Dəyərlərin psixoloji dinamikası və lazımi məqamda istifadə olunması cəmiyyətin ruhi sağlamlığı baxımından böyük əhəmiyyət kəsb edir.
Bu kitabda izah etməyə çalışdığım dəyərlərə qismən digər kitablarımda da yer ayırmışam. Maraqlananlar “İctimai psixologiya”, “İnanc psixologiyası”, “Gəncləri anlamaq”, “Asimmetrik (Qeyri-bərabər) mübarizə”, “Hisslərin psixologiyası” adlı kitablarıma müraciət edə bilərlər. Əslində əlinizdəki kitab İnanc psixologiyası adlı elmi işin ikinci hissəsi kimi planlaşdırılmışdı. Ancaq redaktorumuz həcminə görə müstəqil bir kitab kimi çap olunmasını təklif etdi.