Art və Xaos

Qaraqan

Düşük Puanlı Art və Xaos Yorumları ve İncelemeleri

Düşük Puanlı Art və Xaos sözleri ve alıntılarını, düşük puanlı Art və Xaos kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.

Puan

8.110 üzerinden
270 Kişi · 26 İnceleme
%44 (168/376)
2/10 puan verdi
Kitabda oxunmalı bir şey yoxdur. Təxminən yarısına kimi oxudum, bu qədər böyük hissədə olan bir şey yoxdursa elə ümidimi də kəsdim. Qaraqan ümumiyyətlə mənə uyğun yazar deyil. Pessimist biri olsam da Qaraqan'ın pessimizmi məni narahat edir. Kitaba subyektiv yanaşır. Başa düşürəm, cəmiyyətimizdə açıq aşqar danışılmayam mövzulara toxunmaq istəyir, ancaq yanaşma tərzi tamamilə yanlışdır. Hər şeyi bəsitləşdirdiyini zənn edir. Əsərin ədəbi olmamağı onu vaxt itkisi olaraq görməyimə əsas deyil, əsas kitabda heç nə olmamasıdır. Rapper olaraq yaxşı işlər görüb ancaq roman yazarı olaraq eynisi etdiyini deyə bilmərəm. Kitab o qədər sadə, vaxt keçirmək üçün yazılmış kitaba bənzəyir ki, ciddi mülahizələr yazmağa ehtiyac belə yoxdu.
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019665 okunma
376 syf.
5/10 puan verdi
·
4 günde okudu
Art və Xaos: Təəssüratlarım
Kitabı az əvvəl bitirdim. Və demək istəyirəm ki,kitab xəyalımdakı kitab deyildi. Həddindən artıq cinsəllik var idi,yəni,demək istədiyim,bir və ya bir neçə səhifədə yox,daha çox. Yaxşı,bunu bir kənara qoysam,üslubu mənə uyğun deyildi,amma bu hələ son deyil. Sadəcə olaraq,kitabın dərinliyi yox idi. Sadəcə vaxt öldürmək üçün oxuya biləcəyim bir roman idi. Məni yanlış anlamayın,hər kitab dərin olmalı deyil bəlkə də. Amma bu kitabı əlimə alanda gözləntilərim daha çox idi. Ən azından 1-ci addımı yazan yazardan belə kitab oxumaq istəməzdim. Kitabın Art hissəsi Xaosa nisbətən bir qədər maraqlı keçdi. Xaos tərəfini isə o qədər də bəyənmədim. Əslində,Həqiqi və təqlidi Xloe arasındakı seçim ideyasını bəyəndim. Amma bəzi hissələrin sadəcə kitabı uzatmaq məqsədli yazıldığını düşünürəm. Bütün bunlara baxmayaraq,kitab axıcıdır. Amma məsləhət görmürəm. Yəni,əlbəttə,özünüz bilərsiniz. Amma daha gözəl kitabların olduğunu düşünürəm.
Art və Xaos
Art və Xaos
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019665 okunma
Reklam
376 syf.
6/10 puan verdi
·
5 günde okudu
Qaraqan bir yazıçıdan çox reper kimi maraqlı olub mənə, bu səbəbdən bütün əsərlərini oxumamışam. Amma bu romanını oxuyarkən sanki "A" romanını təkrar oxuyurmuş kimi hiss etdim, lakin təkmilləşdirilmiş şəkildə. Cəmiyyətə qarşı üsyan, pessimizim, daxilində özünlə mübarizə bu əsərinin də əsas süjet xəttiycə davam edirdi. Qaraqan Sartre kimi
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019665 okunma
376 syf.
6/10 puan verdi
·
13 günde okudu
"Həə, bu kitabı oxu, Qaraqanın getmə səbəbini öyrənəcəksən"lə başlayar hər şey. Doğma yazarmı deməliyəm, yoxsa bir insan dəyişildikdən sonra doğma olmur? Hər halda yazdığı janra əsasən tənqid etməyəcəyəm. Ehy.. nə yazacağımı bilmirəm. Xəyal qırıqlığına uğradım, ya da yox bu xəyal qırıqlığı deyil, qəlb qırıqlığıdı. Bütün dinləyici,
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019665 okunma
376 syf.
7/10 puan verdi
·
3 günde okudu
Sonu tam aydın şәkildә bitmir. Deyәsәn, Qaraqan bu dәfә dә sonu biz oxucuların ixtiyarına verib. Kitabdakı sәtiraltı sublimal mesajları bәyәndim. Lakin bәzi fundamental detallara çox toxunulub. Bu da kitaba gәrәksiz hәcm verib. Mәncә bu kitabda "Qaraqan niyә getdi?" tipli suallara yazıçı tәrәfindәn aydın cavab verilib. Ümumilikdә bәyәndim, oxumağa dәyәr. Yenә Qaraqan tәrzindә kitabdır, amma digәr kitablarını daha çox bәyәndiyimi deyә bilәrәm.
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019665 okunma
376 syf.
7/10 puan verdi
·
3 günde okudu
İlk öncə bildirim ki, kitab həmişə kimi Qaraqan üslubunda yazılmışdır.Nə vaxt bitdiyini belə anlamayacaqsız.Art vǝ Xaos kitabı bir tanınmazlığa qaçan musiqiçinin özündə, xəyallarında, sevgisində, suallarının içərisində qərq olmasından bəhs edir.Mən düşünürəm ki kitabın əsas ideyası başqa persenoj adı ilə Qaraqanın özünü ifadə etməsi,həmçinin ən çox verilən sullardan biri olan Qaranqan niyə getdi? sualına kitabda cavab vermiş olmaqdadır.Kitab müsbət tərəfləri kimi mənfi tərəfləridə az deyildi. -Amma oxumağa dəyərəmi? -Əlbəttə dəyər:)
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019665 okunma
Reklam
376 syf.
7/10 puan verdi
·
15 günde okudu
Əsərə başlayarkən gözləntim yüksək idi. Bəyəndiyim fəsillər, altından xətt çəkdiyim sətrlər olsa da, ümumi olaraq gözləntilərimi yaxşı qarşılamadı. Gərəksiz, lazımsız detallar və məlumatlarla çox yüklənib kitab. Elə buna görə də, müəllifin ən geniş həcmli kitabına çevrilib. Kitabda ən çox müzakirə olunan mövzulardan biri də sənətkar-dinləyici mövzusudur. Düzü, fərqli bir fikirə rast gəlmədim, lakin bu mövzunu bizim cəmiyyətimizin perspektivindən baxmaq fərqli hisslər yaşadırdı. Eyden obrazı ilə Qaraqan, öz yaradıcılığını və yaradıcılığına olan güclü marağı təsvir edərkən Azərbaycan cəmiyyətinə musiqi və yaradıcılıq cəhətdən nəyin lazım olduğunu, insanların sənətkardan əslində nə istədiklərini öz təcrübələrinə əsaslanaraq izah etmişdir. Bəyənmədiyim cəhət ondan ibarətdir ki, kitabda pornoqrafik hadisələrin təsvirinə çox yer verilib. Adam ən incə detalına qədər cinsi əlaqəni təsvir edirdi. Həmin hadisələr və lazımsız detallar əsərdən çıxarılsaydı, 150-200 səhifəlik severək oxuyacağım bir roman olaraq qalardı. Çoxları əsərin sonunu yarımçıq hesab edir, amma, məncə, elə deyil. Qurtarması lazım olan yerdə bitdi. Onsuz kitab həmin məqama qədər ötürmək istədiyi ideyaları oxucuya ötürmüşdü. Biraz da uzun olsaydı, yenə lazımsız detallarla daha da həcmlənəcəkdi
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019665 okunma
376 syf.
7/10 puan verdi
·
6 günde okudu
Bu kitabı təbii ki, Sən, Sən mənə 7'liyin içərisində vermisən. İlk bura yazıram, sonra gedib o birilərinədə öz incellememi yazıram. Bu sadəcə bizim üçün bir not kimi yerdi. Sənin notun kimi, Sadəcə bu adamı sevirəm. Axıcı, və zamanın necə keçdiyini hiss eləmədim. Düzdü burda oxumağa nə zaman başlayıb bitirdiyib tarix biraz səhvdi, çünki hərzaman girmirəm nəysə. Bu kitab sayəsində sənə yazdığım o mesaj. Bilirsən nəyi deyirəm, titrəyib, qorxmağıma səbəb olan, amma necə qarşıladığını görəndə gic kimi oyan buyana qıvrılıb qalırdım. No Land - Üzümə Bax musiqisi yadıma salır bu Kitab mənə. Biz,dünən, Art və Xaos. Hə bu, bu sənə mesajım idi. Kitabı və Elxan Zeynallını sevdim. Bir zamanlar yanlız Qaraqan, Host kimi tanıdığım adamı birazda olsa anlamağa çalışmaq gözəl idi. İndi bir yazar kimi necə bir yanaşımla insanlara yanaşdığını görmək məni sevindirdi. Sonluğu bizim seçimimizə buraxmasıda düşündürücü və maraqlıdı. Şəxsi görüşüm 10/7,8. Hə birdə ən əsası, Təşəkkür edirəm The Divine
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019665 okunma
376 syf.
7/10 puan verdi
Qaraqan yaxşıki yazır biz HOST u bu kitablarda xatırlayırıq gəncliyimizin qrupu olub. axırı necə bitdisə kitaba baxa baxa qaldım son səhifələri birdə oxudumki bəlkə nəsə qaçırmışam,amma yox sonunu biz oxuyuculara buraxdı.Bəlkədə 1 ci Xloenin əlindəki döymə onun adıdı oda onu sevib,amma axdarmağa cəhd etməyib mən belə fikirləşirəm.
Art və Xaos
Art və Xaos
Qaraqan
Qaraqan
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019665 okunma
376 syf.
9/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
♡Art və Xaos♡ Mükəmməl yazıçının mükəmməl bir romanı daha... Qaraqan(Elxan Zeynallı) yaradıcılığının sonuncu romanı olan "Art və Xaos".Roman axıcılığı gözəl,maraqlı süjeti ilə insanı valeh edir.Kitaba başladıqda oxumağı dayandırmaq istəmir,fasiləsiz şəkildə davam etmək istəyirsən.Qaraqan romanlarının ən sevdiyim cəhəti odur ki,romanda təsvir olunan sevgi şablonlaşmış bir anlayış ifadə etmir.Hər dəfəsində fərqli,görməyə,oxumağa öyrəşdiyimizin əksinə daha maraqlı bəzən isə imkansız sevgi təsvirlərinə romanlarında yer verib.Kitab öz içində təkrara yol vermir və məncə, bu romanda yazıçı "Qaraqan niyə getdi?" tipli suallara yetərincə cavab vermişdir.Kitabda Eyden(Aydın) adlı keçmiş SSRİ-nin tərkibində olan bir şərq ölkəsindən New-York'a gəlmiş musiqiçi gəncin başına gələn qəribə bir əhvalatdan bəhs olunur.Bu mükəmməl romanı hərkəs oxumalıdır . Əsərdə sevmədiyim bir cəhət isə bəzi səhnələrin dərinliklərinə kimi gedib həddindən artıq incəlikləri ilə təsvir olunmasıdır.Nəzərə alsaq ki,Qaraqan romanları ən çox satılan və hər yaş dövrünün sevərək oxuduğu romanlardı bəzi məqamların həddindən artıq açıq və geniş təsvirinə gərək yox idi.Əsərin sonunun yarımçıq olduğunu düşünənlər var.Xeyr roman lazım olduğu yerdə bitdi Qaraqan yenə də,sonluğu bizim düşüncəmizə buraxdı.
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019665 okunma
15 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.