Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Letonyalı Pietr

Georges Simenon

Letonyalı Pietr Sözleri ve Alıntıları

Letonyalı Pietr sözleri ve alıntılarını, Letonyalı Pietr kitap alıntılarını, Letonyalı Pietr en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
“Dünyayı mümkün olan her şekilde tanımak zorundayım...yaşamak için, yoğun bir şekilde yaşamak için...”
Georges Simenon
-Bu saraylar çok bozuldu... Şuna bak... Şu, Maigret idi ve yüzü hiç gülmüyordu. Şu dedikleri ayda iki yüz frank alan adam bir dava sona erip de katilleri parmaklıklar arkasına attığında, önünde bir kağıtla masaya oturmak zorunda kalıp masraflarının bir listesini çıkardıktan sonra yanlarına makbuzlarıyla fişlerini iğne ile tutturup sonra da kasiyerle tartışırdı.
Sayfa 110
Reklam
"Hər adamın təmiz, sakit bir həyat guşəsinə ehtiyacı var"
Sayfa 156 - Flans YohansonKitabı okudu
Reklam
Hüquq-mühafizə əməkdaşı olmaq...
"Həkim ona dönə-dönə məsləhət vermişdi: -Əgər ağrı yayılmağa başlasa, vaxt itirmədən gəlin! Bu, yarada infeksiya var deməkdir. Nə olsun? Məgər bunu fikirləşməyə vaxtı var idimi? "Bir buna baxın!" Səhər mehmanxana sakini məhz bu cür demişdi. Aman Tanrım! "Bu", canilərin öz "qəhrəmanlıq"larına davam etməsinə icazə verməyən, bu mehmanxanadaca öldürülmüş yoldaşının intiqamını almağa çalışan polis idi. "Bu", ingilis dərzisinə paltar tikdirə bilməyən, hər səhər dırnaqlarına qulluq üçün manikürə getməyən adam idi. "Bu" üç gündür əbəs yerə yemək bişirən, ərinin aqibətindən belə xəbəri olmayan qadının əri idi. "Bu" işinin mütəxəssisi olub ayda iki min iki yüz frank alan, başladığı hər cinayət işini bitirən, caniləri həbsə atan, bir qalaq sənədin qarşısında oturub işləyən, xərclənən pulları sənədləşdirən, üstəlik aldıqlarının siyahısını və alış səbəbini də oraya əlavə edən, sonra da kassirlə uzun-uzadı mübahisə edən adam idi. Meqrenin nə avtomobili, nə milyonları, nə də çoxsaylı işçisi var idi. Bir-iki yardımçısı vardısa, onların da faydalı olduğunu əsaslandırmalıydı"
Sayfa 106Kitabı okudu
"Caninin də, banditin də içində bir insan yatır. Fəqət bununla yanaşı, o, bir oyunçu, bir rəqibdir və polis məhz bu oyunçunu, bu rəqibi görmək istəyir, məhz ona qarşı mübarizə aparır. İstər qətl törədilsin, istərsə də hansısa cinayət işlənsin. Cinayət axtarışı adətən obyektiv dəlillərə əsaslanır. Bu isə bir və ya daha artıq sirr demək idi. Ağıl məhz bu sirrləri çözməliydi"
"Naşı akrobat kimi hər saniyə səhvə yol verirsən, ancaq hansısa bir güc səni irəliləməyə cəsarətləndirir. Düşürsən, ancaq gücünü toplayıb yenidən davam edirsən. Əlləşirsən və o anda nə imic, nə də gözəllik vecinə olur"
Sayfa 142Kitabı okudu
"Müharibə vaxtı hücuma keçən yoldaşları da bu cür sakitcə, bu cür şəfqətlə ona "xoşça qal" deyib getmiş və bir daha geri qayıtmamışdılar..."
Reklam
"Varlığından yağan laqeydliyə acımamaq qeyri-mümkün idi; bu cür ümidsiz vəziyyətdə olan adam artıq heç nəyə reaksiya vermir"
"Elə hallar var ki, onların haqqında danışanda lovğalanmırsan, sadəcə, biixtiyar gülümsəyirsən, ancaq hər şeyə rəğmən bu cür hallar insandan qəhrəmanlıq tələb edir"
Bu dolablarda viski olmazdı... Arı yuvasında bal olduğu kimi bu dolablarda kitabla dolu olardı.
"Bir çox cinayət işini təhqiq edərkən polislə cinayətini etiraf edən şəxs arasında mənəvi yaxınlığın yaranması bəlkə də şişirdilmiş faktdır. Buna baxmayaraq, əgər tərəflər kobud adamlar deyillərsə, onda doğrudan da mənəvi yaxınlıq yarana bilər. Bunun səbəbi polislə caninin həftələr boyunca bir-birilə maraqlanmasından qaynaqlanır. Polis təqsirkarın keçmişini öyrənməyə, onun fikirlərinə nüfuz etməyə, hər bir hərəkətini öncədən təxmin etməyə çalışır. Həm biri, həm də digəri bu oyunda canları bahasına iştirak edirlər. Ancaq gündəlik həyatda normal insanların arasında mövcud olan hörmətcil laqeyidliyə əsaslanan münasibətlər bu iki personaj üz-üzə gələndə yerini drama verir. Bəzi polislər güc-bəla ilə yaxaladıqları caniyə mənən bağlanır, onu həbsxanada ziyarət edir, eşafota qədər ona dayaq olurlar"
Sayfa 148Kitabı okudu
"Hər irqin öz qoxusu var və hər irq başqa irqin qoxusundan nifrət edər"
Sayfa 120Kitabı okudu
19 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.