə çalışır. (müəmmalı) Keçək əsas mətləbə, romanı oxuyarkən tam da aşağıdakı alıntı kimi hiss edirdim. “Bitse ne olur, bitmese ne?” Romanı anlaya bilməməyimin (və ya mənə heçnə qatmamasının və anlamsız qəbul etməyimin) bir neçə səbəbi var: - Birincisi, romanın nəqli kifayət qədər dolayı və poetikdir. Bu, romanı izləməyi çətinləşdirirdi. Həmçinin içində arqo sözlərin istifadəsi elə yerlədə idi ki, bir məna verə bilmirdim. - İkincisi, romanın personajları kifayət qədər mürəkkəbdir və başa düşmək çətindir. Xüsusilə Müzeyyen sirli və anlaşılmaz bir xarakter olaraq səsləndirilirdi. Hekayəni səsləndirən obrazın özü də, kifayət qədər qarışıq idi. Danışırdı amma nə danışırdı... anlayana can qurban.. Kitabla bağlı incələmələr də baxdım, bir çoxunu anladım, bir qisminə isə məna verə bilmədim. Bəzən düşündüm `görəsən mən fərqli bir romanmı oxudum?`. Çox qarışıq birşeylər baş verdi qısacası. Qeyd. Kitabın filmi də mövcuddur, izləyib fikrimi bildirməyə çalışacam. Mənə çox maraqlıdır bu kitabdan nə anlamışlar da çəkmişlər deyə.
Fakat Müzeyyen Bu Derin Bir Tutku
Fakat Müzeyyen Bu Derin Bir Tutkuİlhami Algör · İletişim Yayıncılık · 201429,2bin okunma
647 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
“Hello, Feyre darling”
- Yani senin avcın ve hırsızınım, öyle mi? - Sen Feyre, benim kurtuluşumsun.
Dikenler ve Güller Sarayı
Dikenler ve Güller Sarayı
seriyasının 2ci kitabıdır. İlk kitabı həqiqətən maraqla oxumuş, sevmiş və Tamlinə heyran olaraq bitirmişdim yalan yox. Bu kitabda hekayənin irəliləməsindən asılı olaraq Rhys`ə daha çox rol verilmişdi və Tamlinin həqiqi tərəfi ilə tanış olduqdan, Rhysin sevgisi,
Sis ve Öfke Sarayı
Sis ve Öfke SarayıSarah J. Maas · Dex Yayınları · 20202,949 okunma
288 syf.
8/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Gerçəkləşəcək xəyallara
Dinleyen yıldızlara, Feyre. Ve gerçekleşen hayallere, Rhys. Seriyanın 4-cü kitabıdır və özünə xas bir hadisəsi və ya əvvəlkilər kimi həyəcanı yoxdur. Daha çox bütün bu yorucu hadisələrdən sonra obrazların daxili dünyası ilə (qismən) və günlük yaşantısı ilə tanışlıqdır. Burda da qeyd edim ki Feyre, Rhys və Cass, çox az bir qismində isə Morun dilindən hissələr var. Mən xüsusilə Azrieli və bəlkə biraz da Elaineni də görmək istəyərdim. Mənim üçün o qədər də maraqlı keçmədi, yenədə günlük və yeni həyatlarına adaptasiya olmağa çalışmaqları gözəl idi. Digər cəhətdən Nestanı yenə sevmədim, bir çox oxucu son kitabda ona rəğbət bəsləyə biləcəyimi deyir amma zənn etmirəm. Bu kitabda həddindən artıq əsəb pozucu idi. Müharibədən həddindən artıq etkiləndiyinə görə (ki bu hamısına aid idi) özünü hər kəsdən soyutlayıb, içkili və müxtəlif oğlanların həyatında bir gecəlik rola aldığı bir obrazı canlandırıb. Kifayət etməyib, bütün ödənişlərini sanki borcları varmışcasına Feyregilə ödədir. Son kitabı Rhys, Feyre və digərlərinin sonunu bilmək üçün oxumaq istəyirəm, lakin daha çox Nestaya fokuslanıb və digər obrazlara elə də çox yer verilmədiyini öyrəndim. Bu səbəbdən biraz sual altında qalmışam.
Buz ve Yıldızışığı Sarayı
Buz ve Yıldızışığı SarayıSarah J. Maas · Dex Yayınları · 20201,231 okunma
71 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.