Kitab müharibənin dəhşətlərini balaca bir uşağın dilindən danışır.Oxuduqca insan dəhşətə gəlir.Yəni həqiqətən mi dünyanın harasındasa bu cür vəhşi insanlar var?Kitabın arxasında əgər həssasınızsa oxumayın yazmışdı .Mən düşünürdüm ki insanları cəlb etmək üçün belə yazılıb amma çox uzun müddət təsirində qalacağım kitab olacaq.Bir çox yerdə yazarın öz həyatını yazdığını qeyd edirlər,amma yazar inkar edir.İnsan özü yaşamadığı şeyleri bu cür dəhşətlə necə izah edə bilərdi ki?Yazarın intihar etməsidə məncə bunu izah edir.Kitabın adı mənə həmişə maraqlı gəlirdi görəsən niyə boyalı quş? Kitabda belə bir hissə var kənd sakini Lex hobi olaraq quşları tuturdu.Və o,quşları müxtəlif rənglərə boyayırdı - ta o vaxta qədər ki , quş çöl çiçəklərindən yığılmış çələng kimi yüz rəngə çalırdı.Sonra həmən quşu meşədə öz dəstəsinə yenidən buraxardı amma quşlar onu qəbul etməz hətta onu öldürərdilər,yəni sadəcə rənginə görə.Həmən uşaqda kənd kənd gəzdi amma heç kim qəbul etmədi onu.Niyə?Oda insan idi axı.onlardan tək fərqi rəngi idi. Buna görədə həmişə şiddətə məruz qalırdı.İnsanlar belə idi gözünün, saçının,dərisinin rənginə görə yaşından asılı olmayaraq bir-birlərinə şiddət göstərir,hətta öldürmək istəyirlər.Bəyaz dərini qara dəridən üstün edən nə idiki?