Kitaba İstanbul məhəllələrinin tarixi haqqında qısa da olsa məlumat əldə edərəm gözləntisi ilə başlamışdım. Oxuduqca anladım ki, müəllif İstanbulda yaşayan, inkişaf edən ermənilər haqqında danışır. Həm də necə danışır, sarkazmla erməni cəmiyyətinin çirkin üzünü tənqid edərək, mənfi və müsbəti üz-üzə qoyaraq. Başqa niyyətlə başladım fərqli məlumatlar əldə edərək bitirdim kitabı. Deməzdim ki, dolu-dolu məlumat verir, amma o zamanki erməni insanının İstanbuldakı - Osmanlıdakı vəziyyətini anlamaq, qısa da olsa məlumatlanmaq üçün yaxşı mənbədir.