Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Zümrüd Usmanova

Zümrüd Usmanova
@Zmlsss
224 syf.
8/10 puan verdi
Kitabın mövzusu nədir desəm-valideynlərin övladları haqqında bütün sözə sahib olduğunu düşünməsinin övladları bəzən yoxuşa aparması, nə istədiyini bilməmək, öz həyatın haqqında qərar verə bilməmək və bunun həyatında etdiyi dəyişikliklər. Kitab axıcı və sadə dildə yazılıb özünü oxutdurur bundan əlavə, sonu qane etmədi deyə bilərəm
Səndən Qalan Noyabr
Səndən Qalan NoyabrDilşad Talıbova · Qanun Nəşriyyat · 062 okunma
Reklam
315 syf.
10/10 puan verdi
Kitab o qədər axıcı idi ki, bütün hadisələri özüm də ordaymış kimi hiss edərək oxudum. Təkcə şəhidimiz Orucovun adından yox, döyüş yoldaşlarının adından da kitabı oxumağımız, eyni hadisəyə bir çox əsgərin gözü ilə baxmağa, onların hazırkı vəziyyətini duymağa kömək edir.
Komandir
KomandirŞərif Ağayar · CBC Nəşriyyatı · 202013 okunma
235 syf.
7/10 puan verdi
Kitab fəlsəfi üslubda yazılmaq istənilib amma cümlələr bəsit qalıb sanki, bəzi fikirləri ilə əsla razılaşmasam da altı çəkiləsi cümlələr çoxdur. Elə razılaşmadığım qadınlar haqqındakı fikirləri idi, "fahişə" ifadəsini təkcə qadınlara vurğu etməsi, kişiləri üstün görmə cəhdi vs. bunlar kitabın dəyərini azaltdı. Ortaya nəsə çıxarmaq istəyib, fikirlərini tam ifadə edə bilməyib, ona görə kitab boyu əsas məsələnin nə olduğu qaranlıq qaldı, "A" obrazı yaradıb və bütün kitab boyu ağlına gələn fikirləri yazıb, hissələr bir-biri ilə uyuşmur.Hətta Anarın yuxu gördüyünü də düşünmüşdüm buna görə. Ancaq kitabı yazdığı yaşı nəzərə alsaq, təqdirediləsidir.Hər halda cəmiyyətin bugünkü problemlərini ifadə edib və deyə bilərəm ki, mənə yeni fikirlər, düşüncələr qatdı
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,597 okunma

Okur Takip Önerileri

Tümünü Gör
220 syf.
8/10 puan verdi
Kitab intihar etməyə cəhd edən bir qız ilə başlayır. İntihar üçün böyük bir səbəb yoxdur, əslində ortada bir səbəb yoxdur. Veronika 24 yaşında bir qız kimi həyatını yaşayır, işi, ailəsi, ətrafı, normal bir həyatı var, amma o bu "normallığı" sorğulayır əsərdə tam olaraq və həyatın darıxdırıcı olduğu qənaətinə gələrək həyatına son qoyur. Əlbəttə, o bu məqsədinə nail ola bilmir və gözünü psixi xəstəxanada açır. Əsər öz axıcı dili ilə bərabər, cəmiyyətdə qəbul edilən "doğrular" hər zaman doğrudurmu? sualını özümdə müzakirə etməmə səbəb oldu. Bundan əlavə, əsərin sonunun yarımçıq qalmış kimi kəsilməsi mənə görə qaneedici deyildi.
Veronika Ölməyə Qərar Verir
Veronika Ölməyə Qərar VerirPaulo Coelho · Qanun Nəşriyyatı · 201378,1bin okunma
240 syf.
9/10 puan verdi
Hamının içində bir Raif yatır əslində, öz həyat hekayəsi olan, heç kimin duyub bilmədiyi, əslində bir o qədər bizə əzab verən həyatlar.. Əsərdə də tam olaraq bunu oxuduq əslində, cəmiyyətdən kənarda qalmış birinin özlüyündə nə qədər yaşanmışlıqları var. O yaşanmışlıqlarda ki, əsərin sonunda göz yaşlarımı saxlaya bilmədim. Raif özü də Mariyaya olan sevgisi belə izah edir: "Mariya məni qısa bir vaxt ərzində həmişəki acizliyimdən, miskin vəziyyətimdən xilas etmiş, mənim də kişi, daha doğrusu, insan olduğumu, mənim də yaşamağa layiq cəhətlərimin olduğunu, dünyanın zənn etdiyim qədər mənasız olmadığını öyrətmişdi"
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023316,1bin okunma
Reklam
420 syf.
10/10 puan verdi
Kitabın təsirindən çıxmamış yazmaq istədim. Bir yarım günə bitirdiyim kitab oldu.. Kitab öz axıcılığı ilə bərabər hisləri bizə o qədər yaxşı ötürürdü ki, kitabı bitirəndə danışılası çox şey olduğunun fərqinə vardı Hardan başlayım bilmirəm, Məsumənin yaşadıqlarındanmı, yoxsa yarım qalmış sevgi hekayəsindənmi.. Kitabdan dərs alacağımız çox şey var. Ən çox qərəz yaşadığım obraz isə sözsüz ki, Həmid oldu, onun haqqında çox götür-qoy etdim, anlamağa çalışdım, onun öz həyat fəlsəfəsi var idi, hansı ki bunun nəticəsini həmişə Məsumə çəkdi. "O kişidi, sənsə qızsan" sözlərinin tam təzadı oldu Məsumə, illərlə uşaqlarına tək başına həm ata, həm ana oldu. Nə olursa olsun, sonda Məsumə və ilk eşqinin qovuşmasını gözlədim, onlar buna çoxdan layiq idi.)
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,563 okunma
185 syf.
·
Puan vermedi
Özümə söz verdim ki, çalışım bundan sonra tez-tez Azərbaycan ədəbiyyatından da əsərlərə şans verim. Elə uzun zaman sonra ilk oxuduğum kitab da bu oldu.. Yaxşı ki olub. Nuriyyə obrazı elə canayaxın, səmimi təsvir edilib ki, özümü ona doğma hiss edirəm artıq. Hansı ki bu qadınının bütün hisslərini yalnız biz bilirdik, hamıdan gizlətdiyi gerçəkləşməyən arzuları üçün həm kədərləndik, həm də bu cəsur addımları üçün onunla qürur duyduq. Nuriyyənin hisslərini xəlvətdə saxlayıb bir qadın kimi Səadətin ailəsinə kölgə salmamasını təqdir etməsək olmazdı. Nuriyyə özü də bunu başa düşür, heç bir şəkildə buna yol verməyəcəyini özü də bilirdi. Məndə əsər iki qovuşa bilməyən sevgi kimi yox, bir qadının bir qadın üçün öz hisslərinizdən vaz keçməsi kimi daha çox yadda qalacaq. Nuriyyənin bundan sonrakı həyatında xoşbəxt olmasını arzu edərdim, çünki o buna layiqdir. Kitablar bitsə də, oxucularda bitmir, ağlıma gəldikcə yenə Nuriyyəni bir neçə dəqiqə düşünəcək, içimdə ona haqq verəcəyəm)
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Avrasiya Press · 1959781 okunma
313 syf.
·
Puan vermedi
İlk öncə əsərdə verilən dərin mənalı dialoqları çox bəyəndim,yazıçılar öz hislərini kitablar vasitəsilə bizə çatdırırlar, bu kitabda da bir az özümdən tapdım deyə bilərəm) yazıçıdan oxuduğum ilk kitabdır, ümidvaram ki, digər kitablarını da oxuya bilərəm. Əsərin əvvəlində diqqətdə sadəcə Anar və Kahira idisə, sonunda sadəcə Hurinin taleyi məni uzun düşüncələrə vadar etdi, yazıçı obrazların hislərini necə dolğun, təəssüratlı təsvir etmişdisə, sanki bütün bunları mən yaşayırammış kimi hiss etdim. Kahiranın atası əsərdə çox yer verilməsə də dünyagörüşü, düşüncəsi ilə tərifəlayiqdir. Kitabı bitirəndə Anar və Kahiranın bütün bu zamanda yaşadıqları gözümün önündən keçdi, hərçənd ki bir daha görüşməyəcəkdilər:(
Xoşbəxtliyə Çatanda Əldə Qalanlar
Xoşbəxtliyə Çatanda Əldə QalanlarMəsudə Cabbar · 2018163 okunma
220 syf.
·
Puan vermedi
Və həyatın acı taleyini yaşamış bir obraz daha... bir an kaş ki bunlar baş verməyəydi, həyat öz axarı ilə getsəydi dediyim anlar oldu. Əsərdə sevdiyini hər şəkildə qəbul edə bilən, güclü qadın obrazı, Fəridəni də oxuduq. Sonda bütün baş verənlər hadisələrdə bütün əsər gözümün qabağından keçdi, buruq bir gülümsəmə ilə əsəri bitirdim:)
Sonsuz
SonsuzƏli Rzazadə · Bakı, Parlaq İmzalar · 201847 okunma
400 syf.
9/10 puan verdi
Kitabın sonunda özümə gələ bilmədim, əsla belə sonluq gözləmirdim. Alisiyanın yaşadıqları mənə dərindən təsir etdi, hətta Alisiya üçün ağladım da. Bir uşağın valideynlərindən sevgi görməməsi gələcəkdə belə fəlakətlərə səbəb ola bilərmiş. "İfadə edilməyən emosional heç vaxt ölmür. Onlar diri-diri basdırılır, bir müddət sonra eybəyər formada geri döncəklər"-bu söz Alisiyanın içinə basdığı hislərini və onları necə büruzə verdiyinin sübutudur. Kitabın başından məni ən maraqlandıran Alisiyanın niyə danışmamağı idi, lakin bu mövzu üzərində çox danışılmamasından o hisləri duya bilmədim, daha təsirli səbəb gözləyərdim. Ümumiyyətlə, oxuduğum ən təsirli əsərlərdən idi, əsər boyu özümü onun yerinə qoyub onu dərindən anlamağa çalışdım, yaşadıqlarını. Alisiyanın yerində olsa idim, mən nə edərdim, necə reaksiya verərdim deyə saatlarla düşündüm.
Səssiz Pasiyent
Səssiz PasiyentAlex Michaelides · Qanun Nəşriyyatı · 20214,496 okunma
Reklam
256 syf.
·
Puan vermedi
Kitabı yarısına kimi artıq hər şeyin məlum olduğunu düşünürdüm,lakin elə olmadı və kitab gözləmədiyim bir sonluqla bitdi. Qanunlar sadəcə kağız üzərində olmur, qanun bizi bağışlasa da vicdanımızın bağışlamadığı anlar olur. Fərman etdiyi suç qarşısında öz cəzasını seçdi və taleyi ilə barışmalı oldu. Hər kəs etdiyi əmələ görə cəza alırlar, Fərman azadlıqdan məhrum olması ilə, Nafiz canı ilə, Nəsrin isə bir ömür boyu çəkəcəyi vicdan əzabı ilə ödəcəyək.)
Seçilmiş Cəza
Seçilmiş CəzaElxan Elatlı · Elgün · 2013460 okunma
351 syf.
·
Puan vermedi
Kitabı bitirdim, Çox gözəl bir sevgi romanı idi) Hər şeyə rəğmən kitabın sonunda İlqarla Nailənin qovuşmasını gözlədim,lakin elə olmadı Zaman-zaman Nailəyə haqq qazandırsam da, bəzi vaxtlarda belə olmadı. Əsərdə sevmədiyim birinci nüans Nailənin,bir qadının, bir qadına-Səidəyə belə bir sonluq hazırlaması idi,baxmayaraq ki Səidə ona bu adı layiq görmüşdü,amma Nailə belə edərək özünə heç vaxt bəraət qazandıra bilməz artıq mənim gözümdə)
Sonuncu Ölən Ümidlərdir
Sonuncu Ölən ÜmidlərdirVaris · Qanun · 20101,013 okunma
344 syf.
·
Puan vermedi
Kıtabı bir necə saat əvvəl bitirdim) Bendynin İnarla heç vaxt keçirməməsi və heç İnarın mövcud olmaması kədərli idi) Kitab, adından da göründüyü kimi şizofrenik bir xəstənin öz içində yaratdığı xəyali insanlarla qurduğu hadisələrdən gedir. Və sonda Bendynin əslində İnarı özü öldürməsini və Enovar deyə birinin heç olmamasını öyrənirik. Elzanın ilk dəfə Bendy'yə həyatını yazmağı təklif edəndə Bendy haqqında heç bir fikrim yox idi, sonda o səhnəyə birdə qayıdanda artıq onun haqqında hər şeyi bilirdim və bu məni duyğulandırdı:( Kitab məndə çox yaxşı təəsürat yaratdı, hamıya tövsiyə edirəm)
Yalnızlıqdan Şizofreniyaya
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017483 okunma