Birbirimize Söyleyemediğimiz Onca Şey

Marc Levy

Yüksek Puanlı Birbirimize Söyleyemediğimiz Onca Şey Yorumları ve İncelemeleri

Yüksek Puanlı Birbirimize Söyleyemediğimiz Onca Şey sözleri ve alıntılarını, yüksek puanlı Birbirimize Söyleyemediğimiz Onca Şey kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
384 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Mənim kitabım
Bu kitabı oxumaq üçün birisindən götürmüşdüm, qaytaracağam. Amma ilk bu andan sonra çölə çıxanda gedib bu kitabın eynisini,amma mənim olanını alacağam. Xüsusi sujet xətti mi var? Deməzdim mükəmməl əsərdir və ya dünya bestselleri ilə müqayisə oluna bilər,amma çox fərqli,özünə məxsus sujeti var,şablon trajidramatik hekayələrdən fərqlidir,ən əsası da ruhuma ən yaxın yer tutan kitab oldu, fəlsəfik və ya toxunaqlı alıntıları yox idi,dediyim kimi ,bəlkə də,digərləri üçün sıradan olan bir roman ola bilər, amma başlanğıcı ilə də ,sonu ilə də mənə çox toxunan,ağladan sıradanlığı ilə mənim üçün sıradan olmayan yer tutdu və mənim kitabım oldu:hiss edərək,anlayaraq, yaşayaraq və vurularaq oxuduğum.
Bir Birimizə Demədiyimiz Sözlər
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 0843 okunma
324 syf.
10/10 puan verdi
·
Beğendi
·
44 günde okudu
Öncəliklə, bu kitabı mənə çox çox dəyər verdiyim bir insan hədiyyə vermişdi 2 il öncə və mən o vaxt sadəcə mənim oxuduğum janra yaxın olmadığını deyib oxumadım qoydum bir kənara. Çox yanılmışam, kitab çox gözəl kitab idi. O insan mənimlə deyil, amma hələ də dəyər verirəm. Ümid edirəm hiss edərsən təşəkkürümü, çox sağ ol gözəl kitabı mənə verdiyin üçün.
Bir Birimizə Demədiyimiz Sözlər
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 0843 okunma
Reklam
324 syf.
9/10 puan verdi
·
Beğendi
Bir-birimizə demədiyimiz sözlər…
Sonuu çoox möhtəşəm idi.Düzdü Culiyanın atasına qarşı çox aqressiv olması bir az əsəbləşdirdi məni amma onun da özünə görə haqlı səbəbləri var idi.Ümumiyyətlə çox bəyəndiyim və xatirələrimdə çox gözəl qalcaq bir roman oldu.insanların dəyərini zamanında bilməyi bir-birimizə vaxtında diqqət ayırmağın lazım olduğunu vurğulayan roman. Filmi 4 ay olar ki çıxıb ona görə dublyajın tapa bilmədim amma qısa zamanda filmini də izləməyi çox istərdim
Bir Birimizə Demədiyimiz Sözlər
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 0843 okunma
383 syf.
8/10 puan verdi
·
14 günde okudu
kitabı oxuyarkən bəzi məqamlarda özümü gördüm deyərdim. Ümumən çox axıcı, maraqlı kitab olsa da, sonu daha fərqli ola bilərdi, Entoninin sonunun necə olduğunu öyrənməyi çox istərdim
Bir Birimizə Demədiyimiz Sözlər
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 0843 okunma
324 syf.
8/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Sevdiklərimiz sonsuza qədər yanımızda olmayacaq...
Onsuz da Mark Levi sevdiyim yazıçılardan biridir. Oxuduğum kitabları fantastik, romantik, dedektiv janrda olub. Bu kitab da demək olar ki fantastikdir. "Bəlkə də bu həqiqətdir" romanını oxuyanlar məni anladı. Culiya 20 il idi ki atası ilə danışmırdı özünə görə çox keçərli səbəbləri vardı, atası da eyni ilə qızıyla danışmırdı bir sözlə danışmağa cürət etmirdi. Nəhayət ilk addımı atası atır amma bu addım atasının ölümü nəticəsində olur. Atası öldükdən sonra hazırladığı robotunu qızına göndərir. Bəli robot atasına oxşayır və ümumilikdə atasının beynini daşıyırdı. Məhz buna görə fantastik deyirəm. Culiya atası ilə (robot ilə) sadəcə 6 gün vaxt keçirə bilər, 6 gündən sonra mexanika dayanacaqdı. Beləliklə, onlar maraqlı səyahətə çıxır. 18 il əvvəl qızını ayırdığı sevdiyi oğlanı axtarmaq, qızını sevdiyinə qovuşdurmaq onun əsas məqsədi idi. Kitabı oxuyanlar biləcək, mənə bir fikir müəmmalı gəlir. Entoni 6-cı günün tamamında qutusunda bağlanır amma qızı evdən çıxandan sonra o yenidən bərpa olur və katibi Uolles ilə gizli səyahətə çıxır. Yəqin ki digər kitablarda yazıçı bunu aydınlaşdıracaq.
Bir Birimizə Demədiyimiz Sözlər
Bir Birimizə Demədiyimiz Sözlər
Marc Levy
Marc Levy
Bir Birimizə Demədiyimiz Sözlər
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 0843 okunma
386 syf.
7/10 puan verdi
·
Beğendi
Əvvəli sıxıcı gəldiyi üçün yarımçıq saxlamışdım. Bir müddətdən sonra yenidən başladım oxumağa İlk bir neçə səhifədən sonra hadisələr daha maraqlı şəkil alır)
Bir Birimizə Demədiyimiz Sözlər
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 0843 okunma
26 öğeden 21 ile 26 arasındakiler gösteriliyor.