Sancaqlı Kölgələr və Leyla Xuni

Xan

En Eski Sancaqlı Kölgələr və Leyla Xuni Yorumları ve İncelemeleri

En Eski Sancaqlı Kölgələr və Leyla Xuni sözleri ve alıntılarını, en eski Sancaqlı Kölgələr və Leyla Xuni kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.

Puan

8.810 üzerinden
20 Kişi · 6 İnceleme
249 syf.
9/10 puan verdi
·
6 günde okudu
Çox həyəcanlı idim, “Strauss” nəşriyyatının bu romanı mənə oxuyub, dəyərləndirmək üçün göndərəcəyini biləndə. Və doğrudan, həyəcanıma da dəydi. • “İlk” kəliməsi hər zaman, qulağa xoş səslənir, ancaq birdə bu kəliməni; “Azərbaycanın İLK mifik qorxu romanı” cümləsində istifadə edərkən daha həyəcanlı olduğunu düşünürəm. Elə məhz, romana başlarkən
Sancaqlı Kölgələr və Leyla Xuni
Sancaqlı Kölgələr və Leyla XuniXan · Picmus · 201641 okunma
210 syf.
8/10 puan verdi
·
8 günde okudu
Əsər Azərbaycanın ilk mifik qorxu romanıdır. Əsəri oxuyarkən yaşadığım hissləri bölüşmək istəyirəm ki, bu hissləri yaşamaq istəyən insanlar buyurub əsəri həvəslə oxuya bilərlər. Birincisi əsərdə müəyyən simvolizmlər çoxdur. Əvvəlcə bir simvol deyilir, sonra o simvolun nə demək olduğunu başa düşürsən. Bir puzzle yığırsan sanki. Daha sonra diqqətimi çəkən əsas məqam bundan ibarətdir ki, yazar xarakterlərini maksimum dərəcədə səmimi göstərməyə çalışıb. Hətta ləhcəylə danışan xarakterlərin sözlərini elə danışdıqları kimi oxucuya təqdim edib. Bir sözlə əsər xoşuma gəldi, daha doğrusu yazar məncə işinə çox ciddi yanaşıb. Ancaq ümumi olaraq bu tip əsərlərə marağım olmadığına görə 10 üzərindən bal versəm yəqin ki, çox yüksək bal vermərəm. Amma mifik qorxu janrında oxumağı sevənlər varsa, əminəm ki, onlar mütləq bu kitabı bəyənəcəklər.
Sancaqlı Kölgələr və Leyla Xuni
Sancaqlı Kölgələr və Leyla XuniXan · Picmus · 201641 okunma
Reklam
210 syf.
10/10 puan verdi
·
Beğendi
Xan - Sancaqlı kölgələr və Leyla Xuni Marafon vəsiləsiylə oxuduğum 6-cı kitab. Əsər ilk yerli mifik qorxu romanı adlanır və bu kateqoriyanın haqqını verir. İlk bir neçə səhifədə elə bildim oxuya bilmərəm, amma oxuduqca gördüm kitabı yarı eləmişəm. Ümumiyyətlə güclü psixologiyaya sahib olmadığım üçün qorxu janrında kitab oxumuram, film izləmirəm. Ancaq marafon üçün oxumalı idim və qeyd edim ki, qorxu janrı sevənlərə bu kitabı əminliklə tövsiyyə etmək olar. Yaxşı vəsait ayrılsa bu əsərdən reytinqli kino da çıxar.
Xan
Xan
Sancaqlı Kölgələr və Leyla Xuni
Sancaqlı Kölgələr və Leyla XuniXan · Picmus · 201641 okunma
210 syf.
10/10 puan verdi
·
Beğendi
·
22 saatte okudu
İnsan gələcəyinimi daha çox düşünür, yoxsa keçmişinimi?
Bilmirəm miflərə inanırsınız ya yox, ancaq mən onlarîn abu-havasına qapılıram daim. Bir yerlərdə həqiqətən Simurqların uçduğunu,divlərin qızları əsir saxladığını,əjdahaların su qarşısını kəsdiyini düşünürəm. Elə bu kitab da nə qədər qorxu romanıdırsa, bir o qədər mifik romandır. Arziman qarılar,insanları dəli edən ruhlar,sarı gözlü itlər də mifdir axı. Hələ ki,dünyanın ən sakit quşu hesab edilən bayquşlar. Görən kim verib onlara nəhs ləqəbini,hansı hadisədən sonra camaat uzaq qaçıb onlardan.... Nə qədər savadlı oluruqsa olaq,biz bu miflərlə böyümüşük qəlbimizin dərinliklərində bir yerdə həmişə onlara inanacaq,3 hərfilərdən çəkinəcəyik. Lap Ayxan kimi,Toğrul kimi....
Sancaqlı Kölgələr və Leyla Xuni
Sancaqlı Kölgələr və Leyla Xuni
Xan
Xan
Sancaqlı Kölgələr və Leyla Xuni
Sancaqlı Kölgələr və Leyla XuniXan · Picmus · 201641 okunma
210 syf.
7/10 puan verdi
·
Beğendi
·
12 saatte okudu
Keçirildiyi yerin yolu mənə uzaq olduğu üçün çox güman iştirak edə bilməyəcəyim II Kitabqurdu Payız Oxu Marafonunun həyatıma qatdığı 8-ci kitab. 2 günə bitirdim və oxuyarkən kitabı yaşadım. Ən son Rövşən Abdullaoğlu-Abaddon kitabını oxuyarkən bu qədər həyəcanlanmışdım. Çox maraqlı kitabdır. Haqqında danışarkən istəmədən spoiler verəcəyimi bildiyim üçün bu qədəri kifayətdir). Mütləq şans verməlisiniz
Sancaqlı Kölgələr və Leyla Xuni
Sancaqlı Kölgələr və Leyla Xuni
Sancaqlı Kölgələr və Leyla Xuni
Sancaqlı Kölgələr və Leyla XuniXan · Picmus · 201641 okunma