Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Xəz Paltolu Madonna

Sabahattin Ali

Yorumlar ve İncelemeler

Tümünü Gör
240 syf.
10/10 puan verdi
unutmayacam səni Raif əfəndi♡
Əslində kitaba incələməni yazmışdım sadəcə silindiyi üçün yenə yazacam) Sabahattin Ali'dən oxuduğun ikinci bir əsər. "Kuyucaklı Yusuf"u çox bəyənməsəm də bu kitabı çox sevdim. Kitabı sevən qədər sevməyən də var. Burda kı obrazlar da özümdən bir şeylər tapdığım üçün bu qədər sevdim bəlkə də. İncələməyə başlamadan öncə bunu deyim ki, kitabı hər yerdə gördüyüm üçün qərəzli bir şəkildə almışdım. Lakin hər səhifə də kitaba daha da bağlandım. Raif əfəndi-səssiz, içinə qapanıq, utancaq bir adamdır. Nə iş yerində nə də evində varlığı belə hissedilməz. Mariya- bütün cəmiyyət tərəfindən qəbul edilən və davranışları idarə edən sosial normaları rədd edən azad bir qadın ruhuna sahibdir. Mariya və Raif əfəndi bir çox baxımdan bir-birilərinə bənzəyirlər. Hər ikisinin incəsənət tutqusu, həyata qarşı laqeyd mövqeləri və hər ikisinin də öz iç dünyaların da yaşamaları... Kənardan baxıldıqda tamamilə zidd xarakterə sahibmiş kimi görünən bu ikilinin əslində o qədər çox ortaq mövqeləri var ki... Və onları bir yerə gətirən də elə bu ortaq mövqelər idi. Sonlara yaxınlaşdıqca kitabı tək başınıza oxumayın) qəlbinizə toxunacaq bir hekayə ağlamamaq əldə deyil. Gözünüzdən ən azı iki damla yaş düşəcək, biri Mariya, digəri Raif əfəndi üçün...♡
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023315,3bin okunma
Reklam
240 syf.
10/10 puan verdi
·
Beğendi
Xəz Paltolu Madonna”, türk ədəbiyyatının ən öndə gedən yazarlarından biri olan Sabahattin Alinin oxucular tərəfindən ən çox bəyənilən əsəridir. Müəllif əsərin baş qəhrəmanı olan Raifin daxili səyahətini eşq ilə bürüyərək oxucuya təqdim etmişdir. Oxunduğu zaman uzun müddətli təsir buraxan əsər olan “Xəz Paltolu Madonna”, eyni zamanda müəllifin
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023315,3bin okunma
240 syf.
9/10 puan verdi
·
Beğendi
Xəz Paltolu Madonna
Xəz Paltolu Madonna
Sabahattin Ali
Sabahattin Ali
Ən çox oxunan kitablardan biridir "Xəz Paltolu Madonna". Kitabı ilk dəfə oxuyanda çox maraqsız gələ bilər, lakin hadisələr əsas süjet xəttinə doğru inkişaf etdikcə kitab özünə çəkməyi bacarır oxucunu. Sadəcə nakam bir məhəbbəti yox, o qədər çox şeyi anladır ki yazar. Çoxluğun içindəki yoxluğun timsalıdır Raif Əfəndi. O qədər insanın içində yad, yabançı, görünməz. O qədər yad insan arasında Raif Əfəndiyə yalnız bircə nəfər doğma ola bilir: Mariya. Onun həyatı Mariya ilə məna qazanır. Mariyada cəmiyyətin yaralı nümayəndələrindəndir. Bu ikisini birləşdirən də elə o yaralar olur. Kitabdan çıxarılası çox dərs var. Sonuna qədər,səbrlə oxumağı tövsiyə edərdim.
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023315,3bin okunma
240 syf.
10/10 puan verdi
·
Beğendi
·
22 günde okudu
Oxumaq üçün alanda tərəddüt etdiyim, oxuyarkən göz yaşlarımı zorla saxladığım, oxuduqdan sonra isə birdə heçvaxt əvvəlki kimi hiss etməyəcəyim bir kitab. “Hər şeyi, hər şeyi, xüsusilə ruhumu çox xəlvət bir yerdə gizlətməliyəm…”
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023315,3bin okunma
Reklam
240 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Bu kitabı yalnız gecələr oxuyaraq bitirdim. Və, doğrudan da, gecəyə yaraşan bir əsər idi. Kitab hələ ilk cümlələrindən məni özünə cəlb etmiş, irəlilədikcə isə aşiq etmişdi. Dünən gecə kitabı bitirdikdən sonra kitab haqqında fikirlərimi yazmağı planlaşdırırdım. Bitirdim, amma heç nə yazacaq halda olmadığımı gördüm. Son səhifələri gözübulanıq şəkildə oxuduğumu, bitirdikdən sonra isə ağladığımı danmayacağam. Kövrək olmasam da, bu kitab mənə çox təsir etdi. Bəlkə də, oxuduğum bəzi cümlələrin mənə dəhşətli və bir daha xatırlamaq istəməyəcəyim xatirələrimi xatırlatması idi. Bir cümlə oxumuşdum hardasa,"Birisinə gecikərsən və bir daha heç kimə tələsməzsən" tam da bu cümlənin ağırılığı var kitabda. Və o ağırlığın altında əzilən "Raiflər"...(bir az da mən) Kitabı çox sevdim, amma bir daha oxumayacağam..
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023315,3bin okunma
240 syf.
9/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Kitabı çox bəyəndim. Mariya və Raifin sevgi romanında mən Raifdə tək səhv onu görürəm ki, Mariyadan məktub almadıqda Berlinə gedə bilərdi, bəlkə də, hər şey tamam fərqli ola bilərdi. Onun yerində olsaydım, bəlkə də, mən də eyni şeyi edərdim. Düşdüyümüz situasiyadan çox şey asılıdır. Raif əfəndini də, Mariyanı da çox sevdim. Unutmayacağım obrazlardan biri oldu. Oxumağa dəyər
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023315,3bin okunma
240 syf.
8/10 puan verdi
·
3 günde okudu
Xəz paltolu ilahə... 3 aylıq da olsa həyatın mənasızlığında boğulan şəxsi həyata geri döndərən həmin o fövqəladə qadın.. Hər bir insan kimi buna da verilmiş həyatın sadəcə 3 ayını yaşayıb bu şəxs o qədər acınacaqlı vəziyyətdir ki, Insanlara qarşı olan inamsızlıq, özünə qapanması, uşaq xasiyyəti və duyğusallığı bu şəxsi oynadığı həyat oyununda uduzdurdu. Çox nəticələr çıxartdım, çox da təsirləndim. Iki nəfər arasında olan məhəbbətin gedə biləcəyi zirvələr, qırılma nöqtələri qeyd olunub. Oxumağa dəyər bir kitabdır, oxuya bilərsiniz əla seçim olar. Lakin əsəri nəql edən şəxs Raif mənə etdiyim cəhdlərə baxmayaraq doğma gələ bilmədi. Normalda hansısa əsərdə hadisələri danışan obraz mənə doğma gəlir, amma burda bu alınmadı, bəzi düşüncələrinə görə isti gəlirdi, amma xasiyyəti soyudurdu adamı özündən. Yenədə əla əsərdir, tövsiyə edirəm. Təşəkkürlər
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023315,3bin okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.