Sancaqlı Kölgələr və Leyla Xuni

Xan

Yorumlar ve İncelemeler

Tümünü Gör
210 syf.
10/10 puan verdi
·
Beğendi
Xan - Sancaqlı kölgələr və Leyla Xuni Marafon vəsiləsiylə oxuduğum 6-cı kitab. Əsər ilk yerli mifik qorxu romanı adlanır və bu kateqoriyanın haqqını verir. İlk bir neçə səhifədə elə bildim oxuya bilmərəm, amma oxuduqca gördüm kitabı yarı eləmişəm. Ümumiyyətlə güclü psixologiyaya sahib olmadığım üçün qorxu janrında kitab oxumuram, film izləmirəm. Ancaq marafon üçün oxumalı idim və qeyd edim ki, qorxu janrı sevənlərə bu kitabı əminliklə tövsiyyə etmək olar. Yaxşı vəsait ayrılsa bu əsərdən reytinqli kino da çıxar.
Xan
Xan
Sancaqlı Kölgələr və Leyla Xuni
Sancaqlı Kölgələr və Leyla XuniXan · Picmus · 201641 okunma
Reklam
210 syf.
8/10 puan verdi
·
8 günde okudu
Əsər Azərbaycanın ilk mifik qorxu romanıdır. Əsəri oxuyarkən yaşadığım hissləri bölüşmək istəyirəm ki, bu hissləri yaşamaq istəyən insanlar buyurub əsəri həvəslə oxuya bilərlər. Birincisi əsərdə müəyyən simvolizmlər çoxdur. Əvvəlcə bir simvol deyilir, sonra o simvolun nə demək olduğunu başa düşürsən. Bir puzzle yığırsan sanki. Daha sonra diqqətimi çəkən əsas məqam bundan ibarətdir ki, yazar xarakterlərini maksimum dərəcədə səmimi göstərməyə çalışıb. Hətta ləhcəylə danışan xarakterlərin sözlərini elə danışdıqları kimi oxucuya təqdim edib. Bir sözlə əsər xoşuma gəldi, daha doğrusu yazar məncə işinə çox ciddi yanaşıb. Ancaq ümumi olaraq bu tip əsərlərə marağım olmadığına görə 10 üzərindən bal versəm yəqin ki, çox yüksək bal vermərəm. Amma mifik qorxu janrında oxumağı sevənlər varsa, əminəm ki, onlar mütləq bu kitabı bəyənəcəklər.
Sancaqlı Kölgələr və Leyla Xuni
Sancaqlı Kölgələr və Leyla XuniXan · Picmus · 201641 okunma
249 syf.
9/10 puan verdi
·
6 günde okudu
Çox həyəcanlı idim, “Strauss” nəşriyyatının bu romanı mənə oxuyub, dəyərləndirmək üçün göndərəcəyini biləndə. Və doğrudan, həyəcanıma da dəydi. • “İlk” kəliməsi hər zaman, qulağa xoş səslənir, ancaq birdə bu kəliməni; “Azərbaycanın İLK mifik qorxu romanı” cümləsində istifadə edərkən daha həyəcanlı olduğunu düşünürəm. Elə məhz, romana başlarkən
Sancaqlı Kölgələr və Leyla Xuni
Sancaqlı Kölgələr və Leyla XuniXan · Picmus · 201641 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.