Cep Boy

46 Bənövşə

Salam Qadirzade

En Beğenilen 46 Bənövşə Yorumları ve İncelemeleri

En Beğenilen 46 Bənövşə sözleri ve alıntılarını, en beğenilen 46 Bənövşə kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.

Puan

8.310 üzerinden
192 Kişi · 36 İnceleme
140 syf.
6/10 puan verdi
·
32 saatte okudu
Əsər haqqında uzun-uzadı yazmaq istəmirəm. Mənə görə sadəcə vaxt itkisidir. Düzü, əsərin ilk səhifələrini oxuduqca kitabı sevəcəyimi düşünmüşdüm, lakin daha sonra hadisələrin primitiv şəkildə irəliləməsi ürəyimi sıxmağa başladı. Əsərin sonu isə yarımçıq şəkildə qələmə alınmışdı sanki, daha əhatəli şəkildə təsvir edilə bilərdi
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014540 okunma
140 syf.
·
Puan vermedi
·
23 saatte okudu
Bəli öncəliklə kitabı mənə tövsiyyə edən @flower_0000 'a təşəkkürlərimi bildirirəm🫂 Kitab haqqında deyəcəyim bunlardır: çox axıcı və maraqlı bir kitab idi. Hər kəsə tövsiyə edirəm. Xoş oxumalar.
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014540 okunma
Reklam
140 syf.
10/10 puan verdi
·
Beğendi
·
32 saatte okudu
Salam Qadirzade
Salam Qadirzade
qələmi ilə tanış olduğum əsər... Belə başlayım ki, kitab bir neçə həftə öncə davamlı paylaşımlarını izlədiyim və çox bəyəndiyim bir oxucunun—
Vəfa Hafiz
Vəfa Hafiz
paylaşımında qarşıma çıxdı. Diqqətimi çəkdi, oxuyacaqlarıma əlavə etdim, amma kitab və yazıçı haqqında bir məlumatım olmadığı üçün o qədər də gözləntim yox idi. Oxuyub bitirəndən sonra isə... Oxuduğum kitablar arasında təsirli hissələr çox olub, lakin bütünlüklə məndə böyük iz buraxmış kitab—
Şeker Portakalı
Şeker Portakalı
olmuşdu. Ondan sonra ikinci kitab
46 Bənövşə
46 Bənövşə
oldu, hansı ki, başlanğıcdan sona qədər təsirində qaldım. #212396356 Hər kəsə oxumağı tövsiyə edirəm. Oxuyacaq olanlara xoş mütaliələr.
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014540 okunma
140 syf.
10/10 puan verdi
Hər vaxtınız xeyir olsun dostlar. Bugün qələmiylə ilk dəfə tanış olduğum, lakin Azərbaycan ədəbiyyatında öz sözünü demiş yazarlarımızdan biri olan Salam Qədirzadənin 🌸46 Bənövşə🌸 kitabını oxudum. Kaş ki, daha geniş olsaydı dedim içimdən.Kitab ilk məhəbbətini sonralar təsadüfən tanış olduğu oğlana dəyişərək uğursuz ailə həyatı quran bir qızın həyatından bəhs edir. Həyatda aşağı-yuxarı eyni yoldan keçən insan olaraq əsərin qəhrəmanını hardasa başa düşmək çətin olmadı mənə. Bəzən atdığımız addım səhv də olsa, o yoldan dönmürük. Həyatda etdiyimiz seçimlər bizə zaman zaman dərs olaraq geri qayıdır. Əgər o dərsi ala biləcək beynə və düşüncəyə sahibsənsə. Əsərin digər qəhrəmanı Dərya əslində mentalitetin evlilik problemini ortaya çıxarır. El qınağından çəkindiyi üçün qurduğu ailə ilə bir gənc qızı bədbəxt edir. Eminə gəlincə də mənim fikrimcə o sadəcə gecikmişdi. Məhəbbət isə gecikəni gözləmir. Çalışın gecikməyin. Sonra ömrünüzün sonuna qədər o qatarın arxasınca baxa baxa qalarsız.
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014540 okunma
140 syf.
·
Puan vermedi
·
Beğendi
·
18 saatte okudu
46 Bənövşə… Həcmi kiçik olsa da, həyata real gözlə baxmağa vadar edir. O reallıq ürək açan olmasa da görməyə məcbur edilirsən. Kitab Bütün hər şeyin gözəl olduğu xəyallar dünyasından çıxarıb iyrənc bir reallığa atır səni. Könülün təsvir etdiyi bənövşələr və yaşadığı hadisələr. Bəlkə də elə özü biləmədən boynu bükük bənövşə təsvir edərkən özünü təsvir edirdi?! Hisslərimiz düşüncələrimizin qarşısı kəsdiyi an özümüz özümüzü kədərə təslim edirik. Real olan bir şey var: Fəzilənin etdikləri və dedikləri inandırıcı olmasa və gözəl səslənməsə də həqiqət idi. Acı həqiqətləri isə heç vaxt qəbul edə bilmirik.
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014540 okunma
Reklam
34 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.